Ukrayna prezidenti Zelenski bu ayın sonunadək ABŞ-a səfərə gedəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov verib.
Onun sözlərinə görə, Prezident Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlanmış “sülh planı” ilə bağlı Prezident Donald Trampla müzakirə aparacaq: “Biz cənab Trampa müharibəyə son qoymaq üçün göstərdiyi qətiyyətli səylərinə görə minnətdarıq. Cenevrədəki danışıqlarında razılaşmanın əsas şərtləri ilə bağlı ortaq bir anlaşma əldə olunub. İndi atacağımız növbəti addımlarda Avropadakı tərəfdaşlarımızın dəstəyinə güvənirik. Trampla son razılığa gəlmək üçün Zelenskinin ən qısa zamanda ABŞ-a səfəri və xoş nəticəni səbirsizliklə gözləyirik.”









