Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli mütəxəssis Julia Varvaro barəsində ciddi iddialar ortaya çıxıb. Varvaro, “şəkər ataları” adlandırılan şəxslərdən on minlərlə dollar pul almaqda və bu yolla təhlükəsizlik zafiyyəti yaratmaqda ittiham olunur.

Sözcü qəzetinin verdiyi məlumata görə, Julia Varvaronun lüks xərcləri diqqət mərkəzinə düşüb. Onun bu şəxslərdən aldığı maliyyə dəstəyi, xüsusilə terrorla mübarizə sahəsindəki həssas vəzifəsi ilə uyğunsuzluq təşkil edir və ciddi narahatlıqlara səbəb olur.
İstintaq çərçivəsində aparılan araşdırmalar nəticəsində, Varvaronun bu əlaqələrinin ABŞ-ın milli təhlükəsizliyi üçün potensial risk yaratdığı qənaətinə gəlinib. Kəşfiyyat mütəxəssisinin şəxsi maliyyə vəziyyətinin bu cür mənbələrdən asılı olması, onun vəzifə öhdəliklərini yerinə yetirərkən tərəfsizliyini şübhə altına qoyur.
Nəticədə, Julia Varvaro terrorla mübarizə sahəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Onun barəsində açılan istintaq davam edir və bu hadisə ABŞ kəşfiyyat dairələrində böyük rezonans doğurub.









