Hərbi əməliyyatlar İranın nüvə proqramına qarşı düzgün cavab deyil.
Cumhuriyyet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“İranın nüvə proqramı təhdiddir və bu məsələdə yumşaqlığa yer yoxdur. Ancaq heç kim bu təhdidin hazırda davam edən hərbi əməliyyatlarla cavablandırıla biləcəyini ciddi şəkildə düşünə bilməz”, – o bildirib.
Makron qeyd edib ki, İranda çox yaxşı qorunan obyektlər var:
“Bu gün heç kim 60% zənginləşdirilmiş uranın harada olduğunu deyə bilməz. Texniki ekspertiza və danışıqlar yolu ilə bu proqrama nəzarəti bərpa etmək lazımdır. Enerji infrastrukturuna və mülki hədəflərə hücumlar, haradan gəlməsindən asılı olmayaraq, qəbuledilməzdir”.