Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Akademik Zərifə xanım Əliyevanın 103-cü ildönümü “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qeyd olundu

Aprel 28, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
28 aprel 2026-cı il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-də 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İki Dahi İnsan ömrü” mövzusunda tədbir keçirilib.
Tədbir Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı və Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Qazax RMX PHŞ-in binası qarşısında inşa edilmiş Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirə bulağının ziyarəti ilə başlayıb. Adil Əfəndiyevin xatirəsi anılıb
 və ehtiram əlaməti olaraq bulağın önünə tər qərənfilər düzüblər.
Daha sonra tədbir iştirakçıları xəstəxanada təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab, jurnal və fotolardan ibarət sərgiyə baxış keçiriblər.
 Tədbiri  Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov açıb. O, tədbir haqqında məlumat verərək iştirakçıları təqdim edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın şərəfli həyat və fəaliyyətini əks etdirən  filmə baxıblar.
Tədbirdə giriş nitqi ilə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərib: “Zərifə xanım təkcə böyük alim deyildi. O, həm də Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, fədakar ana, yüksək mənəviyyat sahibi idi. Ulu Öndər deyirdi: “Zərifə xanım tibb elminə hədsiz bağlı, çox xeyirxah insan idi”. Bu gün onun yolunu Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiririk”.
Çıxışlarda Zərifə xanım məktəbindən danışılıb
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov, təqaüddə olan həkim Sevda Məmmədova, Poliklinika şöbəsinin müdiri Raqiyya İsmayılova, Qazax RMX PHŞ-da YAP Ərazi partiya təşkilatının sədr əvəzi Cavahir Əhmədova, həkim-nefroloq, səhiyyə işçiləri həmkarlar ittifaqı şurasının sədri Cahanə Xasməmmədova, Təcili Tibbi Yardım şöbəsinin müdiri Nəzrin Əliyeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Zərifə xanım Əliyevanın 1947-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra respublikanın rayonlarını gəzərək traxoma xəstəliyinə qarşı apardığı mübarizə, 14 monoqrafiyası, 150-dən artıq elmi məqaləsi Azərbaycan səhiyyəsinin qızıl fonduna daxildir. Onun “Xəstəyə öz doğman kimi yanaş” prinsipi bu gün də Qazax həkimlərinin əsas şüarıdır.
Həmçinin vurğulanıb ki, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təkcə şəhərlər, binalar deyil, eyni zamanda mənəvi dəyərlərimiz də yenidən qurulur və möhkəmlənir. Möhtərəm Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət nəticəsində Qazax Rayon Mərkəzi Xəstəxanasında da müasir şərait yaradılıb, yeni şöbələr açılıb, icbari tibbi sığorta uğurla tətbiq edilir.
Tədbirin sonunda şair, partiya veteranı Cavanşir Rüstəmov  tibb işçilərinə həsr etdiyi şeirini səsləndirib.
Əvvəlki Yazı

Azərbaycan və Belarus arasında tarixi razılaşma: Sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Növbəti Yazı

Bakını vuran güclü külək: 34 ağac aşdı, fəsadlar aradan qaldırılır

EKSKLUZİV

Tramp və Kral III Çarlzın Gözlənilməz Qohumluğu: Dünya Siyasətində Yeni Səhifə?

28 Aprel 2026 / 16:46
0

Dünyanın ən uzun kəndi: 6 min nəfər 9 kilometrlik tək küçədə yaşayır

28 Aprel 2026 / 16:46
0

Havalimanlarında Robot Dövrü Başlayır: İş Yükü Artımı İnsansız Texnologiyaya Yol Açıb

28 Aprel 2026 / 16:45
0

BƏƏ OPEC-dən Ayrıldı: Neft Bazarlarında Zəlzələ və Regional Tarazlıqların Dəyişməsi

28 Aprel 2026 / 16:45
0

XƏBƏR LENTİ

Tramp və Kral III Çarlzın Gözlənilməz Qohumluğu: Dünya Siyasətində Yeni Səhifə?

Dünyanın ən uzun kəndi: 6 min nəfər 9 kilometrlik tək küçədə yaşayır

Havalimanlarında Robot Dövrü Başlayır: İş Yükü Artımı İnsansız Texnologiyaya Yol Açıb

BƏƏ OPEC-dən Ayrıldı: Neft Bazarlarında Zəlzələ və Regional Tarazlıqların Dəyişməsi

Fənərbaxça Yeni Liderini Seçir: Prezident Seçkilərinin Həlledici Tarixi Açıqlandı

Tehranın ABŞ ilə danışıqlar dilemması: Fərqli mövqelər

Xetaq Qazyumovdan İddialı Açıqlama: Daha Böyük Zəfərlər Yoldadır!

ABŞ İranda rejim dəyişikliyi siyasətindən imtina edir: Vaşinqtonun yeni strategiyası

İran hökuməti etirazlardan təşvişdə: Ali Təhlükəsizlik Şurası təcili toplandı

Azərbaycanda borc müqavilələri artır: İlk rübdə 1321 sənəd rəsmiləşdirildi

İran polad ixracına qadağa qoydu: Qlobal bazarlara təsiri gözlənilir

Prezident İlham Əliyevin təltif etdiyi türk və alman iş adamları: Fəaliyyət sahələri

Fənərbaxça”nın Tedesko üçün ödəyəcəyi təzminat məbləği açıqlandı

Ankara İsrail Prezidenti Hersoqa Qadağa Qoydu: Diplomatik Gərginlik Artır

Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

ABŞ-İran Gərginliyi: Dünya Yeni Soyuq Müharibəyə Sürətlə Qədəm Qoyur

Elm Adamları 200 İllik “Dolomit Problemini” Həll Etdi: Yeni Mühəndislik Texnikası Tarix Yazdı

İranın Neft Ehtiyatları Kritik Həddə: ABŞ Sanksiyaları Depolama Böhranına Səbəb Olur

Patagoniya Qatarı: Atlantikdən Andlara Sərvət Dəyərində Unikal Səyahət

Uqo Lyoris Fransa Millisinə Geri Dönür: Gözlənilməz Qərar!

Dimarko “İnter”lə müqaviləsini uzatdı: Dörd illik yeni saziş

Ermənistan Azərbaycanla gediş-gəlişin bərpası üzərində çalışır: Yeni layihə detalları

Braziliya Millisi DÇ-2026 Öncesi Şok İtki ilə Üzləşdi

Prezident İlham Əliyev Qvineyada ASAN xidmət modelinin tətbiqini təsdiqlədi

İranın yeni siyasəti: SEPAH-ın rolu və gözləntilər

Kreml Açıqladı: Moskvada Qələbə Paradı Keçiriləcək

Prezident İlham Əliyev Qəbələdə BƏƏ nümayəndə heyətini qəbul etdi: Əməkdaşlıq dərinləşir

Ali Məhkəmə yol qəzası işinə son qoydu: Yekun qərar elan edildi

Azərbaycanın Xarici Dövlət Borcunun Yeni Tərkibi Açıqlandı: Rəqəmlər Nə Deyir?

İranın BMT-dəki səfiri İravani: Beynəlxalq konvensiya Tehran üçün məcburi deyil

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.