Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

ALYASKA GÖRÜŞÜ SIFIRLANIR… – Trampın “Nobel arzusu” suya düşür

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

“Putin Trampda qəsdən onunla razılaşdığı barədə yalan təəssürat yaradırdı”

Tezliklə Putin-Zelenski görüşünün keçiriləcəyi və Ukraynada sülhə nail olunacağına dair ümidlər sürətlə öləziyir. ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi günü Ukraynadakı müharibədə tezliklə sülh razılaşmasına nail olacağı ilə öyündüyü halda, artıq dünən tamamilə başqa əhval-ruhiyyədə göründü və mahiyyətcə fərqli paylaşım etdi.

Belə ki, Tramp son açıqlamasında Kiyevin Rusiyaya qarşı daha çox hücum etmədən müharibədə qalib gəlmək şansının olmadığını qeyd etdi. Bu, o deməkdir ki, Trampın Putin-Zelenski görüşünə, daha sonra üçtərəfli sammitə və sülh razılaşmasına olan ümidləri özünü doğrultmayıb. Bundan əlavə, sülh razılaşması əldə olunarsa, Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ideyası da Kreml tərəfindən rədd edildi. Sergey Lavrovun son açıqlamaları isə Kremlin köhnə bayatıları təkrarladığını göstərdi. Belə ki, Lavrov Putinin adından növbəti dəfə Zelenskinin Prezident kimi legitimliyini sual altına aldı və onunla hər hansı bir sənədin imzalanmayacığına eyham vurdu.

Bütün bunlar Alyaska görüşünün böyük ölçüdə sıfırlanması və Trampın Nobel mükafatı arzusunun suya düşməsi anlamına gəlir…

İndi isə Qərb liderləri, eləcə də mətbuat Alyaska görüşünün gözlənilən nəticələri verməməsini və Tramp diplomatiyasının uğursuzluğunu müxtəlif səbəb və bəhanələrlə yozmağa çalışırlar.

 

Məsələn, “The Wall Street Journal” yazır ki, Ukrayna məsələsində diplomatik irəliləyişə nail olunmaması Putin və Trampın danışıqlar üslubundakı kəskin fərqlərlə bağlıdır: “Keçmiş köməkçilərinin fikrincə, Tramp əsasən şəxsi münasibətlərə əsaslanan improvizəçi bir yanaşma sərgiləyir. Putin isə metodikdir və qeyri-sentimentaldır. Tramp münaqişəni mümkün qədər tez bitirmək istəyir. Putin isə daha uzun oyun oynayır, diplomatlar danışıqlar apararkən, hər iki tərəfdən minlərlə itkilər verilsə də, döyüş meydanındakı mövqeyini tədricən yaxşılaşdıracağına ümid edir”.

Eyni zamanda Qərb təhlilçiləri hesab edirlər ki, Trampın sosial mediada Ukraynaya Rusiyaya hücumları tövsiyə edən paylaşımı diplomatiyanın uğursuzluğunun göstəricisidir. Bu, həmçinin Tramp tərəfindən Rusiyaya təzyiq və təsir rıçaqlarını bərpa etmək cəhdi ola bilər.

ABŞ-nin Rusiyadakı və NATO-dakı keçmiş səfiri Aleksander Verşbou bununla bağlı deyib: “Bu, onu göstərir ki, Tramp Rusiyaya (zəif) təzyiqin onun strategiyasındakı ən əsas çatışmazlıq olduğunu anlayır. Bu strategiyanı dəstəkləmək üçün heç bir güclü silah yoxdursa, onun dəyəri azalır”.

 

 

Trampın ilk prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə əsas ekspert kimi çalışmış Fiona Hill isə hesab edir ki, Trampın əvvəlcə Putinlə, sonra isə Zelenski və Avropa liderləri ilə keçirdiyi görüşlər vəziyyəti daha da dolaşdırıb: “Sanki biz Ukraynada ilişib qalmışıq və indi Putin də daxil olmaqla hamı Trampı idarə etməyə çalışır. Ruslar müəyyən kontekstdə terminlər işlədirlər və Tramp bunun fərqinə varmır. Ola bilsin ki, Putin Trampda qəsdən onunla razılaşdığı barədə yalan təəssürat yaradırdı”.

Tramp administrasiyası tezliklə razılaşmaya nail olunacağına israrla ümid etsə də, bir çox keçmiş ABŞ rəsmiləri, eləcə də nüfuzlu politoloqlar, mütəxəssislər yaxın zamanda hərtərəfli nizamlanmanın mümkün olmadığını bildirirlər.

Bununla bağlı ən konkret və inandırıcı şərhi isə tanınmış diplomat, Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi kimi çalışmış Kurt Volker verib: “Biz hazırda iki həftə əvvəl, hətta altı ay əvvəl olduğumuz yerdəyik. Heç bir razılaşma olmayacaq. Putin heç vaxt razılaşmayacaq”.

Bütün bu baş verənlər Trampın zatən mübahisəli və qüsurlu reputasiyasını daha da zəiflədir. Onun bəyanatlarına və sözlərinə olan inamı kəskin azaldır. Bu isə eyni zamanda, ABŞ-nin bir dövlət kimi nüfuzunu və sözünü heçə endirir…

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? – Fakt və ekspert rəyi

Növbəti Yazı

FƏRHAD ƏHMƏDOVUN AZƏRBAYCANDAKI MÜLKLƏRINƏ HƏBS QOYULUB – Oliqarx qalmaqallı çəkişməni uduzub + FOTOLAR

EKSKLUZİV

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
4
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
1
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
2

XƏBƏR LENTİ

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.