Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Şahin Şıxlinski barədə Kirov məhkəməsi yeni QƏRAR verdi

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55

Musavat.com xəbər verir ki, Rusiyanın Ural bölgəsində fəaliyyət göstərmiş Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və onunla əlaqəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Kirov rayon məhkəməsinin qərarına əsasən, Şahin Şıxlinski və istintaqın “etnik dəstə” kimi təqdim etdiyi digər təqsirləndirilən şəxslər 31 may 2026-cı ilədək istintaq təcridxanasında saxlanılacaqlar.

Qərar ilkin məhkəmə iclasında qəbul edilib. Məhkəmə bunu hazırkı həbs müddətinin 30 dekabr 2025-ci ildə başa çatması və əsas məhkəmə prosesinin 15 yanvar 2026-cı il tarixinə təyin olunması ilə əsaslandırıb. Bildirilir ki, Şahin Şıxlinski və digər təqsirləndirilənlər işə münsiflər məhkəməsində baxılmasını seçiblər. Növbəti iclasda münsiflər kollegiyasının formalaşdırılması nəzərdə tutulur.

Məsələnin siyasi və ictimai rezonansı isə bununla bitmir. Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinskinin həbsi Rusiyanın Azərbaycan diasporuna münasibətdə getdikcə sərtləşən və açıq düşmənçilik xarakteri alan xəttinin bariz nümunəsi kimi qiymətləndirilir. Bu ilin 1 iyulunda qurama və provokativ əməliyyatla həbs edilən ata-oğulun saxta və mübahisəli ittihamlarla mühakimə olunduğu bildirilir.

de0cbf4a-fb15-4af7-89fa-ed41d6a59427.jpg (42 KB)

Mutvalı Şıxlinski

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, mənbələrin məlumatına görə, istintaq prosesində Şahin Şıxlinskiyə qarşı aparılan sorğu və istintaq hərəkətlərinin erməni mənşəli istintaqçılar tərəfindən həyata keçirilməsi təmin edilib. Bu isə işin açıq-aşkar qərəzli müstəviyə daşındığını və prosesin siyasi sifariş xarakteri daşıdığını göstərən əsas faktorlardan biri kimi dəyərləndirilir.

Musavat.com ilk gündən baş verənləri Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranmış “soyuq müharibə”nin tərkib hissəsi kimi qiymətləndirib. Həmin hadisədən sonra Rusiyada Azərbaycan diasporuna qarşı təzyiqlərin kəskin şəkildə artdığı, izləmə, həbslər və iqtisadi basqıların sistemli xarakter aldığı hər kəsin xatirindədir. Yekaterinburqda baş verən hadisələr, Səfərov qardaşlarının öldürülməsi, bir sıra diaspor liderlərinin həbs edilməsi, Azərbaycan mənşəli iş adamlarının əmlaklarının müsadirə olunması bu prosesin ən ağır epizodları sırasında yer aldı.

Bizə görə (Musavat.com) Şahin Şıxlinski və onun oğlu ilə bağlı davranış Rusiyanın bu məsələdə geri addım atmaq niyyətində olmadığını, əksinə, Azərbaycan dövlətinə və diasporuna təzyiq və zorakılıq mesajları verməyə çalışdığını açıq şəkildə ortaya qoyur. Moskvanın bir tərəfdən rəsmi bəyanatlarda Azərbaycanı “müttəfiq” adlandırması, digər tərəfdən isə real addımlarla tam əks mövqe sərgiləməsi ciddi ziddiyyət kimi qiymətləndirilir. 

551fc5f9-6734-4617-9f70-270d6e1ae077.jpg (46 KB)

Şahin Şıxlinski Kirov məhkəməsində

Qeyd olunur ki, Rusiya rəhbərliyi səviyyəsində Azərbaycan təyyarəsinin vurulmasına görə məsul şəxslərin cəzalandırılacağı və kompensasiyanın ödəniləcəyi barədə verilən vədlər, o cümlədən prezident Putinin 9 oktyabrda Düşənbədə verdiyi sözlər indiyədək yerinə yetirilməyib. Əksinə, son hadisələr Kremlin regionda və xüsusilə Azərbaycanla münasibətlərdə klassik imperiya reflekslərini davam etdirdiyini göstərir.

Baş verənlər fonunda Şahin Şıxlinski işi təkcə bir nəfərin taleyi ilə bağlı məhkəmə prosesi deyil, Rusiyanın Azərbaycan diasporuna və ümumilikdə Azərbaycan dövlətinə münasibətinin real göstəricisi kimi dəyərləndirilir.

Əlbəttə ki, Azərbaycan bir müstəqil və qürurlu dövlət olaraq baş verənləri cavabsız buraxmır və buraxmayacaq da…

Əvvəlki Yazı

1 il oldu – Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

Növbəti Yazı

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

EKSKLUZİV

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

23 Dekabr 2025 / 12:44
15
Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

23 Dekabr 2025 / 12:39
1
Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

23 Dekabr 2025 / 12:37
3
Tramp iki ölkə başçısını ölümlə hədələdi

Tramp iki ölkə başçısını ölümlə hədələdi

23 Dekabr 2025 / 12:32
0

XƏBƏR LENTİ

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

Tramp iki ölkə başçısını ölümlə hədələdi

İŞİD-ın Kanadada öldürmək istədiyi şəxs azərbaycanlı imiş

Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır?

Putin ölkəni böhrana aparır, 2026-cı ildə… – Sensasion təhlil

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı

Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub – Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır (FOTOLAR)

Dünya ölkələrinin borcu nə qədərdir? + SİYAHI

Azərbaycanda normal qidalana bilməyən vətəndaşlar: Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

Manata ikinci şokun 10 illiyi – Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?

DSMF yoxsulluqla mübarizə aparır, yoxsa yoxsullarla?

Moskvada rus generalı öldürüldü – FOTO+VİDEO

Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır

200 manatlıq yardım kimlərə veriləcək?

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 milyard manatı keçdi

Azərbaycana “ÇÖRƏK TƏHLÜKƏSİ” – Gələn il…

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

Şahin Şıxlinski barədə Kirov məhkəməsi yeni QƏRAR verdi

1 il oldu – Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

Xəzərdə GÜCLÜ ZƏLZƏLƏ oldu

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.