Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Sülh missiyası ilə dünyaya qurtuluş yolunu göstərən lider – Adəm İsmayıl BAKUVİ

Aprel 29, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

…100 il öncə Qazi Mustafa Kamalın “Yurdda sülh, cahanda sülh” çağırışı  sıradan bir şüar deyildi. Yurdunu imperialist güclərin işğalından azad edib istiqlalına qovuşduran Böyük Lider Türkün həm də dünyaya, bütün insanlığa barış arzuladığının mesajın verirdi. Savaş meydanında misli görünməyən bir qələbə qazanan sərkərdənin sülh arzusu dünya üçün bir örnək olmalı…

… 100 il sonra eyni örnək Azərbaycan Lideri tərəfindən göstərildi. Müzəffər Ali Baş Komandan kimi böyük dünya güclərinin himayəsində olan işğalçılara 44 günlük hərbi dərs keçərək tam Qələbəyə imza atan Azərbaycan Prezidenti gələcəyin güc yox sülh və sabitliyə bağlı olduğunu bəyan etdi. Prezident İlham Əliyev məhz bu mərhələdə qalib ölkənin lideri kimi revanşizmə deyil, sülh gündəliyinə üstünlük verərək Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək kimi olduqca çətin bir missiyanı məharətlə həyata keçirdi. Bu həm diplomatik, həm də humanizm baxımdan tarixi müqayisəsi olmayan bir addım idi…

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət kursu bu gün Cənubi Qafqazı münaqişə ocağından sabitlik və əməkdaşlıq mərkəzinə çevirib. Beynəlxalq birliyin bu tarixi nailiyyətlərə verdiyi ali dəyər isə özünü nüfuzlu mükafatlarla büruzə verir. Bu sırada xüsusilə, 2026-cı ildə nüfuzlu beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsini qeyd edə bilərik. Prezident İlham Əliyevə təqdim olunan “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda qəbul olunmasının daha bir rəsmi təsdiqi kimi tarixə yazıldı. Azərbaycan Prezidentinin qısa müddət ərzində iki beynəlxalq sülh mükafatına layiq görülməsi həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər Liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı.

Azərbaycan artıq uzun müddətdir ki, müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan kimi qlobal humanitar dialoqun mühüm platformasına çevrilib. Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Mədəniyyətlərarası Dialoq Forumları və digər təşəbbüslər Azərbaycanın humanitar diplomatiyasının real təzahürləridir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən bu siyasət təkcə region üçün deyil, qlobal miqyasda sülh və anlaşma modelinin təqdimatıdır. “Sülh və Barışıq üçün Gernika mükafatı” məhz bu modelin beynəlxalq təsdiqi kimi dəyərləndirilməlidir. Bu mükafat Prezident İlham Əliyevin timsalında Azərbaycanın sülh fəlsəfəsinin, humanitar dəyərlərinin və qlobal məsuliyyətinin dünyada qəbul olunmasının simvoludur.

Bakının irəli sürdüyü və siyasi iradə ilə humanitar dəyərlərin harmoniyasına dayanan sülh gündəliyi hazırda bəşəriyyətin üzləşdiyi münaqişələrin həlli üçün universal model rolunu oynayır. Azərbaycanın yaratdığı bu uğurlu model sülhün yalnız arzu deyil, həm də real və əlçatan hədəf olduğunu nümayiş etdirir. Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət. Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur və elə bu məram – sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir. Azərbaycan Prezidentinə verilən həm “Zayed İnsan Qardaşlığı Mükafatı”, həm də “Sülh və Barışıq üçün Gernika mükafatı” bir daha sübut edir ki, İlham Əliyev təkcə qalib lider deyil, həm də dünyada humanizmin, sülhün və birgəyaşayışın ən böyük müdafiəçisi, təminatçısıdır.

Səma şairi Hüseyn Cavid bəşəriyyətin xilasının ən mükəmməl yolunu belə ifadə etmişdi:

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”

Azərbaycan Lideri öz barış missiyası ilə dünyaya məhz bu qurtuluş yolunu göstərir!

Əvvəlki Yazı

“Brent” neftinin qiyməti 111 dolları keçdi: Qlobal bazarlarda yeni gərginlik

Növbəti Yazı

Azərbaycanda süni intellekt əsaslı ilk multifunksional “alış elanları” platforması – Tenderyard.com

EKSKLUZİV

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

19 İyun 2026 / 16:17
11
“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

18 İyun 2026 / 16:49
6
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

16 İyun 2026 / 17:17
2
Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
8

XƏBƏR LENTİ

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.