Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“AzParking” narazılıq yaradır: Baş redaktor həm rüsum ödədi, həm cərimələndi – NƏ BAŞ VERİR?

Avqust 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Azərbaycanda vətəndaşlara “xidmət” üçün yaradılan qurumların əksəriyyətində ilk olaraq cərimə mexanizmi hazırlanır. Hətta xidmətlər fəaliyyət başlamamış, qaydalar tənzimlənmədən vətəndaşların hansı hallarda nə qədər cərimə olunacağı ilə bağlı məsələlər həll olunur. Bütün təzə yaradılan qurumlar da cərimə etmək səlahiyyətində olur. Hansı ki, bu məsələnin özü də qanunda boşluqların olduğunu göstərir. Belə xidmətlərdən biri də “Azparkinq”dir. Uzun illər avtomobillərin parklanması ilə bağlı ölkədə ciddi narazılıqlar olub. Şəhərə avtomobili ilə çıxıb, kor-peşman evə qayıdanlar az olmur, hələ də istirahət günləri dediyimiz həftəsonlarında bu kimi halları yaşayanlar çoxdur. Məsələ isə yalnız “parkinq” yerlərinin azlığı deyil. Sonuncu ölən ümidlərdir deyib, parklanma yerlərinin sayının artacağına sonadək ümid edə bilərik. Amma bəs vətəndaş evinə qayıdanda bu problemlə rastlaşırsa, onda nə etsin? Bu dəfə AYNA-nın “Azparkinq” xidmətinin məntiqsiz və texniki qüsur problemi ilə Mediatv.az saytının baş redaktoru Əfqan Quliyev rastlaşıb. Əfqan bəy bildirir ki, bir neçə gün öncə avqustun 21-də saat təqribən 10-11 intervalında Neftçilər xəstəxanası yaxınlığında 99EM320 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb və onlayn parkinq xidmətindən yararlanmaq üçün ərazidəki tabloba olan qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçməyə cəhd edib: “Dəfələrlə yoxlasam da tabloda olan nömrə ilə qeydiyyatdan keçmək memkün olmadı.Sonra isə Azparkinq mobil tətbiqinin küçə adi və parkinq nömrəsi ilə qeydiyyatdan keçmişəm.Xəstəxanada işlərim yekunlaşdıqdan sonra ödəniş edərək parkinqi tərk etmişəm və mənə məxsus kartdan 0.8 manat pul çıxıldı (Onu da nəzərinizə çatdırım ki, həmin vaxt yəni avqustun 21-də ölkənin bütün ərazilərində internet problemi olub, demək olar ki internet sistemi çökmüşdi). Elə həmin gün axşam telefonuma Protokol AYN1556810 nömrəli cərimə mesajı gəlib.Necə ola bilər ki ,eyni zaman kəsiyində kəsiyində həm parkinq ödəyirəm ,həm də ba.qa ünvanda cərimə olunuram? Qaynar xətt operatoru ilə əlaqə saxlayıb cərimənin nə üçün yazılma səbəbini soruşanda sistemdə küçənin düzgün göstərmədiyim üçün yazıldığı bildirildi”.
Əfqan bəyin başına gələn bu əhvalat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yeni fəaliyyət sahəsi olan parklanma sistemi ilə bağlı çoxsaylı narazılıqlardan yalnız biridir. İş olan yerdə problemlər olur deyirlər. Bəs problem vətəndaşın öz problem ilə uğraşdığı məkanda, yəni xəstəxana həyətində olarsa, onda necə? Əvvəla, xəstəxana həyətində, yəni insanların öz sağlamlığı ilə bağlı problemi üçün gəldiyi bir yerdə parklanma xidməti nə qədər məntiqli və vacibdir? Digər bir tərəfdən baş vermiş hadisə ilə bağlı məlum olur ki, agentlik parklanma məntəqələrinin qeydiyyatını düzgün aparmayıb və sistemə küçənin ünvanı yanlış qeyd olunub. Yəni prosesi tam başa çatdırmadan pul yığımına başlayıb. Əgər AYNA xəstəxana həyətində, yəni insanların ən həssas olduğu məkanda belə hər gün onlarca avtomobildən ödəniş alan parklanma məntəqəsini fəaliyyətsiz sayırsa, paytaxtın ucsuz-bucaqsız ərazilərindəki “parkinq”lərə necə nəzarət edəcək? Digər bir tərəfdən vətəndaşın kartından pul çıxdığı halda ona cərimə tətbiq edilməsi nə dərəcədə doğrudur? Axı baş verən olay vətəndaşın səhvi ucbatından baş verməyib.
AYNA-ya veriləcək başqa suallar da var:
1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?
2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, SMS olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?
3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə İnzibati Xətalar Məcəlləsinin 19 maddəsinə əsasən halın icbari xəta olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa icbari xəta olmasını necə müəyyən edir?
4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır.
AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi?

cümhuriyyət.az

Əvvəlki Yazı

RUSİYADAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ – Paşinyan seçim qarşısındadır

Növbəti Yazı

Sertifikatı ləvğ edilmiş plastik cəlladlar şəbəkəsini kimlər himayə edir?

EKSKLUZİV

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

02 Mart 2026 / 11:09
0
DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

02 Mart 2026 / 11:06
0
Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

02 Mart 2026 / 11:04
0
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 2026 / 11:01
1

XƏBƏR LENTİ

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.