Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Bəylərin də Müəllim dediyi adam

Oktyabr 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Qulamhüseyn Əlibəylini təqdim etmək üçün əslində uzun tərcümeyi-hala ehtiyac yoxdur. Hüquqşünasdır, Bakı Dövlət Universitetinin müəllimidir, milli azadlıq hərəkatının öncüllərindən olub, siyasətin də, parlamentin də içindən keçib. Bunlar onun ömür yolunun məlum tərəfləridir. Amma Qulamhüseyn bəyi tanıyan adam üçün bütün bunlardan əvvəl gələn bir söz var: MÜƏLLİM!
Maraqlıdır ki, bu müraciət onun adının yanında heç vaxt rəsmi səslənmir. Əksinə, çox doğma səslənir. Sanki illərin içindən süzülüb gəlib öz yerini tapıb. Tələbələri müəllim deyib, həmkarları müəllim deyib, onunla eyni mübarizə yolundan keçən bəylər də müəllim deyib. Elə buna görə Qulamhüseyn Əlibəyli haqqında deyilən “bəylərin içində müəllim”, “ bəylərin də müəllim dediyi adam” sözü adi bir xoş ifadədən daha artıq məna daşıyır.
Müəllimlik onsuz da qəribə peşədir: bu sənət peşə məkanından çıxandan sonra bitmir. İllər keçir, auditoriyada qarşında oturan tələbə özü tanınmış hüquqşünas olur, vəzifə sahibi olur, saçına dən düşür, amma səni görəndə yenə “Müəllim” deyir. Çünki həqiqi müəllim yaddaşda dərs dediyi fənlə qalmır. Adamlığı, davranışı, bir vaxt dediyi bir cümlə, bəzən də çətin məqamda göstərdiyi münasibətlə qalır. Qulamhüseyn müəllimin də müəllimliyi belədir. Onunla söhbətdə bunu hiss etməmək çətindir. Sakit danışar, qarşısındakını dinləyər, sözünü ölçüb-biçər. Hüquq adamına xas məntiqi var, amma bu məntiq quru deyil. Arxasında illərin təcrübəsi, keçilmiş yol, görülmüş hadisələr dayanır. Bir də adamı özünə yaxın buraxan sadəliyi var. Özünü olduğundan böyük göstərməyə çalışmayan adamların sadəliyi.
Halbuki danışmağa sözü də, xatırlamağa tarixi də az deyil. Qulamhüseyn Əlibəyli Azərbaycanın ən mürəkkəb dövrlərindən birinin canlı iştirakçısıdır. Milli azadlıq hərəkatının yüksəldiyi illərdə meydanda olan, müstəqillik düşüncəsinin ictimai gücə çevrildiyi günləri yaşayan ziyalılardandır. Sonra böyük siyasət, parlament fəaliyyəti, illərlə davam edən ictimai mübarizə… Bir insan ömrünə kifayət qədər hadisə sığışıb.
O illərin adamları ilə söhbət edəndə bəzən düşünürsən ki, onların yaşadıqlarını bugünkü nəsil üçün bütün ağırlığı ilə anlatmaq asan deyil. İndi tarix kimi danışdığımız hadisələr o vaxt kimlərinsə gündəlik həyatı idi. İnsanlar səhər evdən çıxanda axşam nə baş verəcəyini bilmirdilər. Azərbaycanın azadlığı isə kitab cümləsi deyil, uğrunda mübarizə aparılan böyük bir ümid idi. Qulamhüseyn bəy həmin yolun kənardan seyrçisi olmayıb. Amma insanı yalnız iştirak etdiyi böyük hadisələrlə tanımaq da doğru deyil. Çünki meydan da bir gün boşalır, vəzifə də başa çatır, siyasi kürsülər də dəyişir. Axırda adamdan onun xasiyyəti qalır. Qulamhüseyn müəllimdən danışanda dürüstlük və alicənablıq sözlərinin tez-tez çəkilməsi də təsadüfi deyil.
Dürüstlük haqqında danışmaq asandır. Dürüst qalmaq çətindir. Xüsusən siyasətin içində. Siyasət adamı çox sınaqdan keçirir: dostla, rəqiblə, vəzifə ilə, iddia ilə, bəzən də susmaq və danışmaq arasında seçimlə. Belə yollardan keçib insanlarla münasibətdə öz təbiiliyini qorumaq hər adama nəsib olmur. Qulamhüseyn müəllimdə diqqəti çəkən cəhətlərdən biri də budur. Sərt mövqeyi ola bilər, razılaşmaya bilər, mübahisə edə bilər, amma bütün bunlar onun insanlara münasibətindəki həddi aradan qaldırmır. Qarşısındakını kiçildib özünü böyütməyə ehtiyac duymayan adamlardandır. Əslində alicənablığın sadə tərifi də bəlkə budur.
Onun həyatının mühüm bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Hüquq elmini tələbələrə öyrədib. Ancaq hüquq müəlliminin işi qanunun maddələrini izah etməklə bitmir. Hüququn arxasında dövlət, dövlətin arxasında insan, insanın arxasında isə haqq və ədalət anlayışı dayanır. Bu mənada hüquq müəlliminin auditoriyada dediyi sözün məsuliyyəti ikiqatdır. Çünki qarşısındakı gənclərin bir qismi sabah insanların taleyinə toxunan qərarların verildiyi yerlərdə olacaq. Onun ömründə müəllimliklə milli düşüncənin yanaşı getməsi də buna görə təbii görünür. Biri gənc insana hüququnu öyrədir, digəri bir millətin öz hüququna sahib çıxmasının nə demək olduğunu. Biri auditoriyada danışılır, digəri böyük tarixi hadisələrin içində yaşanır.
İllər isə öz işini görür. Dünən meydanlarda çiyin-çiyinə dayanan adamların yolları ayrılır, siyasi təşkilatlar dəyişir, köhnə mübahisələrin çoxu əhəmiyyətini itirir. Amma zamanın qəribə bir ədaləti də var: səs-küyü aparır, adamı saxlayır. Kimin kim olduğunu illər keçəndən sonra daha aydın göstərir. Qulamhüseyn Əlibəyliyə bu gün də “Müəllim” deyirlərsə, bunun səbəbini yalnız universitet auditoriyalarında axtarmaq düzgün olmazdı. Bu müraciətdə uzun illərin hörməti var. Yol yoldaşlarının hörməti, tələbələrinin hörməti, onu yaxından tanıyanların hörməti. Bəlkə bir insanın qazandığı hörməti bundan artıq sözlə anlatmağa heç ehtiyac da yoxdur. Tək tələbələrinin yox, bəylərin Müəllim dediyi adam, doğum gününüz mübarək.
Nəsimi Şərəfxanlı

Əvvəlki Yazı

Prezident “Avaza” Kompleksinə gedib

Növbəti Yazı

11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı

EKSKLUZİV

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

09 Oktyabr 2026 / 11:30
0
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

09 Oktyabr 2026 / 11:25
0
Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

09 Oktyabr 2026 / 11:14
0
Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

09 Oktyabr 2026 / 11:09
0

XƏBƏR LENTİ

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

Sabah Bakıya yağış yağacaq

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir…

Prezident MDB dövlətlərinin başçılarının görüşündə

11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı

Bəylərin də Müəllim dediyi adam

Prezident “Avaza” Kompleksinə gedib

Azərbaycanda uzun illər evli olanlar arasında boşanmalar artıb

Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Qarabağdan daha 16 nəfərə aid insan qalığı aşkarlanıb

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

Bu şəxslərin pensiyası daha çox artacaq

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.