Bakı–Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınan ağır avtomobil qəzasında həlak olan 17 yaşlı, yenicə tələbə adını qazanmış Kənan Məmmədovun atası Kamran Məmmədovun həyatı da təhlükədədir.
Mediaxeberleri.Az-a Kamran Məmmədovun qızı Fəridə xanım bildirib ki, atasının səhhətindəki problem avtoqəzada aldığı zədədən sonra yaranıb.
O qeyd edib ki, 7 avqust gecə saatlarında Bakı–Qazax yolunun Şəmkir rayonu yaxınlığında baş verən dəhşətli qəza ailəmizi parçaladı…
Cəmi 17 yaşında olan qardaşım Kənan Məmmədov hadisə yerində həyatını itirdi. Atamız Kamran Məmmədov isə çox ağır vəziyyətdə Gəncə Beynəlxalq Xəstəxanasına çatdırıldı.
Onun bədəni kəsilmiş, deşilmiş, cırılmış yaralarla doludur. Ağciyər zədələnib, ciyərlərinə qan dolub, nəfəs ala bilməsi üçün traxeyasına müdaxilə olunaraq dəlik açılıb. Üz–çənə sümükləri və ağız boşluğu deformasiyaya uğrayıb. Hazırda reanimasiyadadır, nə danışa bilir, nə də nə baş verdiyini anlamır…
O, hələ oğlunun həyatda olmadığını bilmir…
Bu xəbəri verməyə gücümüz çatmır… Biz sadəcə onun yaşaması üçün çalışırıq.
Reanimasiyada qalmaq, müalicə və əməliyyat xərcləri ailənin maddi imkanları çərçivəsində deyil, özəl müəssisə olduğuna görə, icbari sığorta xərcləri qarşılamır.
“Allah heç bir ailəni sınağa çəkməsin. Qardaşımı itirdim, amma atamın yaşamaq şansı var. Xalqımdan xahiş edirəm, bizə əl tutsunlar. Bizə ilkin xərcləri qarşılaya bilməyimiz üçün 50 min manat lazımdır”.
Kiçik bir yardımınız belə atamızın həyatını xilas edə bilər.