Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Kasparovdan eiraflar: “Bakıya getmək arzum var…”

Sentyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

19 Sentyabr 25 / 15:51
Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

19 Sentyabr 25 / 15:11
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

19 Sentyabr 25 / 13:12
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

19 Sentyabr 25 / 12:24
AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 25 / 16:51

Hazırda Vladimir Putinə müxalif siyasi düşərgənin fəal üzvlərindən biri olan şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulub böyümüş Harri Kasparov tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib. Yaxın keçmişdə Azərbaycana qarşı nankorluq notları olan, ermənipərəst mövqenin üstünlük təşkil etdiyi açıqlamalar vermis Kasparov bu dəfə də Azərbaycana dair bəzi “nala-mıxa vuran” ifadələr işlətməsinə baxmayaraq, eyni zamanda, bir çox maraqlı fikirlər də səsləndirib.

“AzPolitika” xəbər verir ki, Kasparov müsahibəsində Qordonun Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, eləcə də doğulub böyüdüyü Bakı, Heydər Əliyev və bir sıra başqa məsələlərlə bağlı suallarını cavablandırıb.

Sabiq dünya çempionu deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ümid edir. Onun fikrincə, əldə olunan son razılaşmaların ən üstün cəhətlərindən biri odur ki, bölgədəki qanlı savaşların əsas səbəbkarı olan Rusiya Cənubi Qafqazdan çıxarılır: “Tanrıya şükürlər olsun ki, Rusiyanı oradan çıxardılar. Bütün bu hadisələrin başlıca təxribatçısı olan Rusiya imperiyası artıq orada olmayacaq… Ümumilikdə bu, irəliyə atılan böyük addımdır. Biz nəticədə çiçəklənən iqtisadi zona əldə etmiş olacağıq. Orda işləmək üçün, qazanmaq üçün şərait var. Yaxşıdır ki, orada azərbaycanlıların öz imkan və bacarıqları var, ermənilərin də həmçinin. Yəqin ki, bütün bunları qurub yaratmaq olacaq…”

Daha sonra anasının erməni əsilli olduğunu xatırladan Kasparov azərbaycanlılarla qohum olduğunu da qeyd edib: “Unutmayaq ki, mənim anam ermənidir. O, yəhudiyə ərə gedib. Onun ikinci bacısı erməniyə, üçüncü bacısı isə azərbaycanlıya ərə gedib. Ailəmiz rusdilli olsa da, hər kəsi özündə birləşdirib. Bu, (Azərbaycan-Ermənistan razılaşması) çox böyük addımdır və başqaları üçün də nümunədir ki, nə qədər Rusiya imperiyasının bölgədə mövcudluğu azdırsa, bir o qədər, hətta arasında tarixən qan olanların belə bir-biri ilə anlaşması şansı çox olacaq”.

Kasparov Heydər Əliyev və Bakıya səfər etməsinin mümkünlüyü barədə sualı da cavablandırıb: “Heydər Əliyevə çox minnətdaram və bu barədə həmişə yazmışam… Onun dəstəyi olmasaydı, mən irəliləyə bilməzdim. Yalnız Əliyev və onun hər şeyi yarıb keçən gücü Karpovu(dünya çempionluğu uğrunda Kasparovun əsas rəqibi olan Anatoli Karpov – red.) yuxarıda saxlamağa çalışan böyük partiya maşınının qarşısını ala bilirdi… 1983-cü ildə, birinci mərhələdə onlar məni yarışdan kənarlaşdırmağa çalışanda məhz Əliyev buna imkan vermədi. Məni yarışdan çıxaranda bütün bu prosesləri Kommunist Partiyası İdeologiya şöbəsinin başçısı Boris Stukalin idarə edirdi. O vaxt 20 yaşım vardı. Orada mənə İdman naziri və KQB-nin 5-ci idarəsinin başçısı dedilər ki, cavansan, 3 il də gözləyə bilərsən. O zaman mən Əliyevdən xahiş etdim. Bildiyimə görə, bundan sonra Stukalini görən Əliyev ona deyib ki, “sən bax, mənim yerlimi incitmə”. Bundan sonra təkər başqa istiqamətdə fırlanmağa başladı. KQB general-leytenantı və Andropovun yaxın adamlarından biri olan Əliyevlə o vaxt mübahisə etməmək daha yaxşı idi… Mən bu barədə həmişə yazıram… Bakıya getməyimə gəlincə, indi vəziyyət yaxşı istiqamətdə dəyişir. Əgər erməni nümayəndə heyətlərinin Bakıya səfərləri başlasa… ora getmək şansım və xüsusilə də arzum əlbəttə ki, var. Mən o yaşdayam ki, artıq nostalgiya ürəyimi göynədir”.

Əvvəlki Yazı

Erməni lobbisinin fiaskosu: ABŞ Konqresi anti-Azərbaycan xarakterli düzəlişləri rədd etdi

Növbəti Yazı

Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

EKSKLUZİV

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

19 Sentyabr 2025 / 16:15
0
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Bakıya gəlir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Bakıya gəlir

19 Sentyabr 2025 / 16:12
0
250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

19 Sentyabr 2025 / 15:51
5
Bakıda iki tanınmış məktəbə bir xanım rəhbərlik edir? – RƏSMİ CAVAB

Bakıda iki tanınmış məktəbə bir xanım rəhbərlik edir? – RƏSMİ CAVAB

19 Sentyabr 2025 / 15:49
0

XƏBƏR LENTİ

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Bakıya gəlir

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

Bakıda iki tanınmış məktəbə bir xanım rəhbərlik edir? – RƏSMİ CAVAB

Leysan, yağış yağacaq- Hava PROQNOZU

Taboşar dağının yeni büsatı – vaxtilə burada uran filizi hasil edən qaloş zavodu varmış

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

Allahşükür Paşazadənin qızına məxsus “Zəhra Clinic”in vergi borcu yaranıb

Milli Məclisdə mübahisə: “Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun”

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Həbsdə olan jurnalist müalicə müəssisəsinə yerləşdirilib

Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb

DGK Mərkəzi Hospitalının 274 min manatlıq tenderini cərimələnmiş şirkət uddu – MMC-nin sahibini “Nurgün Holding”in sahibi ilə əlaqəsi

“Şərurlu İsfəndiyar” həbs olunub?

Aeoroportdakı taksi qiymətlərinə yenidən baxılacaq?

Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

Kasparovdan eiraflar: “Bakıya getmək arzum var…”

Erməni lobbisinin fiaskosu: ABŞ Konqresi anti-Azərbaycan xarakterli düzəlişləri rədd etdi

Azərbaycanda qumar şəbəkəsi ifşa olundu: DİN-dən ƏMƏLİYYAT – VİDEO

“Təhsil yox, soyğun var!” – Təhsil haqqının artırılması ilə bağlı NAZİRƏ ETİRAZ

Fransa böhranı qlobal miqyasda: küçə etirazlarından Afrikaya və Yaxın Şərqə uzanan təsirlər

“AST Telman”ın killerinə ağır cəza

Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

Milli dərman sektorunda “inqilab” – xaricdən asılılıq azalır

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları – Paşinyana iki “ev tapşırığı”

Qarabağdakı antiterror əməliyyatından iki il ötür

Dilqəm Məhərrəmov necə həkim olmaq istəyir? – Maraqlı iddia yayıldı (FOTO)

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.