Fransanın Marsel şəhəri yaxınlığında yerləşən Pennes-Mirabeau qəsəbəsində heyvanlara qarşı törədilən silsilə cinsi təcavüz hadisələri ictimaiyyəti şoka salıb. Bu dəhşətli cinayətlərdə şübhəli bilinən 19 yaşlı əfqan miqrant saxlanılıb.

Hadisənin üstü təhlükəsizlik kameraları sayəsində açılıb. Kameralar vasitəsilə aparılan araşdırmalar nəticəsində gənc miqrantın ahırlardakı heyvanlara qarşı dəfələrlə zorakılıq etdiyi müəyyən edilib.
Yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şübhəli şəxs qısa müddətdə yaxalanaraq istintaqa təhvil verilib. Bu hadisə bölgədə böyük rezonans doğurub və yerli əhalinin hiddətinə səbəb olub.
Tutulan şəxs barəsində heyvanlara işgəncə vermə ittihamı ilə cinayət işi açılıb. Fransa qanunvericiliyinə əsasən, o, 3 ilədək həbs və 45 min avro pul cəzası ilə üzləşə bilər.
Bu hadisə Fransada miqrantlar və heyvan haqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Cəmiyyət bu cür vəhşiliklərə qarşı sərt tədbirlərin görülməsini və günahkarların layiqli cəzalandırılmasını tələb edir.









