Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib.
Cumhuriyyet.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.
Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.








