Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları – Paşinyana iki “ev tapşırığı”

Sentyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

19 Sentyabr 25 / 15:11
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

19 Sentyabr 25 / 13:12
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

19 Sentyabr 25 / 12:24
AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 25 / 16:51
Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

17 Sentyabr 25 / 11:50

Xəbər verildiyi kimi, Nikol Paşinyanın iştirak etdiyi son teatr tamaşası ətrafında yaranan qalmaqal erməni mətbuatında geniş müzakirə doğuran mövzulardan birinə çevrilib. Belə ki, Paşinyanın iştirakı ilə Bjurakan qəsəbəsində nümayiş olunan “Hasar” tamaşasında “Qərbi Ermənistan”a eyham vuran səhnələrin olması baş nazirin kəskin etirazına səbəb olub.

Paşinyan tamaşadan sonra açıq şəkildə narazılığını ifadə edərək bildirib ki, bu kimi məqamlar Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəldə bilər. Onun sözlərinə görə, ölkə real təhlükələrlə üz-üzə qaldığı bir vaxtda diqqətimizi “keçmiş torpaqların” (?! – red.) nostalji xatırlanmasına deyil, hazırkı Ermənistan dövlətinin möhkəmləndirilməsinə yönəltmək vacibdir. “Biz hasarları elə qurmalıyıq ki, öz dövlətimizi qorusun, kiminsə xəyali sərhədlərini deyil”, – baş nazir bildirib.

Bu isə Ermənistan daxilində fikir ayrılıqları doğurub. Revanşist mövqeli bəzi qəzetlər və siyasi dairələr bunu “senzura” və “tarixin silinməsi” kimi təqdim edir. Məsələn, “Past” adlı radikal nəşr Paşinyanın bu mövqeyini Türkiyə və Azərbaycanın “təzyiqlərinin nəticəsi” kimi qələmə verməyə çalışıb. Qeyd edək ki, bu günlərdə möhürlərdən Ağrıdağın təsvirinin çıxarılması həmin çevrələrdə eyni dərəcədə sərt tənqidlərə tuş gəlmişdi.

Bu arada məlum olub ki, Ermənistanda “artsax nümayəndəliyi”nin binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib. Erməni mediasının yazdığına görə, iyulun 15-də Baş Prokurorluq İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı “artsax nümayəndəliyi”nin binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırıb. Xatırladılıb ki, bina 1997-ci ildə baş nazir Robert Köçəryanın qərarı ilə “Qarabağ hökuməti”nə bağışlanıb (Axar.az).

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan hakimiyyətinin İrəvanda “artsax nümayəndəliyi”ni hələ də saxlaması, üstəlik, binanın geri alınması ilə bağlı məhkəmə prosesinin 2026-cı ilin may ayına təyin edilməsi ciddi suallar yaradır. Niyə gələn ilin mayı, seçkilərdən sonramı?

Başqa yandan, Paşinyan öz toplumunu fəsadsız-filansız “Qərbi Ermənistan”, Ağrıdağ (“Ararat”) kimi mərəzlərdən, “artsax”ın mənasız simvollarından xilas edə biləcəkmi? 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri və hakim komanda keçmişdən qalan, ideologiyaya mənfi təsir göstərən qurum, quruluş və simvollardan qurtulmağa çalışır: “”Artsax nümayəndəliyi”nin binası ilə bağlı məhkəmə iclasının gələn ilin may ayına təyin olunması da təsadüfi deyil və nəzərə almaq lazımdır ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan tez bir zamanda “Artsax nümayəndəliyi”nin fəaliyyətinə son qoyub binanı müsadirə edib rahatlıqla seçkilərə getməyə hazırlaşır. Nəzərə almaq lazımdır ki, həmin bina və bu kimi “nümayəndəliklər” yalnız separatizm ideyasının genişləndirilməsi və keçmiş qondarma qurumun fəaliyyətinin daha da dərinləşdirilməsi mahiyyətini daşıyırdı. Bu gün isə yeni geopolitik reallıqlara Ermənistan və bütün geosiyası mərkəzlər hazır olmalıdırlar, yeni reallıqlar əsasında fəaliyyət qurmalıdırlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və Azərbaycanla sülh müqaviləsi imzalayırsa, deməli, Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir quruluş, qurum, “nümayəndəlik” də olmamalıdır.

Ermənistanın baş naziri 8 avqust Vaşinqton razılaşmasına uyğun davranış nümayiş etdirir. Bu, həm onun öz ölkəsi üçün, həm də Azərbaycan üçün müsbətdir. Ermənistan sərhədində giriş-çıxış möhüründə Ağrıdağın təsvirinin yığışdırılması, Ermənistanda bilik günündə tədris müəssisələrində Azərbaycana müsbət jestin edilməsi və bu kimi məsələlər onu deməyə əsas verir ki, Nikol Paşinyan real sülh istiqamətində artıq praktiki addımlar atmağa cəhd edir”.

Ekspertin sözlərinə görə, Paşinyanın bu siyasəti daxildə revanşist qüvvələri narahat edən vəziyyətdir: “Çalışırlar ki, kilsənin gücü ilə Ermənistanda hakim komandanın siyasi imicinə zərbə vursunlar və sülh prosesinə mane olsunlar. Lakin hesab edirəm ki, bu cür cəhdlərin artıq ciddi bir təsiri olmayacaq. Paşinyan qarşısına qoyduğu prosesi sona qədər aparmaqda qərarlı görünür. Ona görə də düşünürəm ki, Paşinyan Ermənistanı “Qərbi Ermənistan”, “Ağrıdağ” (“Ararat”) kimi mənasız ideologiyalardan, “artsax”ın mənasız simvollarından xilas edə biləcək. Çünki bunlardan Ermənistan nə qədər tez xilas olsa, bu, erməni xalqının özü üçün bir o qədər xeyirlidir.

Ermənistan xalqı bilməlidir ki, ölkələrində “artsax nümayəndəliyi binası”nın qalması onların övladlarının gələcəyi üçün təhlükə mənbəyinin qalmasıdır. Həmin “nümayəndəlik binası” erməni gəncləri ölümə aparan bədnam ünvandır. Ermənilər gərək hətta məhkəməni-filanı gözləmədən həmin ünvanı özləri ayağa qalxıb süpürüb kənara atsınlar. Erməni valideynlər öz övladlarının yaxşı gələcəyi naminə bunu etməlidirlər”.

Əvvəlki Yazı

Qarabağdakı antiterror əməliyyatından iki il ötür

Növbəti Yazı

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

EKSKLUZİV

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

19 Sentyabr 2025 / 15:11
4
SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

19 Sentyabr 2025 / 13:14
0
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

19 Sentyabr 2025 / 13:12
2
Allahşükür Paşazadənin qızına məxsus “Zəhra Clinic”in vergi borcu yaranıb

Allahşükür Paşazadənin qızına məxsus “Zəhra Clinic”in vergi borcu yaranıb

19 Sentyabr 2025 / 12:30
1

XƏBƏR LENTİ

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

Allahşükür Paşazadənin qızına məxsus “Zəhra Clinic”in vergi borcu yaranıb

Milli Məclisdə mübahisə: “Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun”

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Həbsdə olan jurnalist müalicə müəssisəsinə yerləşdirilib

Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb

DGK Mərkəzi Hospitalının 274 min manatlıq tenderini cərimələnmiş şirkət uddu – MMC-nin sahibini “Nurgün Holding”in sahibi ilə əlaqəsi

“Şərurlu İsfəndiyar” həbs olunub?

Aeoroportdakı taksi qiymətlərinə yenidən baxılacaq?

Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

Kasparovdan eiraflar: “Bakıya getmək arzum var…”

Erməni lobbisinin fiaskosu: ABŞ Konqresi anti-Azərbaycan xarakterli düzəlişləri rədd etdi

Azərbaycanda qumar şəbəkəsi ifşa olundu: DİN-dən ƏMƏLİYYAT – VİDEO

“Təhsil yox, soyğun var!” – Təhsil haqqının artırılması ilə bağlı NAZİRƏ ETİRAZ

Fransa böhranı qlobal miqyasda: küçə etirazlarından Afrikaya və Yaxın Şərqə uzanan təsirlər

“AST Telman”ın killerinə ağır cəza

Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

Milli dərman sektorunda “inqilab” – xaricdən asılılıq azalır

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları – Paşinyana iki “ev tapşırığı”

Qarabağdakı antiterror əməliyyatından iki il ötür

Dilqəm Məhərrəmov necə həkim olmaq istəyir? – Maraqlı iddia yayıldı (FOTO)

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu – 300 minlik əmlakı qaytaracaq

Zaur Axundov “Silk Vey Vest”dən nə qədər qazanır? – RƏQƏMLƏR BƏLLİ OLDU

Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək? (RƏSMİ)

Qohum evliliyi üçün valideyn övladından imtina edə bilər?

Bu ərazilərdə evlər bahalaşacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.