İsveçdə adi bir tikinti işi gözlənilməz və tarixi bir kəşfə səbəb olub. Ölkənin mərkəzi hissələrindən birində aparılan təməl qazıntıları zamanı işçilər torpağın altında qədim qalıqlarla qarşılaşıblar.

Əvvəlcə nə olduğu tam aydın olmayan bu qalıqlar, mütəxəssislərin müdaxiləsi ilə araşdırılıb. İlkin təhlillər göstərib ki, tapılanlar sadəcə bir deyil, eyni nöqtədə yerləşən altı fərqli gəmi qalıqlarıdır.
Bu kəşf, arxeoloqlar və tarixçilər arasında böyük marağa səbəb olub. Bir tikinti layihəsi çərçivəsində bu qədər çox sayda qədim gəmi qalıqlarının eyni yerdə aşkar edilməsi olduqca nadir bir hadisə hesab olunur.
Mütəxəssislər, gəmilərin yaşını və hansı dövrə aid olduğunu müəyyən etmək üçün ətraflı araşdırmalara başlayıblar. Bu tapıntı, İsveçin dənizçilik tarixi və regionun keçmişi haqqında yeni məlumatlar üzə çıxara bilər.
Hadisə yerində arxeoloji qazıntılar davam edir. Kəşf, regionun qədim mədəniyyətləri və dəniz ticarəti yolları barədə mühüm ipuçları verəcəyi gözlənilir. Bu gəmilərin niyə eyni yerdə batdığı və ya tərk edildiyi sualları da cavabını gözləyir.









