Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.
“Qafqazinfo” “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.
Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.
ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən “Gürcüstan Dəmir Yolları” ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.









