Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Köhlən atlar” “məmurlar”a qarşı-milyonların gözü Bakıda

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Tofiq Bəhramovun çempion etdiyi ölkənin nəhəngi Azərbaycandadır; milyonla milyardın savaşı olacaq…

Bu gün Azərbaycan futbolunu “reanimasiyadan çıxaran” Ağdamın “Qarabağ” klubu növbəti dəfə tarixi uğur qazanmaq üçün 30 mindən çox azarkeşi Tofiq Bəhramov adına Respublika Stadionuna toplayacaq. Çempionlar Liqasının Liqa Mərhələsinin 4-cü turunda rəqib hamının yaxşı tanıdığı İngiltərənin nəhənglərindən sayılan “Çelsi” klubudur. “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də start götürəcək

Aktivində 6 xalı olan və hazırda turnir cədvəlində 13-cü sırada qərarlaşan “Köhlən atlar”ın heç şübhəsiz ki, əsas hədəfi qələbə, o olmazsa, heç-heçədir. Azərbaycan çempionu ümumiyyətlə, məğlubiyyət barədə düşünmür. Çünki, keçirdiyi ilk 3 oyundan birində-ötən turda İspaniyanın ən güclülərindən sayılan “Atletik”ə məğlubiyyətin ardınca ikinci dəfə meydandan xalsız ayrılmaq Qurban Qurbanovun komandasınını ilk 24-lüyə düşmək şanslarını 50-50-yə endirə bilər. Çünki, qarşıda qalan 4 oyun da kifayət qədər çətin qarşılaşmalardır.

162685_6bj88sy4ge.jpg (32 KB)

Onu da xatırladaq ki, “Çelsi” üçün Bakı yad məkan deyil. London təmsilçisi 2019-cu ildə burada keçirilən Avropa Liqasının finalında “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı. Həmçinin komanda 2017/18 mövsümündə “Qarabağ”a qarşı Çempionlar Liqasının qrup mərhələsinin hər iki oyunda da qələbə qazanmışdı.

136270.jpg (100 KB)

Hazırda hər iki komanda qrupda eyni xala malikdir. “Qarabağ” ilk turda “Benfika” üzərində 3:2 hesablı qələbə qazanaraq sensasiya yaradıb, daha sonra “Kopenhagen”i məğlub edib, yalnız “Atletik Bilbao”ya uduzub.

“Çelsi” isə son turlarda uğurlu çıxışı ilə diqqət çəkir. Komanda son oyunda “Tottenhem”ə qalib gəlib və Almaniyada aldığı məğlubiyyətdən sonra “Benfika” və “Ayaks” üzərində qələbələrlə formaya qayıdıb.

Proqnozlara görə, “Çelsi”nin qalib gəlmə ehtimalı təxminən 73%-dir. “Qarabağ”ın qələbə şansı 13%, heç-heçə ehtimalı isə 14% təşkil edir. Ekspertər hesab edirlər ki, görüş 2-1 və ya 3-1 “Çelsi”nin xeyrinə yekunlaşacaq.

“Transfermarket” məlumatına görə, “Çelsi” klubunun heyət dəyəri 1,14 milyard avro, “Qarabağ”-ın isə 24,83 milyon avrodur.

Onu da bildirək ki, bu oyunda avstriyalı hakim Sebastyan Qishamer düdük çalacaq. O, ölkəmizin futbol azarkeşləri üçün yad fiqur deyil. Belə ki, ötən ay Azərbaycan millisinin matçını idarə edib. 37 yaşlı FIFA referisi DÇ-2026-nın seçmə mərhələsində yığmanın oktyabrın 13-də Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub.

IMG_4168.jpeg (569 KB)

Ədalət təmsilçisi əvvəlki illərdə “Qarabağ” klubunun və U-21 millisinin oyununa da təyina alıb.

O, 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer 2023-cü ildə “Qarabağ”ın səfər qələbəsinə şahidlik edib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” klubunu minimal hesabla üstələyib – 1:0.

“Çelsi”nin son oyunlarını izləmişəm. Əla formadadırlar, amma inanmıram ki, “Qarabağ” rəqibinə o qədər rahatlıq versin ki, istədikləri oyunu göstərsinlər”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov deyib.

Veteran futbolçu qeyd edib ki, “Çelsi” nə qədər güclü olsa da, “Qarabağ” bu rəqibin öhdəsindən gələ bilər: “Evdə oynayırıq, bundan maxsimum istifadə etməliyik. Qurban müəllimin bu kimi komandalara qarşı yaxşı təcrübəsi var və lazımi tapşırıqları verəcək. Qalır komandanın meydanda bu tapşırıqların öhdəsindən gəlməyi. “Çelsi”nin əks hücumlarında diqqətli olmalıyıq. Rəqibin heyətində Ceymi Qittens kimi sürətli futbolçu var. İlk hissədə oyuna nəzarəti itirməsək, sərfəli nəticə qazana bilərik”.

489990025_1213113660815218_6797905183693919019_n.jpg (37 KB)

V.Nadirov “Qarabağ”ın keçirdiyi hər 3 oyunda çox yaxşı təsir bağışladığını deyib. O, bu görüşlərə əsasən komandanın Liqa mərhələsini orta pillələrdə tamamlamaq gücündə olduğunu bildirib: “Benfika” üzərində qələbəni tarixi qələbə adlandırardım. Çünki hamımıza bəlli olduğu kimi Portuqaliya nəhəngi sıradan bir komanda deyil. Bu qələbə bir növ rəqiblərə həyəcan siqnalı idi. “Kopenhagen” də bu il göz oxşayan mövsüm keçirib. Hiss olunurdu ki, Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılıb qol və qollar vurmaq istəyirlər. Amma hər şey tam başqa cür cərəyan etdi. “Atletik”lə qarşılaşmada da “Qarabağ” yaxşı çıxış etdi.

Bu görüşlərdən sonra həm “Qarabağ”ın özündə inam yaranıb, həm də futbol ictimaiyyəti və azarkeşlərdə. Amma növbəti rəqiblərimiz olduqca çətindir. Yenə də düşünürəm ki, bundan sonrakı görüşlərdən 4-7 xal ala bilərik. Futbolçular meydanda canlarını qoymalıdırlar. Bu xarakter isə onlarda var. Bir sözlə, verilən tapşırıqlar düzgün icra olunsa, “Qarabağ” top klublara qarşı rahat oynamaq gücündədir. Komanda bunu bütün dünyaya sübut edib”.

İngiltərənin “Çelsi” klubunun hazırkı heyəti “Qarabağ”ın 8 il əvvəl üz-üzə gəldiyi komanda ilə müqayisədə tamam başqadır.

Bu barədə “Report”a “köhlən atlar”ın daha bir sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib.

37 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda London komandasına qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb: “2017-ci ildə bu turnirin qrup mərhələsinə vəsiqə qazanmışdıq, həmin vaxt “Çelsi”ni görmüşəm. Oynamasam da, matçın iştirak ərizəsində idim. İngiltərə Premyer Liqası İtaliya, İspaniya, Almaniya və Fransa çempionatı ilə müqayisə oluna bilməz. İngiltərə çempionatı çox keyfiyyətli, dinamik, sürətli, atletikdir. Bəzən qarşılaşmaların sonlarında, 80-ci dəqiqədən sonra qollar vurulur. Təmsilçimizin rəqibi olan “Çelsi” son klublararası dünya çempionatının da qalibidir. Bizim oynadığımız dönəmdə Eden Azar və Villianın çox yaxşı vaxtları idi. Həmin matçların taleyinin 50-60 faizini demək olar ki, onlar həll etdilər”.

1755689080_2a7f8871-582e-3d12-8fde-785c7681ebd7_850.jpg (25 KB)

Ə.İsmayılov “Çelsi”də indi də texnikalı oyunçuların yer aldığını söyləyib: “Hazırkı heyət əvvəlki ilə müqayisədə tamam başqadır. London təmsilçisi keyfiyyətli futbolçulara malikdir. Kifayət qədər də ehtiyat qüvvələri var. Amma biz doğma azarkeşlərin önündə oynayacağıq. “Qarabağ” Avropada yaxşı nəticələr də əldə edir. Komandaya ümidlər böyükdür. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanılıb, burada “Benfika” və “Kopenhagen” kimi klublara qalib gəliblər. Hamı “Qarabağ”dan çox şey gözləyir. “Çelsi”yə qarşı matçda suallar çoxdur. Çoxları qalib gələcəyimizə də inanmır. Amma futbolda istənilən nəticə qeydə alına bilər”.

O, “Qarabağ”ın təcrübəli komanda olduğunu vurğulayıb: “Baş məşqçi Qurban Qurbanovun kifayət qədər təcrübəsi var. İnanıram ki, rəqibi yaxşı təhlil edib. Komanda kompakt şəkildə oynamalıdır. Bu qarşılaşmada qapıçının üzərinə də böyük yük düşəcək. Bizim də şanslarımız olacaq. Bunlardan maksimum yararlana bilsək, inanıram ki, sürpriz də edə bilərik. Heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Azarkeşlərimiz də böyük dəstək göstərəcəklər. Həqiqətən “Qarabağ” elə yerə gəlib ki, bu, sanki möcüzədir. Komanda “İmişli”, sonra isə “Çelsi” ilə oynayır. Rəqib isə “Tottenhem”lə matçdan sonra Bakıya gəlir. Fərq çöx böyükdür”.

QOL.az saytının rəhbəri, idman yazarı Aydın Bağırov “Yeni Müsavat”da “Qarabağ”ın işinin olduqca ağır olmasından söz açdı: “Onsuzda əvvəlcədən məlum idi ki, “Qarabağ”ın ən ağır oyunları “Atletik”lə başlayacaq. Hər nə qədər də əvvəlki rəqiblər güclü olsa da, amma əsas güclü rəqiblərlə qarşılaşmaların üçüncü turdan start götürəcəyi məlum idi. Biz gördük ki, artıq “Atletik”lə oyunda temp, sürət tam başqadır. “Qarabağ”ı daha yaxşı analiz etmişdilər. “Benfika” və “Kopenhagen” klubları üzərində parlaq qələbələrdən sonra rəqiblər klubumuzu daha yaxından öyrənməyə başladılar, eyni zamanda, “Qarabağ” haqqında hörmətlə danışmağa başladılar, ciddiyyətlə komandanımıza yanaşdılar. Biz bunu ispan klubu ilə oyunda açıq gördük. Bu da nəticədə öz təsirini göstərdi. Şübhə etmirəm ki, “Çelsi” ilə oyunda da belə olacaq. “Qarabağ” üçün olduqca ağır bir oyundur. Öz ölkələrinin ən güclülərindən biri sayılır”.

İdman yazarı hesab edir ki, “Qarabağ”ın bu oyunda əsas üstünlüyü meydan amilidir: “30 mindən çox azarkeşin önündə oyun keçiriləcək. Açığı bundan başqa elə də ciddi bir üstünlüyümüzü görmürəm. Proqnoz verməkdən çəkinərəm. Amma hesab edirəm ki, heç-heçə belə bizim üçün qələbəyə bərabər nəticə olardı. Belə ümumi götürdükdə, “Qarabağ” bundan sonra qazanacağı 5-6 və ya 7 xalla ilk 24-lüyə düşməsi mümkündür.

Hər xalın bizim üçün qiyməti kifayət qədər böyük olacaq. “Çelsi” ilə oyunun nə qədər ağır olduğunu ifadə etməyə gərək yoxdur, zatən bunu hamımız yaxşı bilirik. İngiltərə mediasını izləyirəm. Oyuna “Çelsi” olduqca həvəslə yanaşır. Onlar son oyunda çempionatda səfərdə güclü “Tottenhem”ə qalib gəliblər. Onun üçün də hədsiz ruh yüksəkliyindədirlər. Bakıya şübhə etmirəm ki, qələbə üçün gəliblər. Düşünürəm ki, “Qarabağ” ənənəvi planına sadiq qalacaq. Yəni əvvəlki taktiki sxem də bu oyunda işə salınacaq. Amma unutmayaq ki, “Qarabağ” meydana yalnız və yalnız nəticə qazanmaq üçün çıxacaq. Rəqib hansı klub olursa olsun, öz meydanında oynayırsansa, demək nəticə üçün meydana çıxmalısan.

“Qarabağ”ın müsbət tərəflərindən biri də odur ki, heç vaxt heç bir rəqibindən çəkinməyib. Rəqibin adının klubumuz üçün elə də əhəmiyyəti olmayıb. “Qarabağ” “Çelsi”yə də eyni hörmətlə yanaşıb, məsələn, daxili çempionatda iştirak edən istənilən klubumuza da”.

Əvvəlki Yazı

Ramiz Mehdiyevin himayə etdiyi məmurlar: Aralarında icra başçısı da, bələdiyyə sədri də var…

Növbəti Yazı

Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış – Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş

EKSKLUZİV

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
2
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
1

XƏBƏR LENTİ

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.