Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Ukraynanın kiçik Pokrovsk şəhəri uğrunda 15 aya yaxındır ki, ağır döyüşlər gedir. Əgər ruslar onu işğal edərlərsə, növbəti hədəf Kramotorsk və Slavyansk şəhərləri olacaq.

Təkcə Pokrovsk uğrundakı döyüşlərdə rusların 120 mindən artq əsgər itirdiyi bildirilir. Rusiya ordusu Baxmut və Avdeyevkada ölü olaraq üst-üstə 40 mindən artıq adam itirmişdi.

Belə görünür ki, Kreml rəhbərliyi ölkənin bütün iqtisadi, hərbi-texnoloji, maliyyə və insan resursunu müharibənin uzanması və itkilərin bir neçə milyona çatması ssenarisinə hazırlayır. Rusiya əhalisi müharibənin əzici və dəhştli təsirlərini tam mənası ilə hiss etməsə də, bu, mütləq baş verəcək. Ukraynanın raket və dron hücumları Rusiya iqtisadiyyatını və cəmiyyət həyatını zəif addımlarla olsa da, iflicə doğru sürükləyir. Rusiya Ukraynanı Qərbə qarşı mübarizə meydançası hesab edir.

Vladimir Putinin çıxışlarından və apardığı siyasətdən belə başa düşmək olar ki, o, bu mücadilədə özünü yalnız hiss etmir və Çin, İran, Şimali Koreya, Belarus və Venesuela kimi müttəfiqlərinə güvənir. Putin xəyalında qüvvələr nisbəti formalaşdırıb və bütün planlarını da buna uyğun qurub.

Putinin nə düşünməsindən asılı olmayaraq, sözsüz ki, Ukraynada gedən müharibə qlobal xarakter alıb və ABŞ ona qarşı gələn qüvvələrə iqtisadi zərbələr vurmağa başlayıb.

Putin nəyin bahasına olursa-olsun Donbası rəsmi sərhədləri çərçivəsində tam şəkildə işğal etməyə çalışır. Amma iş ondadır ki, Rusiya qoşunları bu templə Donbasın qalan digər şəhərlərini ən yaxşı halda üç ilə zəbt edə bilər. O vaxta kimi Rusiyanın iqtisadiyyatını təşkil edən əsas aparıcı sənaye müəssisələri məhv edilmək təhlükəsi ilə qarçılaşacaq, çünki heç şübhə yoxdur ki, Ukrayna Silahlı Qüvvələri raket və dron hücumlarının sayını və dağdıcılıq gücünü dəfələrlə artıracaq.

Vladimir Putin uzaqgörənlik problemi yaşayır və dünyadakı prosesləri mövcud şərtlərə uyğun şəkildə qavrayır. Onun üçün gələcək perspektiv plan iki-üç ayı ötmür. Yəni, hər hansı plan baş tutmayanda, ortaya yeni plan çıxır və beləliklə, hər şey bir-birini əvəz edə-edə yürüyür.

Əlbəttə, Putinin Ukraynanı işğal etmək məqsədi çoxdandır ki, var. Lakin əgər Rusiya ağıllı və uzaqgörən siyasət aparsaydı, işğala, düşmənçiliyə yox, normal münasibətlərə üstünlük versəydi, Ukrayna zatən Rusiyanın yanında yer ala bilərdi. Putinin öz qonşusu – slavyan Ukraynasına bomba yağdırması və birqütblü dünyaya qarşı mübarizədə Çin, Şimali Koreya və Venesuela ilə birlikdə hərəkət etməsi, onun zəka potensialından xəbər verir. Kreml rəhbəri elə fikirləşir ki, o, bu müttəfiqlərin köməyi ilə yeni dünya nizamında Rusiyanı ən qabaqcıl mövqeyə çıxarcaq.

Ancaq Rusiyanın özünə dost və müttəfiq saydığı Çin Putinin düşündüyündən tamamilə fərqli bir məqsəd güdür. Çin Rusiyadan Qərbə qarşı taran kimi istifadə edir və hətta vaxtaşırı onun iqtisadi mövqeyinə ciddi ziyanlar da vurur. İndi Çin rəbəri Si Cinpini Rusiyadan daha vacib məsələlər maraqlandırır. Çünki onun önündə duran xeyli problemlər var və o, bunları mütləq həll etməlidir, əks təqdirdə ölkəsi ciddi çətinliklər burulğanına düşə bilər.

 

Çin daxili sabitliyi qorumaq və hər şeyi vahid qərar mexanizminə bağlmaq üçün kollegial idarəetmədən imtina etdi. Çin kommunistlərinin son plenumunda Si demək olar ki, strateji qərar vermək səlahiyyətini özündə saxlaya bildi. Çinin önündə çoxsaylı daxili problemlər dayanır və bu Pekini bərk narahat edir. Çinın yaxın 30 ildəki iqtisadi böyüməsinə səbəb olmuş münbit qlobal şərtlər artıq yoxdur, iqtisadi böyümə tempi ləngiyir, işsizlik artır. Çində dövlət, korporativ və istehlak borclarının məcmusu 6 trilyon dollara yaxınlaşır və bu meyl ildən ilə artır. Daşınmaz əmlak sektoruna qoyulan investisiyalar bir neçə ildir ki, mənfəət gətirmir. Mənzil tikintisində qiymətlərin getdikcə aşağı düşməsi inşaat şirkətlərinin iflası ilə nəticələnir. Çinin daxili problemlərinə əhalinin istehlak meylinin azalması da əlavə olunub. İnsanlar zəruri tələbatdan kənar başqa məhsullara öncəki kimi çoxlu pul xərcləmək istəmirlər və ona görə də pulun dövriyyəsi yavaşıyır. Problemlər sırasına işçı qüüvəsinə çəkilən xərclərin artıq 10-15 il bundan əvvəlki kimi ucuz olmamasını da daxil etmək lazımıdır.

Əlbəttə, dünya fabriki olmağın müsbət tərəfləri ilə yanaşı, xeyli mənfi yanları da var. İxracdan asılılığın durmadan artması ticarət müharibələrində ölkənin iqtisadi sabitliyinə təhlükə yaradır. Çin iqtisadi vəziyyətinin heç də yaxşı olmadığı bir dövrdə ABŞ ilə münasibətləri gərginləşdirmək niyyətində deyil. Şübhə yoxdur ki, Pekində ABŞ-nin potensialını və təsir imkanlarını, zəif yerlərini bilməmiş deyildilər və səbrlə gözləmə mövqeyində dayanmışdılar. Lakin Trampın tarif savaşına başlaması Pekini cavab tədbiri görməyə vadar etdi və nəticədə Çin özünün dünya arenasındakı ən böyük kartından – nadir torpaq metallarının emalı və istehsalı üzərindəki inhisarından istifadə etmək məcburiyyətində qaldı. Əvvəlcə bu metalların ixracına məhdudiyyətlər qoydu, sonra isə ABŞ-yə güzəştə getdi.

Tramp-Si görüşündən belə anlaşılır ki, tərəflər tarif müharibəsini müvəqqəti təxirə saldılar və hətta buna “müvəqqəti atəşkəs” də deyə bilərik. Tramp Çinə qoyduğu tarif faizini endirdi, bunun əvəzində isə Çin nadir torpaq metallarının ABŞ-yə satışına qoyulan məhdidiyyəti götürdü. Ancaq ölkələr arasındakı ziddiyyətlər heç yerə getmədi.

İndi bəzi analitiklər elə hesab edirlər ki, Çin ticarət müharibələrindən qalib çıxdı və ABŞ geri çəkildi. Xeyr! ABŞ geri çəkilmədi, sadəcə Tramp uzun illər ərzində məhz ABŞ sayəsində böyüyən Çini dayandırmağın vaxtının gəlib çatdığını gördü və bunun üçün lazımı tədbirlərin həyata keçirilməsinə starat verdi.

 

Qlobalizm sayəsində sənaye potensialı zəiflədilimiş ABŞ-nin yenidən gücləndirilməsi və eyni zamanda da Çinin qarşısının alınması üçün Trampın zamana ehtiyacı var. Məsələn, artıq ABŞ Çindəki nadir torpaq metallarının emalına yeni alternativlərinin yaradılmasına başlayıb.

Digər tərəfdən, ABŞ Çinin qabağına Hindistan və Vyetnam kimi yeni istehsal nəhəngləri çıxarmağı planlayır. Hindistan isə Çinlə ABŞ arasındakı gərginliyi görüb, əlverişli fürsətdən yararlanmaq istəyir.

Trampın “Rossneft” və “Lukoil” şirkətlərinə tətbiq etdiyi sanksiyalardan sonra Hindistanın Rusiyadan neft almağı dayandırması və ABŞ ilə müdafiə paktı imzalaması təsdüfi deyil. Artıq ABŞ Çindən aldığı məhsulların bir hissəsini Hindistandan idxal eləməyə başlayır. Düzdür, Hindistan hələ kifayət qədər yükəsk texnoloji məhsullar istehsal etməyə qadir olmasa da, yaxın perspektivdə ABŞ və Avropa ilə ticarətdə Çinə alternativ ola bilər.

Göründüyü kimi, Trampın beynəlxalq siyasətində ABŞ-nin hegemonluğuna qarşı açıq şəkildə çıxan ölkələrin neytrallaşdırılması xüsusi yer tutur. Hazırda ABŞ Rusiya, Çin, İran, Şimali Koreya, Venesuela zəncirindəki ən zəif həlqəni -Venesuelanı sındırmaq niyyətindədir. Böyük ehtimalla növbə Rusiyaya da gələcək və yəqin ki, Ukraynada özünü tükəndirən Rusiyanın taleyi ABŞ ilə Çin arasında həll ediləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Əvvəlki Yazı

Gələn il manatın məzənnəsi necə olacaq?

Növbəti Yazı

GƏLƏN İL PENSİYALAR ARTIRILACAQ – Rəqəmlər AÇIQLANDI

EKSKLUZİV

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

20 Dekabr 2025 / 9:57
2
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
31
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3

XƏBƏR LENTİ

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.