Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

POLŞA, ESTONİYA… NÖVBƏ KİMİNDİR? – Kreml azğınlaşır, NATO çaş-başdır…

Sentyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Cəmi bir neçə gün əvvəl Rusiya Polşaya 20-dən artıq PUA ilə təxribat xarakterli hücum edəndə, Ukrayna Prezidenti daxil olmaqla, bir çoxları bu təxribatların ardının gələcəyini, özü də daha geniş formada gələcəyini dedilər. Lakin xüsusilə də ABŞ administrasiyası özünü bir növ “görməzliyə” vurdu. Rusiyaya gəlincə, Kreml saymazyana reaksiya və dolaşıq izahatlar verməklə, bir növ PUA-ların ona aid olduğunu heç birmənalı inkar da etmədi…

İndi isə həmin təxribatı “malalamağa” çalışan ABŞ Prezidenti Donald Tramp başda olmaqla, Qərb liderləri yeni reallıqla üz-üzə qalıb. Belə ki, dünən Rusiyanın 3 MiQ-31 hərbi təyyarəsi Estoniyanın hava məkanını pozaraq, Kremlin NATO-ya qarşı növbəti təxribatını törədib. Ölkənin hava məkanında 9 kilometrdən çox dərinliyə daxil olan qırıcılar 12 dəqiqə ərzində Estoniya üzərində uçublar.

Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilir. Daha sonra NATO qırıcılarının havaya qaldırıldığı və Rusiya təyyarələrinin ölkənin səmasını tərk etdiyi qeyd edilir.

Beləliklə, ən pessimist və həm də realist proqnozlar özünü doğruldur. Rusiya Avropaya və NATO-ya qarşı ard-arda, özü də getdikcə daha təhlükəli təxribatlar törədir. Onun birliyini və dayanıqlılığını yoxlayır. NATO və onun başında duran ABŞ isə hələ ki, başını kola soxmuş dəvəquşu təsiri bağışlayır.

Polşaya qarşı hücumun “səhv olduğunu” deyən Tramp Estoniyanın hava məkanına müdaxilə barədə də buna bənzər ilikn reaksiya verib: “Bunun baş verməsi xoşuma gəlmir. Bu böyük problem ola bilər. Təxminən bir saatdan sonra mənə məlumat verəcəklər”.

Onun dediyi bir saatın üzərindən az qala bir sutka keçib. Ancaq heç bir ciddi reaksiya yoxdur. Rusiya isə Tramp başda olmaqla Qərbi ələ salaraq, hərbi təyyarələrin guya sadəcə, Kalininqrada uçduğunu və Estoniyanın hava məkanına girmədiyini bəyan edib.

Xatırladaq ki, Estoniyaya qarşı bu təcavüz aktının ərəfəsində Vladimir Putin ona “çox yaraşan” hərbi geyimdə Belarusa gələrək, şəxsən Rusiya-Belarus birgə hərbi təlimlərinə baş çəkib və bununla bir daha NATO-ya meydan oxuyub.

Bütün bunlar yenə 2014-cü ildə Krımın ilhaqı və Donbasa soxulmazdan öncə Rusiyanın Ukraynaya qarşı təxribatlarını xatırladır. O vaxt da Rusiya hər şeyi üzərindən atırdı. Eyni ssenari təkrarlanır. Həmin vaxt da bu təxribatlar Qərb tərəfindən “malalanırdı”. Ardınca Krım ilhaq olundu, sonra Donbasın böyük ərazisi işğal edildi, daha sonra da Ukraynaya qarşı genişmiqyaslı işğal başladı…

Məntiq və NATO konsepsiyası deyir ki, alyansın tamhüquqlu üzvü olan Estoniya hava məkanına təcavüz edən Rusiya təyyarələri dərhal vurulmalı idi. Necə ki, zamanında Türkiyə bunu etmişdi. Lakin bir daha göründüyü kimi, Qərb liderlərində Türkiyədəki cəsarət və istək yoxdur, heç yaxın zamanda olacağı da gözlənilmir…

Əlbəttə, Kremlin növbəti həyasızcasına gerçəkləşdirilən bu təxribatını cəbhədə heç bir ciddi dönüş və uğur qazana bilməyən Putinin “blefi” və NATO-nu parçalamağa, tərəddüd içərisində buraxmağa, Qərb liderlərini Ukarynaya Rusiyanın kapitulyasiya şərtlərilə barışması üçün təzyiq etməsinə hesablanan addım kimi görünə bilər. Lakin Putinin məqsədinin nə olmasından asılı olmayaraq, NATO “4-cü maddəni işə salmaq”-dan yəni, məsləhətməşələr aparmaqdan o yana keçmədikcə, Kremlin azğınlığı daha da artacaq. Qərb isə 3-cü Dünya Müharibəsi təhlükəsini bəhanə edərək, Kremlə tutarlı cavab vermədikcə, bu müharibəni daha da yaxınlaşdırmış olacaq…

C.Məmmədli

“AzPolitika.info” 

Əvvəlki Yazı

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı: Oliqarx nədə ittiham olunur?

Növbəti Yazı

Qənimət Zahid Baş Prokurorluğa çağırılıb – Barəsində axtarış elan olunub

EKSKLUZİV

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

02 Mart 2026 / 16:21
0
“Azəriqaz”ın milyonlarla borcu yarandı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

02 Mart 2026 / 16:20
0
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
5
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
0

XƏBƏR LENTİ

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.