Hindistanın qərb sahillərində aparılan dəniz dibi tədqiqatları zamanı elm dünyasını heyrətləndirən möhtəşəm bir kəşf edilib. Tədqiqatçılar, məlum insanlıq tarixinin xronologiyasını dəyişdirə biləcək nəhəng bir sualtı şəhər aşkar ediblər.

Sözcü qəzetinin verdiyi məlumata görə, bu qədim yaşayış yeri İndus Vadisi sivilizasiyasından minlərlə il əvvələ aid olan, piramidalardan daha qədim bir mədəniyyətə işarə edir. Kəşf edilən sualtı strukturlar 36 metr dərinlikdə yerləşir və təxminən 8 kilometr uzunluğundadır.
Bu nəhəng sualtı şəhərin tapılması, tarixdəki boşluqları doldurmaqla yanaşı, insan sivilizasiyasının inkişafı haqqında indiyə qədər qəbul edilmiş bir çox nəzəriyyəni yenidən gözdən keçirməyə vadar edir. Onun yaşı, müasir arxeologiyanın bildiyi ən qədim sivilizasiyaların tarixlərini belə geriyə çəkir.
Alimlər, bu kəşfin insanlığın keçmişi haqqında bildiklərimizi köklü şəkildə dəyişdirəcəyinə inanırlar. Sualtı arxeologiya sahəsindəki bu irəliləyiş, gələcəkdə daha bir çox sirli sivilizasiyanın üzə çıxmasına yol aça bilər.









