Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda ağırlıqqaldırma üzrə Avropa birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib

Avqust 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Qazaxda İspaniyada keçirilmiş U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində medal qazanan idmançılarla görüş keçirilib. Mediaxeberleri.Az-ın məlumatına görə, görüşdə qalib idmançıların uğurları yüksək qiymətləndirilib, onlar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov, qalib adını qazanan idmançılar iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Rayon rəhbəri söyləyib ki, Musab, Lətif, Muhəmmədəli kimi idmançılaçırımızın timsalında əldə edilən uğurlu nailiyyət onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr bundan sonra da davam edəcək. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Ağır Atletika Federasiyasının rəhbərliyi tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını bildirib. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək qalib idmançıları salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə, xüsusilə də qalib idmançılarla olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev idmançılarla olan bugünkü görüşü rayonda gənclərə olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib.

“Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə və bugünkü görüşə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 23-31 iyul 2025-ci il tarixlərdə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan milli komandasının, xüsusilə də qazaxlı idmançıların əldə etdikləri nailiyyətlərdən söz açan natiq onlara göstərilən qayğını, etimadı bundan sonra da hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib.

Görüşün sonunda icra başçısı qalib idmançıları mükafatlandırıb, ünvanlarına bir daha xoş sözlərini, səmimi təbriklərini səsləndirib. Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.

Əvvəlki Yazı

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur.

Növbəti Yazı

AAAF Parkda total təftiş: təsisçi Tofiq Heydərov ölkədən çıxıb?

EKSKLUZİV

Osmanlı Mətbəxinin Unudulmuş Ləzzəti Dünyanın Ən Yaxşı Toyuq Yeməkləri Siyahısına Düşdü

20 Aprel 2026 / 9:17
0

Mersisayd Derbisi: Futbolsevərləri Ekranlara Kilidləyən Qızğın Mübarizə – VİDEO

20 Aprel 2026 / 9:16
0

Azərbaycan İkinci Liqasında 23-cü Turun Startı: Gərgin Mübarizə Vəd Edir!

20 Aprel 2026 / 9:16
0

Netanyahu: İranla Müharibə Bitməyib – Yeni Hadisələr Qapıdadır

20 Aprel 2026 / 9:15
1

XƏBƏR LENTİ

Osmanlı Mətbəxinin Unudulmuş Ləzzəti Dünyanın Ən Yaxşı Toyuq Yeməkləri Siyahısına Düşdü

Mersisayd Derbisi: Futbolsevərləri Ekranlara Kilidləyən Qızğın Mübarizə – VİDEO

Azərbaycan İkinci Liqasında 23-cü Turun Startı: Gərgin Mübarizə Vəd Edir!

Netanyahu: İranla Müharibə Bitməyib – Yeni Hadisələr Qapıdadır

“Tasnim”: İran gəmisi saxlandıqdan sonra Tehran ABŞ hərbi gəmilərinə SƏRT CAVAB VERİB

Netanyahunun məhkəmə ifadəsi təxirə salındı: Siyasi gərginlik artır

Neftin qiyməti kəskin artdı: Dünya bazarlarında 5%-dən çox bahalaşma

ABŞ-ın İrana Qarşı Hərbi Xərcləri 56 Milyard Dolları Ötüb: Regionda Gərginlik Artır

Şimali Kiprdə əmlak satanlara rum tələsi: Həbslər başlayır

Yunanıstan Ege dənizi iddiasını BMT-yə daşıdı: Türkiyənin hüquqları rədd edilir

ABŞ-da faciə: 3 evə silahlı hücumda 8 uşaq öldürüldü

ŞOK NƏTİCƏ: “Napoli”nin məğlubiyyətsizlik seriyası sona çatdı!

A Seriyası: Yuventus və Milan Vacib Qələbələr Qazandı

Ukraynadan Türkiyəyə mühüm müraciət: Zelenski Putinlə görüşə hazır!

Beşiktaş məğlub oldu: Çempionluq mübarizəsi çətinləşir

ABŞ Oman körfəzində İran gəmisini ələ keçirdi: Gərginlik yenidən artır

Dünyanın ən nadir sürünəni illər sonra tapıldı: Avstraliyada sirli kəşf

Nüvə Partlayışından Sağ Çıxan Ağacların Sirri: Alimlər Yeni Kəşf Etdi

Azərbaycan Avropa Çempionatında Tarixi Uğur: İki Medal Qazanıldı!

Hörmüz və Bəsrə körfəzində ‘Kritik’ həyəcan: Britaniya donanması xəbərdarlıq etdi

ABŞ-İran Gərginliyi: Pakistanın Baş naziri Tehran səfərində mühüm danışıqlar apardı

Hürmüz boğazında gərginlik pikə çatdı: ABŞ İran gəmisini vurduğunu açıqladı

Avstraliyada dənizin görünməz təhlükəsi: Güclü cərəyanlar üzə çıxdı

Samoa sahillərində baş verən güclü zəlzələ: Regionda vəziyyət gərginləşir

Donald Tramp İranla saziş ehtimalını yüksək qiymətləndirdi

Azərbaycan Şahmatının Parlaq Ulduzları: Abasov və Süleymanlı Avropa Çempionatında Tarixi Uğura İmza Atıb

Pakistan sülh missiyasına qoşulur: Şərif Pezeşkiyanla görüşdü

ABŞ Hörmüz boğazında minalara qarşı mübarizəni gücləndirir: Yeni dron texnologiyası tətbiq olunur

Dəniz Səviyyəsi Yüksəlir: Pasifik Adaları Nəhəng Divarla Qorunacaq

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.