Dünya

Çin İrana raket kompleksləri göndərdi

35

Çin 12 günlük İran-İsrail müharibəsi başa çatandan sonra Tehrana HQ-9B zenit-raket kompleksləri göndərib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Bildirilir ki, İran bu silahların ödənişini neftlə kompensasiya edib.

Qeyd edək ki, HQ-9B Çinin uzaqmənzilli hava hücumundan müdafiə sistemidir. Kompleks təyyarələrə, raketlərə və helikopterlərə qarşı nəzərdə tutulub. Bundan əlavə, o, ballistik raketləri vurmağa qadir olan ilk Çin istehsalı zenit-raket sistemidir. HQ-9B Rusiya istehsalı olan S-300 bazasında hazırlanıb.

Oxşar xəbərlər

↑