Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Prezident İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir

İyul 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26
“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

09 İyul 26 / 14:29

907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“1992-ci ildə ABŞ Konqresi Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış dövlətlərə maliyyə yardımı göstərmək məqsədilə “Azadlığa Dəstək Aktı”nı (Freedom Support Act) qəbul etmişdi. Həmin qanuna 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən əlavə edildi. Yeri gəlmişkən, Prezident Bayden də o vaxt senator idi və həmin senatorlardan biri idi. Yəqin ki, Bayden administrasiyası ilə münasibətlərimizdə yaşadığımız çətinliklərin səbəblərindən biri də məhz bu idi. Bu düzəliş Azərbaycanın ABŞ-ın maliyyə yardımından yararlanmasına mane olurdu. Səbəb kimi isə Azərbaycanın guya Ermənistana blokada tətbiq etdiyi göstərilirdi. Əvvəla, bu doğru deyildi. Azərbaycan Ermənistanı blokadaya almamışdı. Əksinə, Ermənistan bizim torpaqlarımızı işğal etmişdi və həmin işğal olunmuş ərazilər Ermənistanla Azərbaycan arasında yerləşirdi. Əgər işğal olmasaydı, sözdə blokada məsələsi də gündəmə gəlməzdi.

İkincisi, bu qərar həmin dövrdə bizim üçün çox ağrılı idi. Çünki ölkə çox ağır iqtisadi vəziyyətdə idi və keçmiş SSRİ respublikaları arasında ABŞ Konqresi tərəfindən ayrı-seçkiliyə məruz qalan yeganə dövlət Azərbaycan idi. Bu gün isə həmin düzəliş tamamilə köhnəlib və aktuallığını itirib.

Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişi paraflayıblar.

İkincisi, Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb. Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan çox müxtəlif yük Azərbaycan ərazisindən daşınıb.

Bundan əlavə, Azərbaycan özü də Ermənistana neft məhsulları ixrac etməyə başlayıb. Səhv etmirəmsə, bu günədək 10 mindən çox ton neft məhsulu tədarük olunub. Xüsusilə də bir çox ölkələrin yanacaq çatışmazlığı ilə üzləşdiyi indiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır. Əgər bu olmasaydı, yəqin ki, Ermənistan bu gün benzin və dizeli dünyanın müxtəlif yerlərində axtarmağa məcbur qalardı”, – dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, bu faktlar bir daha göstərir ki, 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir: “Təəssüf ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, Konqres bunu hələ etməyib. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə keçirdiyimiz görüş zamanı Prezident Tramp mənim iştirakımla bu düzəlişin tətbiqini bir il müddətinə dayandıran sənədi imzaladı.

Hazırda düzəliş praktik baxımdan tətbiq olunmur. Lakin onun simvolik və siyasi mənası hələ də qalır. Mən hesab edirəm ki, Konqres bu düzəlişi nə qədər tez tam ləğv etsə, həm Azərbaycan, həm də ABŞ Konqresi üçün bir o qədər yaxşı olar. Bu, Azərbaycanın artıq ayrı-seçkiliyə məruz qalmayacağını, Konqresin isə məsuliyyət nümayiş etdirərək, keçmiş səhvlərini etiraf etdiyini və mövcud geosiyasi reallıqlara uyğun hərəkət etdiyini göstərəcək. Ümid edirik ki, bu baş verəcək.

Bununla belə, deyə bilərəm ki, hazırkı administrasiya dövründə 907-ci düzəliş artıq Azərbaycana heç bir mənfi təsir göstərmir. Deyərdim ki, Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır. Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə tarixi görüşüm, bu ilin yanvarında Davosda keçirdiyimiz görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər hadisələr münasibətlərimizin tarixdə görünməmiş səviyyəyə yüksəldiyini göstərir.
Hazırda biz Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının icrası istiqamətində fəal işləyirik.

Bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində çox fəal fəaliyyət göstərirlər”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ Azərbaycana silah satışına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb: “Bundan dərhal sonra Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də eyni addımı atdılar. Düşünürəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin ruhunu, mahiyyətini və gələcək potensialını çox aydın şəkildə nümayiş etdirir”.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb – CANLI

Növbəti Yazı

Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq

EKSKLUZİV

Sabahkı HAVA PROQNOZU

Sabahkı HAVA PROQNOZU

13 İyul 2026 / 15:14
0
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

13 İyul 2026 / 15:00
0
Onlar vizadan qarşılıqlı azad edəcək

Onlar vizadan qarşılıqlı azad edəcək

13 İyul 2026 / 14:45
0
Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

13 İyul 2026 / 14:30
0

XƏBƏR LENTİ

Sabahkı HAVA PROQNOZU

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Onlar vizadan qarşılıqlı azad edəcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Sabah məhərrəm ayı başa çatır

Belə avtomobillə heç yerə getmərəm – Prezident

Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir

Tələbə vaxtı diplom işimin mövzusu bu idi – Prezident

Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır – Prezident

DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

“Rusiya ilə Ukrayna arasında müharibə dərhal dayandırılmalıdır” – İlham Əliyev

Bakıda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Bu il Azərbaycanın qeyri-neft ixracı 17% artıb

Milli Məclisin iclası başlayıb

Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq

Prezident İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir

Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb – CANLI

Ermənistana 7 vaqon buğda göndəriləcək

Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır

Şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir keçirilib

Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ

ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb

Pentaqon UNO-larla bağlı yeni məxfi sənədləri yaydı

Dəmir yolu vağzalında NARAZILIQ: Bilet tapmaq olmur

Dövlətçiliyə və xalqa xidmətin, Vətənə sədaqətin keşikçisi…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.