Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Avqust 28, 2026
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır.

Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun davamlılığı prinsipidir.Bu gün kənd təsərrüfatının inkişafı prioritetdir və bu zaman aqrar sahədə ixtisaslı kadrların olması mühüm əhəmiyyət kəsb edir.

Ölkədə aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan yeganə dövlət ali təhsil müəssisəsi isə Azərbaycan Dövlət Aqrar Universitetidir.

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris keyfiyyətinin yüksəlməsi və müasir təhsil infrastrukturunun yaranması məhz gənclərin bu ali təhsil ocağına marağını daha da artırıb. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) infrastrukturun modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşma və startap ekosisteminin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər qazanıb.

Son illərdə professor-müəllim heyətinin apardığı tədqiqatlar nəticəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən 25 patent əldə olunub. Alternativ enerji və “Ağıllı kənd” (“Smart Village”) təsərrüfatı texnologiyaları üzrə yeni layihələr işlənib hazırlanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun rəhbərliyi altında 2026-cı ildə universitet bir sıra mühüm akademik və beynəlxalq nailiyyətlərə imza atıb.

Universitet “QS Avropa 2026” və “QS Qərbi Asiya 2026” reytinqlərində uğurlu debüt edib. Həmçinin, “Times Higher Education (THE) Sustainability Impact Ratings 2026” nəticələrində yüksək mövqelər qazanıb, universitetin maddi-texniki bazası gücləndirilib, elmi-tədqiqat fəaliyyəti genişləndirilib və rəqəmsallaşma istiqamətində əsaslı irəliləyişlər əldə edilib.

Bu gün ADAU-da 7 fakültə, 27 kafedra fəaliyyət göstərir. Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində 30-dan çox ixtisas, 70-dən çox ixtisaslaşma üzrə 7 500 nəfərdən çox tələbə əyani və qiyabi təhsil formasında təhsil alır.

Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir. Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə əməkdaşlıq əlaqələri var.

Son illər universitetin əldə etdiyi ən mühüm uğurlardan biri odur ki, Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Universitetin aqronomluq, ekologiya, baytarlıq təbabəti, əczaçılıq, informasiya texnologiyaları, kompüter mühəndisliyi, maliyyə, marketinq, menecment (alman proqramı) və digər ixtisaslarında yüksək və müasir standartlara uyğun aparılan tədris nəticəsində bir çox uğurlara imza atılıb.

Bununla da universitet qlobal çağırışlara, müasir, innovativ təhsil və tədris infrastrukturuna malik olmaqla, aqrar sahə üzrə təhsil və tədqiqatlar yolu ilə yüksək ixtisaslı mütəxəssislər hazırlamağa və beləliklə də, fermerlərin gəlirlərinin artırmağa, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməyə, ərzaq təhlükəsizliyinə töhfə verməyə çalışır.

Xüsusən təcrübəli kadrların bilik və bacarıqlarından, elmi yeniliklərdən istifadə ilə tədris və təcrübənin vəhdətinə xüsusi diqqət ayrılır. Universitetin professor-müəllim heyətinə daxil olan Qənbər Abdullayev, Zahir Ələsgərov, Həsənəli Aslanov, Arif Qazıyev, Nizami Seyidəliyev, Arif Tağıyev, Hasil Fətəliyev, Namiq Mustafayev, Eldar Zeynalov, Məhərrəm Hüseynov və digərlərinin bilik və təcrübələri əsasında yeni kadr potensialının yaradılması istiqamətində uğurlu tədris prosesi öz nəticəsini verməkdədir.

Onu da qeyd edək ki, ADAU ötən il “UI GreenMetric 2025” reytinqində infrastruktur və maddi-texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olub.

ADAU 105 ölkədən 1 745 universitet arasında 4 520 xal alaraq 1 174-cü ölkə üzrə isə 19 ali təhsil müəssisəsi arasından 13-cü yerdə qərarlaşıb.

Bundan başqa 15 ali təhsil müəssisəsinin yer aldığı RUR beynəlxalq reytinq agentliyinin (“Round University Ranking”) 2025-ci il üzrə nəticələri nəticələrə əsasən ADAU dünya universitetləri reytinqinə görə 1148-ci (ölkə üzrə 11-ci), beynəlmiləlləşmə göstəricisinə görə dünya üzrə 752 (ölkə üzrə 2-ci) tədrisə görə 961-ci (ölkə üzrə 7-ci), tədqiqata görə 1 207-ci (ölkə üzrə 13-cü) yerdə qərarlaşıb.

Təsadüfi deyil ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 2025/2026-cı il tədris ilinin nəticələri ilə bağlı Elmi Şurasının iclasında çıxışlar zamanı 2025/2026-cı tədris ilində universitetdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas hədəflər, universitetin tədris, elm, beynəlxalq əməkdaşlıq, innovasiya və rəqəmsallaşma istiqamətlərində uğurların əldə edildiyi bildirilib.

Hesabat dövründə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və tələbəyönümlü mühitin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd olunub ki, ADAU beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırıb, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirib, eləcə də tələbə və müəllimlərin akademik mobilliyinin artırılması istiqamətində uğurlu nəticələr əldə edib.

Universitet üçün yeni korpusların tikintisi, tələbə yataqxanalarının istifadəyə verilməsi, universitetin təcrübə-sınaq bazasının yenilənməsi, müasir kitabxana sisteminin formalaşdırılması, laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və özəl sektorun sifarişləri hesabına bu laboratoriyaların əlavə vəsaitlər qazanmaq imkanlarının yaradılması, ikili diplom proqramlarına qoşulması, beynəlxalq elmi mübadilə layihələrində iştirak, universitetdə gənc müəllimlərin işlə təmin olunması ilə kadr bazasının yenilənməsi və prosesin davamlı olması, tələbələrin biliyinin stimullaşdırılması, məzunların elektron məlumat bankının hazırlanması, xüsusilə həm dövlət, həm də qeyri-dövlət qurumları ilə əməkdaşlığın nəticəsi olaraq məzunların işlə təmin olunması istiqamətində görülən işlər bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin ortaya qoyduğu nümunələrdir.

Son illər universitetdə bir sıra stimullaşdırıcı addımlar da atılıb. Belə ki, 400-600 arası bal toplayaraq ADAU-ya qəbul olanlara 150 manat, 600 baldan çox toplayanlara isə 250 manat, sessiyada bütün fənlərdən əla qiymət alanlara əlavə 100 manat, ingilis dilində tədris alan tələbələrə isə əlavə 70 manat təqaüd təsis olunub.

Son uğurlardan biri kimi Azərbaycan Dövlət Aqrar Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan akkreditasiya qiymətləndirilməsini uğurla başa vuraraq 5 il müddətinə akkreditasiya olunub.

Bu, ADAU-da həyata keçirilən davamlı inkişaf strategiyasının, keyfiyyət təminatı siyasətinin və beynəlxalq standartlara uyğun ali təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.

Beləliklə, ADAU hazırda ölkədə aqrar sektorun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə yanaşı bu sahədə savadlı kadrların yetişdirildiyi məkana çevrilib.

Əvvəlki Yazı

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

EKSKLUZİV

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

28 Avqust 2026 / 18:06
1
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 2026 / 17:50
3
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 2026 / 17:44
0
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

27 Avqust 2026 / 14:05
4

XƏBƏR LENTİ

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.