Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycan Cənubi Qafqazın hüdudlarından kənarda belə ciddi siyasi gücə çevrilib

Aprel 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi ölkəmizə və onun liderinə xüsusi münasibətin göstəricidir. Aparılan müzakirələr və çox sayda sənədin imzalanması da bunu göstərir. Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd edilməlidir. Görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin. Bütün bunlar onun təsdiqidir ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir.

Prezidentin dünyanın bir nömrəli iqtisadi gücü olan ölkəyə səfərinin məntiqi yalnız Cənubi Qafqazda müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır
Azərbaycan yalnız Cənubi Qafqazda şəriksiz regional lider dövlət olması ilə kifayətlənmək niyyətində deyil. Rəsmi Bakı bu regionda geopolitik iradə sahibi olan Azərbaycanın qlobal məkanda güclü mövqe qazanmasının vaxtının çatdığına əmindir. Çünki Azərbaycan öz əsas problemini artıq həll edib. Yəni, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub və indi Azərbaycanın inkişaf perspektivləri qarşısında elə bir ciddi əngəl qalmayıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya enerji axınlarının şaxləndirilməsinin təminatında əsas bəndlərdən birinə çevrilməyi qarşıya məqsəd qoymuşdu. Bu gün artıq Azərbaycan Avropanın enerji təchizatı təhlükəsizliyində kifayət qədər önəmli rol oynayır. Gözləntilər bütün aspektlərdə özünü doğrultdu. Azərbaycan iqtisadi baxımdan cəlb edici ölkəyə çevrildi, digər yandan, böyük yatırımlar və onların düzgün şəkildə yönləndirilməsi ölkəni təkcə Cənubi Qafqazda yox, onun hüdudlarından kənarda belə ciddi siyasi oyunçuya çevirdi. Ancaq Azərbaycan rəhbərliyi bu nailiyyətlərlə kifayətlənmək fikrində deyildi. Ölkə rəhbərliyi inkişafın və dünyada öz geosiyasi mövqeyini gücləndirməyin yollarını axtarmağa başladı. Azərbaycan öz coğrafi mövqeyi nəzərə alınmaqla logistikaya böyük yatırımlar qoyur, beləcə Avropa İttifaqı və Çin arasında dəmiryolu “hab”ına çevrilməyə can atır. “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi, həmçinin Hindistanı Şimali Avropa ilə birləşdirəcək “Şimal-Cənub” layihəsinə böük yatırımların qoyulması, vacib nəqliyyat qovşağı kmi Avrasiyada Azərbaycanın mövqeyini gücləndirdi.
Azərbaycan iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, geostrateji baxımından, Çin üçün olduqca cəlbedici tərəfdaşdır. Çünki Çin ABŞ-la iqtisadi-ticari savaş ucbatından Avropa Birliyi məkanına yönəlmək niyyətini də qabarıq şəkildə biruzə verir. Bu hədəfə çatmaq üçün isə Azərbaycan Çin üçün əvəzolunmaz tranzit ölkədir. Və bu baxımdan, Azərbaycanın Çinin strateji iqtisadi-ticari planlarında xüsusi yer tuta biləcəyi qətiyyən şübhə doğurmur. Sözsüz ki, bu səfər Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcək. Yəni bu gün yeni beynəlxalq münasibətlər sistemində qlobal Cənub yeni güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi, heç şübhəsiz ki, Çindir. Bu baxımdan Azərbaycan Prezidentinin Çinə səfəri, imzalanan sənədlər və birgə bəyannamədə yer alan tezislər tarixi əhəmiyyəti ilə yadda qalacaq.

Fəzail İbrahimli

Milli Məclisin deputatı

Əvvəlki Yazı

Mehriban Əliyevanın Pekindən PAYLAŞIMI

Növbəti Yazı

Onlar üçün istilik enerjisi sayğacları pulsuz quraşdırılacaq

EKSKLUZİV

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

16 İyun 2026 / 17:17
0
Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
8
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
2

XƏBƏR LENTİ

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.