Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Dünyanın ən böyük meqapolislərindən biri, maliyyə mərkəzi Nyu-York şəhərinin bələdiyyə sədri postuna 34 yaşlı Uqandada doğulmuş Hindistan əsilli müsəlman Zahran Mamdani seçildi.

Demokrat Partiyasının namizədi olan Mamdani hələ seçki kampaniyası dövründə favorit namizəd hesab olunurdu. Yeri gəlmişkən, Zahran Mamdani son 100 ildə Nyu-York meri seçilmiş ən gənc siyasətçidir. Ancaq eyni zamanda bu seçkilərdə 2 milyon seçici iştirak edib və son 50 ildə ən aşağı seçici fəallığı qeydə alınıb.

İlkin nəticələrə əsasən Mamdani 50,4 faiz, onun əsas rəqibi, Nyu-Yorkun sabiq qubernatoru, müstəqil demokrat namizəd Endryu Kyomo 41,6 faiz, digər namizəd, respublikaçı Kertis Sliva isə 7,1 faiz səs ala bilib.

Who is Zohran Mamdani, New York's mayor-elect? | Elections News | Al Jazeera

Mamdani səs-küylü seçki kampaniyası keçirib və faktiki olaraq prezident Trampla mübarizə apardı. ABŞ prezidenti Mamdanini “kommunist” adlandırıb və seçkilərə iki gün qalmış Nyu-York seçicilərini digər demokrat namizəd Endryu Kyomoya səs verməyə çağırdı və bu çağırışını onun kommunist olması ilə əsaslandırdı. CBS televiziyasına müsahibəsində Tramp dedi ki, Kyomo fanatı olmasa da, pis demokrat və kommunist arasında seçim etməli olsa həmişə pis demokratı seçər.

Lakin görünür ki, məhz Trampdan narazılıq səbəbindən Mamdani daha çox səs alaraq ABŞ-ın ən böyük şəhərinin bələdiyyə sədri seçilib. Yeri gəlmişkən, Mamdani seçki kampaniyası zamanı elan edib ki, mer seçilərsə, bu şəhərə gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra edərək İsrail baş naziri Netanyahunun həbsinə göstəriş verəcək.

Image

Mamdaninin atası siyasət üzrə professor, hindistanlı müsəlman, anası isə kinoprodüserdir. Həyat yoldaşı Suriya əsillidir.

Trampın liberal iqtisadi siyasətinə qarşı Mamdani Nyu-Yorkda ciddi sosial islahatlar vəd edib. O, varlılardan daha çox vergi almaq hesabına Nyu-Yorku daha yaşanacaq bir vəziyyətə gətirmək vədi verib. Bura 200 min sosial mənzilin inşası, ev kirayə haqlarının sabit saxlanması, pulsuz şəhərdaxili nəqliyyat və sair daxildir.

Prezident Tramp isə hələ seçki kampaniyası zamanı bəyan edib ki, Mamdani seçilərsə Nyu-Yorka federal büdcədən ayrılan yardımı dayandıracaq.

Bu isə o deməkdir ki, Nyu-Yorkda Mamdani və Tramp arasında gərginlik yaşanacaq. Nyu-York 100 milyard dollardan çox büdcəsi olan böyük bələdiyyə deməkdir və dünyanın faktiki maliyyə “paytaxtı” hesab olunur.

Trump’ın yeni düşmanı Zahran Mamdani kimdir?

Mamdaninin qələbəsi demokratların ötən il bu vaxt prezident seçkilərində məğlubiyyətdən sonra ciddi bir ümid yaradacaq. Yeri gəlmişkən, Mamdani özü də kampaniyası və qələbə çıxışı zamanı gələcək üçün ümiddən bəhs edib.

Yeri gəlmişkən, Nyu-Yorkla yanaşı Virciniya və Nyu-Cersi ştatlarında qubernator seçkilərində demokratlar qalib gəlib. Bu, prezident Tramp üçün heç də yaxşı nəticə deyil. Yəni ən yaxşı halda Tramp daxili sosial-siyasi vəziyyətə daha çox diqqət ayırmağa məcbur olacaq.

Həm seçki kampaniyası gedişində, həm də qələbədən sonra bütün yazılarda Zahran Mamdaninin müsəlman olması faktı qabardılıb. Ancaq bu, müsəlmanlar üçün nəsə vəd etmir, Mamdani müsəlman olaraq deyil, sosialist və gənc siyasi fəal olaraq apardığı kampaniyada qalib gəlib.

Demokratlar Trump yönetimindeki ilk seçimleri süpürdü... Mamdani New York  belediye başkanı seçildi

Mamdani kimi müsəlman olması faktı yeri gəldi-gəlmədi qabardılan Londonun meri Sadiq Xanın Britaniya paytaxtının rəhbəri olması müsəlmanlar üçün heç nə ifadə etmir. Əksinə, Sadiq Xan da zaman-zaman müsəlman olduğu üçün tənqid və təhqirlərə məruz qalır.

Zahran Mamdaninin qələbəsi təkcə ABŞ-da və Nyu-Yorkda deyil, ümumiyyətlə, dünyada gənc siyasətçilər üçün bir ümid işığı yaradacaq, siyasi dəyişiklik ümidlərini cücərdəcək.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Əvvəlki Yazı

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Növbəti Yazı

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

EKSKLUZİV

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

13 Avqust 2026 / 11:00
0
Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

13 Avqust 2026 / 10:45
0
Messi atasına bu sözlərlə vida etdi

Messi atasına bu sözlərlə vida etdi

13 Avqust 2026 / 10:30
0
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

13 Avqust 2026 / 10:16
0

XƏBƏR LENTİ

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Messi atasına bu sözlərlə vida etdi

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Lukaku “Fənərbağça”da – Rəsmi

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

ABŞ-dan Naxçıvan açıqlaması

DİN-dən onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

NİİM: Yollarda quraşdırılan cihazların elektron protokol tətbiq etmək funksiyası yoxdur

“Korte Bəyannaməsi” qəbul edildi

“Qarabağ”ın prezidenti danışdı: Heyətimizi gücləndirdik!

BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan neftinin qiyməti 95 dolları ötüb

Qazaxda taxıl biçini başa çatıb

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Çimərliyə gedənlərin nəzərinə!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.