Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

Avqust 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: “Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, – deyə M.Qənbərov bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov bildirib ki, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə töhfəmiz olacaq.

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: “Çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək. Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub”.

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin də əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi rol oynayır. Yeni qovşağın tikintisi ilə turizm, kənd təsərrüfatı və ümumilikdə ticarət canlanacaq, çünki liman və sərhəd bölgələrə çıxış daha əlçatan olacaq. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını yüksəldəcək.

Layihələrin ətraf mühitə təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.

Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.

Əvvəlki Yazı

Bu institutlar birləşdirilir – İşçi qrupu yaradıldı

Növbəti Yazı

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR… – Samir Şərifovun himayəsi altında…

EKSKLUZİV

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

05 İyun 2026 / 10:36
2
Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

03 İyun 2026 / 13:28
2
Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

02 İyun 2026 / 12:56
4
Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

01 İyun 2026 / 15:44
18

XƏBƏR LENTİ

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.