Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bu, Nikol Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə 13 nəfər daxil edilib.
Qeyd edək ki, İstanbulda N.Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistan KİV-i Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərini müzakirə ediləcəyinə dair xəbərlər dərc edir.