Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

İyul 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy:  “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

07 İyul 25 / 13:01
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52

DTX Akademiyası – Heydər Əliyev ideyalarına sədaqət, vətənpərvər gənclər və peşəkar kadrlar məktəbi…

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar mərasim keçirilib. Mərasimdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev akademiyada təhsil səviyyəsinin yüksəldilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, habelə, yenicə xidməti fəaliyyətə başlayan gənc kadrların dövlətimizin təhlükəsizliyi üçün əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə edib.

General Əli Nağıyev çıxışında üç mühüm məqam xüsusilə diqqət çəkib. Bunlardan biri Xidmət rəisi tərəfindən Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında formalaşdırdığı irsin əhəmiyyətinin dolğun şəkildə izahı və bu irsi layiqincə davam etdirməyin vacibliyi fikridir. Xidmət rəisi bildirib ki, gənclər bu tarixi irsi qoruyub saxlamalı, yaşatmalı və Ulu öndər dəyərlərinə daim sadiqlik sərgiləməlidirlər.

General Əli Nağıyevin çıxışındakı digər bir mühüm məqam isə akademiyada təhsil alan gənclərin vətənə və Prezident İlham Əliyevin siyasi kursuna sədaqət ruhunda yetişdirilməsi, onların gələcək fəaliyyətlərini məhz bu prinsiplər çərçivəsində təşkil etməsidir.

Xatırladaq ki, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi Prezident İlham Əliyevin çıxış və müsahibələrində dönə-dönə vurğuladığı əsas nüanslardan biridir. Dövlət başçısı 44 günlük Vətən müharibəsində əldə edilən zəfərin də məhz gənclərimizin yüksək vətənpərvərliyi sayəsində əldə olunduğunu bildirib, bu mühüm dəyərin qorunub saxlanılmasının vacibliyinə toxunub. Dövlət başçısının 2023-cü il fevralın 2-də Azərbaycan Gənclər Günü münasibətilə gənclərə ünvanladığı təbrik məktubunda da bu tarixi həqiqətə diqqət çəkərək deyib:

“Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır”.

General Əli Nağıyevin çıxışı göstərdi ki, DTX-nın Heydər Əliyev adına Akademiyasında gənclərimizə sadəcə təhsil verilmir, həm də onların əsl vətənpərvər kimi yetişidirilməsi üçün bütün imkan və vasitələrdən maksimum istifadə edilir.

Xidmət rəisinin çıxışındakı digər mühüm məqam isə Akademiyada təhsil səviyyəsinin sürətlə inkişafı, tələbələrin bilik yarışlarında yüksək nəticələr əldə etməsidir. Hansı ki, Prezident İlham Əliyev gənclərin yüksək təhsil almasını da onların həm şəxsi kariyera baxımından yüksəlişi, həm də dövlətimizə, xalqımıza daha çox fayda verməsi baxımından zəruri hesab edir, öz çıxışlarında dönə-dönə bu məqamı vurğulayır. Buna nümunə olaraq dövlət başçısının 2019-cu ildə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışını yada salmaq kifayətdir. Dövlət başçısı həmin çıxışında təhsil və vətənpərvərlik faktorlarının önəminə toxunaraq gənlərin bu faktorları birgə mənimsəməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

“Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

General Əli Nağıyevin məzunların buraxılış mərasimindəki çıxışı DTX Akademiyasında gənclərin təhsil və vətənpərvərlik tərbiyəsinə kompleks yanaşıldığını, Prezidentin bununla bağlı tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl edildiyini göstərir. Bütün bunlar onu söyləməyə əsas verir ki, DTX Akademiyası sözün həqiqi mənasında Heydər Əliyev ideyalarına sədaqət, vətənpərvər gənclər və peşəkar kadrlar məktəbidir və bu məktəb Ulu öndər dönəmində olduğu kimi, bundan sonra da hər bir azərbaycanlı üçün qürur mənbəyi olaraq qalacaq.

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Suriya İsraillə razılığa gəlmək istəyir

Növbəti Yazı

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

EKSKLUZİV

Azərbaycanda ölüm halları azalıb

Azərbaycanda ölüm halları azalıb

11 İyul 2025 / 17:07
1
Yanvar-may aylarında ölkədə 1264 əkiz, 57 üçəm doğulub

Yanvar-may aylarında ölkədə 1264 əkiz, 57 üçəm doğulub

11 İyul 2025 / 16:46
0
Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb

Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb

11 İyul 2025 / 16:30
0
Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

11 İyul 2025 / 16:16
0

XƏBƏR LENTİ

Azərbaycanda ölüm halları azalıb

Yanvar-may aylarında ölkədə 1264 əkiz, 57 üçəm doğulub

Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Azərbaycan əhalisinin sayı açıqlanıb

Qarşıdakı 4 gündə hava… – Əhaliyə xəbərdarlıq

Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi bəlli oldu

“Danone” ləğv olunur

Rubio: ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir

Taliban İrana xəbərdarlıq etdi

İlham Əliyevdən Neft Fondu ilə bağlı SƏRƏNCAM

Türkiyəli general Azərbaycanda səfərdədir

Lavrov: Bu, açıq-aşkar ikiüzlülükdür!

Köçəryan Simonyanın üzr istəməsini tələb edir

Nəhəng asteroid bu gün Yerə yaxınlaşır

Bağçalara qəbul başlayır

“Respublika” və “Xalq qəzeti” birləşdirildi

Sabah hava necə olacaq?

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrıldı

Beynəlxalq səyyahlar Kəlbəcərdə…

Azərbaycan lideri Monqolustanın Prezidentini təbrik edib

Ağdamda skelet qalıqları aşkarlandı

Vətəndaşlar Prezidentin Böyük qayıdış və hərbi quruculuq sahəsində fəaliyyətini yüksək qiymətləndirir – SORĞU

Bitkoinin qiyməti rekordunu yenilədi

“Qərbi Azərbaycanla bağlı bu əsərlər bugünkü və gələcək fəaliyyətimizə yön verən tarixi mayakdır”

Abşeronda silah-sursat aşkarlanıb – VİDEO

Azərbaycan neftinin qiyməti 74 dollara enib

Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi

XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı

Yerdə günün qısalmasının səbəbi açıqlandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.