Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bakı metrosunda pik saatlarda interval azaldıldı – Rəsmi

May 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:

– Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;

– İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;

– Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir.

Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla, son 1 ay ərzində sınaqlar tətbiq olunub və uğurlu nəticələr əldə edilib. Hazırda sərnişin sayında artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb. Bu, sərnişin rahatlığı və təhlükəsizliyi baxımından müsbət nəticə olmaqla yanaşı, sərnişin axınının artmasına zəmin yaradacaq.

“Bakı metropoliteni sərnişinlərinin rahatlığını və təhlükəsizliyini artırmaq məqsədilə texnoloji modernləşmə və insan resurslarının inkişafı istiqamətində fəaliyyətini davam etdirir”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Növbəti köç karvanı Xocalıya və Ballıca kəndinə çatdı

Növbəti Yazı

Sabah 31 dərəcə isti olacaq

EKSKLUZİV

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 2025 / 18:06
34
Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

29 İyul 2025 / 17:12
4
DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

29 İyul 2025 / 17:02
0
Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

29 İyul 2025 / 16:35
0

XƏBƏR LENTİ

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Bakıda bu yol bağlanacaq

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Sabah 41 dərəcə isti olacaq

Niderland İsrailin iki nazirinə ölkəyə giriş qadağası qoydu

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

DİM-dən DTX-nİn əməliyyatı ilə bağlı açıqlama

Daha 125 tələbə xaricdə dövlət hesabına oxuyacaq

Tramp bunu bizə diktə edə bilməz – Medvedyev

DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib

Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

AZAL-ın Təbrizə aviareysləri niyə bərpa edilmir?

Tramp heç bir müharibə istəmir – Lavrov

Baş nazirdən dərmanlarla bağlı qərar

İlham Əliyev fərman imzaladı

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

İmamoğlunun magistr diplomu ləğv edildi

Prezident təsdiqlədi: İşıqla bağlı sabit aylıq tarif…

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Fazil Mustafanın Fəlsəfi Metamorfizmi !!!

Ballıca kəndinə növbəti köç yola salınıb

Sabah ölkə ərazisində 40 dərəcə isti olacaq

Ceyhun Bayramovla Özbəkistan XİN rəhbəri arasında telefon danışığı olub

Arif Babayevin son durumu açıqlandı

Dəhliz tamamlansa, sensasiya olacaq – Pezeşkian

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.