Sosial mediada yayılan maraqlı bir iddia, bütün dünyanın diqqətini 2026-cı ilin 19 Noyabr tarixinə yönəldib. Milyonlarla insanın bu tarixi indidən gündəminə alaraq məzuniyyət planları qurması, internetdə geniş müzakirələrə səbəb olub.

Məsələ, “X” platformasında paylaşılan bir yazı ilə başlayıb. Həmin yazıda bir işçinin 2026-cı ilin Noyabr ayının 19-dan başlayaraq iki həftəlik illik məzuniyyət götürmək üçün yeddi ay əvvəldən müraciət etdiyi görünüb. Bu erkən planlaşdırma, istifadəçilər arasında böyük maraq doğurub.
Bu iddia qısa zamanda viral olaraq yayılıb və digər insanların da eyni tarixlər üçün məzuniyyət planları qurmağa başladığı müşahidə edilib. Sözügedən tarixin nə üçün bu qədər əhəmiyyətli olduğu barədə müxtəlif fərziyyələr irəli sürülsə də, hələlik dəqiq bir səbəb açıqlanmayıb.
Sosial mediada yayılan bu trend, bir çox istifadəçini “19 Noyabr 2026-cı ildə nə baş verəcək?” sualını verməyə vadar edib. Bəziləri bunun böyük bir oyun buraxılışı, film premyerası, ya da qlobal bir hadisə ilə əlaqəli ola biləcəyini düşünür. Lakin iddiada məzuniyyətin alınma səbəbi ilə bağlı heç bir məlumat verilməyib.
Bu hadisə, sosial medianın kütləvi psixologiya üzərindəki təsirini bir daha gözlər önünə sərir. Tək bir paylaşımın milyonlarla insanın gələcək planlarını təsir etməsi, rəqəmsal dövrün yeni reallıqlarından biri kimi qəbul edilir.
Hazırda 19 Noyabr 2026-cı il tarixi internetdə ən çox axtarılan və müzakirə edilən mövzulardan birinə çevrilib. Bu sirli tarixin arxasındakı həqiqət hələ də sirr olaraq qalır, lakin insanların indidən planlaşdırmağa başlaması, bu tarixin gələcəkdə böyük bir hadisəyə çevrilə biləcəyinə işarə edir.









