Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə – Borclar silinə bilər

Sentyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib:

“Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”.

İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır. Əkrəm Həsənov hesab edir ki, həmin borcların ödənilməsi sual altındadır: “Əksər borclar ödənilə bilmir, ödənilməyəcək də. Ümumiyyətlə, həmin borclar silinməlidir. Amma etiraf edək ki, borcların arasında elələri var ki, qismən də olsa, ödənilə bilər. Bu da artıq Azərbaycanda məhkəmə qərarlarının icra institutunun özünün zəif olmasıdır”.

Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrasında ciddi problem var: “Orada işləyənlərin maaşları aşağıdır. Ölkədə iqtisadi böhrandır. Krediti verən də fikirləşir ki, ala biləcək, indi isə insanların və biznesin gəlirləri azalır, xərclər isə artır. Bu şəraitdə xeyli şəxs – həm vətəndaş, həm də sahibkar borclarını ödəyə bilmir. Ancaq bank deyil, borcların içində bank olmayan kredit təşkilatları, lombardlar, fərdi sələmçilər var. Biz bir tərəfdən şikayət edirik ki, niyə banklar vətəndaşalar kredit vermir, o biri tərəfdən də deyirik ki, bank niyə kredit verdi və s. Faizlər ona görə yüksəkdir ki, Azərbaycanda borcların qaytarılması ilə bağlı ciddi problem var”.

Əkrəm Həsənovun fikrincə, get-gedə bu problem daha da dərinləşəcək: “Məhz buna görə də Mərkəzi Bank da istehlak kreditləri üzrə siyasətini çox sərtləşdirir. Banklara məhdudiyyətlər qoyur ki, istehlak krediti çox verməsinlər”.

Bəs bu borclar necə silinə bilər? Hüquqi baxımdan nə dərəcədə mümkündür? 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məsələyə bir neçə tərəfdən baxmaq lazımdır: “Hazırda yaşananlar son illərdə ölkədə mövcud olan kredit siyasətinin, əhalinin gəlirləri ilə öhdəlikləri arasındakı disbalansın nəticəsidir. Hər bir ölkədə kreditlər iqtisadiyyatın inkişafı üçün vacib alətdir. Amma kredit öhdəliyinin icra olunmaması bank sektorunu zəiflədir, bankların likvidliyini azaldır və nəticədə maliyyə bazarında risklər artır. Bu səbəbdən də faiz dərəcələri yüksək qalır. Yəni problem yalnız borcluların deyil, həm də bankların üzərindədir. Əhalinin aztəminatlı təbəqəsinin gündəlik tələbat üçün götürdüyü kiçik məbləğli kreditlər var. Bu kateqoriyada ödəmə qabiliyyətinin bərpa olunması çox çətindir. Məncə, burada dövlətin birbaşa dəstək mexanizmləri ola bilər. Misal üçün, müəyyən limitə qədər olan borcların silinməsi və ya dövlət tərəfindən kompensasiyası mümkündür. Bu, həm sosial ədalət baxımından, həm də vətəndaşların maliyyə yükünün azaldılması baxımından faydalı ola bilər. Sahibkarların götürdükləri kreditlərlə bağlı isə biznes uğursuz olubsa və ya bazar şəraitindən dolayı gəlirləri azalıbsa, həmin borcların tamamilə silinməsi real deyil. Amma restrukturizasiya mexanizmləri tətbiq oluna bilər. Bank borcu uzunmüddətə bölə və faiz yükünü azalda bilər. Bu, həm sahibkarı iflasdan xilas edər, həm də bankın kapitalını qoruyar”.

Natiq Ələsgərov deyib ki, ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, böhran dövründə dövlətlər borcları tam silmək əvəzinə, restrukturizasiya, subsidiyalaşdırma və güzəştli kredit proqramları ilə problemi həll edirlər: “Azərbaycanda da ən optimal yol budur. Əlavə olaraq, faiz dərəcələrinin yüksəkliyi məsələsi xüsusi vurğulanmalıdır. Azərbaycanda istehlak kreditləri üzrə orta faiz 20-dən yuxarıdır. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 5-7 faiz arasında dəyişir. Faizlərin yüksək olması həm də məhz bu icra olunmayan qərarlarla bağlıdır. Bank riskləri çox olduğuna görə, faizləri qaldırır. Ona görə də problemə sistemli yanaşmaq, həm icra mexanizmlərini gücləndirmək, həm də maliyyə bazarının şəffaflığını artırmaq lazımdır. İndiki halda borcların tam silinməsi qismən mümkündür. Daha effektiv yol  restrukturizasiya və güzəştli mexanizmlərin tətbiqidir. Bu həm bank sektorunu qoruyar, həm də vətəndaşların maliyyə yükünü azaldar. Əks halda, problem böyüyərək davam edəcək və yeni sosial gərginliklər yaradacaq”.

Natiq Ələsgərov deyib ki, kreditlərlə bağlı 340 min məhkəmə qərarının icra olunmaması təkcə bank sektorunun yox, həm də bütövlükdə məhkəmə-hüquq sisteminin, icra institutunun və iqtisadi mühitin böhranını ortaya qoyur: “Çünki məhkəmə qərarı hüquqi dövlətin təməl sütunudur. Əgər həmin qərarlar icra olunmursa, deməli, məhkəmənin hökmü kağız üzərində qalır və nəticədə cəmiyyətin dövlətə inamı sarsılır. Bu borcların ödənilməməsi təkcə vətəndaşın məsuliyyətsizliyindən qaynaqlanmır. Burada bankların kredit siyasəti də əsas faktordur. Bank və ya kredit təşkilatı kredit verəndə borcalanın gəlirini, ödəniş qabiliyyətini, sosial vəziyyətini bilir. Amma yenə də həmin kreditləri verir. İndi isə məlum olur ki, borcların böyük qismi heç vaxt qaytarılmayacaq. Bu halda banklar da məsuliyyət daşıyır. Borcların silinməsi məsələsi hüquqi baxımdan mümkündür. Dövlət müəyyən qərarla və ya qanunla bu borcları silə bilər. Dünyada presedentlər var, müəyyən böhran dövrlərində dövlətlər bank borclarını silib, ya da restrukturizasiya edib. Azərbaycanda da bu, prinsipcə mümkündür. Amma bunun üçün siyasi qərar lazımdır”.

Natiq Ələsgərovun fikrincə, bank borclarını silinməsi, ya da restrukturizasiyasının hüquqi mexanizmi sadədir: “Bunun üçün qanunverici borcların silinməsini, restrukturizasiyasını və ya müəyyən hissəsinin dövlət  tərəfindən kompensasiya olunmasını təsbit edir. Amma burada da məyyən çətinliklə yaşana bilər. Çünki bütün borclar eyni deyil. Orada adi vətəndaşın gündəlik dolanışıq üçün götürdüyü kredit də var, iş adamının biznesi üçün götürdüyü böyük məbləğ də, lombarddan alınmış sələm pulu da. Ona görə də bir qərarla hamının borcunu silmək ədalətli olmaz. Ən yaxşı halda, sosial vəziyyəti ağır olan, aztəminatlı ailələrin kreditləri silinə bilər. Sahibkarların isə borcları restrukturizasiya edilə bilər”.

Natiq Ələsgərov deyib ki, Azərbaycan məhkəmə-hüquq sisteminin ən yaralı yeri məhkəmə qərarlarının icrasıdır: “Azərbaycanda icra sistemi problemi çox kəskindir və həll edilməlidir. Əgər icra məmurunun maaşı 500-600 manatdırsa, o, milyonlarla manatlıq qərarı necə icra etsin? O sistemdə həm korrupsiya, həm də fəaliyyətsizlik var. Borc sahəsində böhranın bu qədər dərinləşməsinin səbəbi də elə icra institutunun kəskin şəkildə zəifliyidir. Bankların faiz dərəcələrinin yüksəkliyi də problemin kökündə dayanır. Azərbaycanda bank faizləri 20-25 üzərindədir.  Bu qədər yüksək faizlə kredit verilsə, onu qaytarmaq demək olar ki, mümkün deyil. Borcun silinməsi məsələsi müzakirə olunur, amma gələcəkdə eyni problemin təkrar yaşanmaması üçün faiz siyasəti də dəyişməlidir. Hazırki durumda icra olunmayan borcların böyük qismi heç vaxt ödənilməyəcək. Dövlət sosial ədaləti təmin etmək üçün müəyyən hissəsini silməli, qalan hissəsi isə restrukturizasiya edilməli, uzunmüddətli və aşağı faizlə yenidən hesablanmalıdır. Ən əsası isə icra sistemi və bank siyasəti köklü islahatlara məruz qalmalıdır. Əks halda, bu gün 340 min olan icra olunmayan məhkəmə qərarlarının sayı sabah 500 min olacaq”.

Əvvəlki Yazı

İcra başçıları daha bir səlahiyyətini itirdi – dəyişən nə olacaq?

Növbəti Yazı

Paşinyan: İrəvanla Bakı arasında faktiki sülh bərqərar olub

EKSKLUZİV

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

02 Mart 2026 / 11:09
0
DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

02 Mart 2026 / 11:06
0
Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

02 Mart 2026 / 11:04
0
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 2026 / 11:01
1

XƏBƏR LENTİ

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.