Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Putin ölkəni böhrana aparır, 2026-cı ildə… – Sensasion təhlil

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55

Rusiya prezidenti Vladimir Putin 2026-cı ildə də Ukrayna ilə bağlı əsas hədəflərinə çata bilmədi. Son mətbuat konfransında o, özünü nə qədər o yerə qoymasa da, nikbin göstərməyə çalışsa da, gerçək belədir: torpaq işğalı Rusiyaya getdikcə əvvəlkindən qat-qat başa gəlməkdədir.

Söhbət həm insani və texniki resurslar, həm də sürətlə artan maliyyə xərclərindən gedir. Təsadüfi deyil ki, təcavüzkar müharibəni maliyyələşdirmək üçün Putin hakimiyyətinin vətəndaşların banklardakı əmanətini zorla ordu xərclərinə yönəltmək qərarı verdiyi haqda məlumat yayılıb. O biri yandan isə ölkəni əmək qabiliyyətli və intellektual adamlarının xaricə axını güclənməkdədir…

“Rusiya Ukraynadakı müharibə səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib və vəziyyət 2026-cı ildə xeyli pisləşə bilər”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti yazıb.

Nəşr hesab edir ki, prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibədə üstünlüyü qoruyub saxladığı iddialarına baxmayaraq, ölkənin iqtisadi vəziyyəti bunun əksini göstərir. “Rusiya diktatoru Vladimir Putin əvvəllər hərbi xərclərə yönələn nağd pul ehtiyatlarının və borc vəsaitlərinin əhəmiyyətli bir hissəsini xərcləyib və qarşıda yeni maliyyə çətinlikləri var”, – təhlildə qeyd olunur.

“The Washington Post” görə, Rusiyanın neft sektoruna qarşı ABŞ-ın sərt yeni sanksiyaları büdcə kəsirini daha da artırıb, maliyyə sistemi üçün isə əlavə risklər yaradıb. “Məhdudiyyətlər “Rosneft” və “Lukoyl” də daxil olmaqla, böyük şirkətlərə təsir göstərərək Moskvanı bur barel neft üçün 20 dollardan yuxarı endirimə vadar edib. Ekspertlərin qənaətincə, neft və qaz sənayesi böhrana doğru sürünür və yeni tədbirlər bu prosesi yalnız sürətləndirir”, – məqalədə vurğulanır.

Təhlildə həmçinin vurğulanır ki, Putin müharibəyə son qoymaq üçün danışıqlarda sərt mövqe tutsa belə, gələn il ödənişlərin edilməməsi və bank böhranı riskləri qalır: “Qəzetə danışan iqtisadçıların fikrincə, 2026 müharibənin Rusiya iqtisadiyyatına həqiqətən sarsıdıcı zərbə vurduğu ilk il ola bilər. Hərçənd Rusiya elitasının əksər üzvləri kütləvi sosial etirazları və ya iqtisadi çətinliklərin Kremlin siyasi qərarlarına təsirini gözləmirlər”…

Analitiklərin yekdil qənaətincə, 2025-ci ilin sonunadək Rusiyada inflyasiyanın sürətlənməsi, hərbi xərclər səbəbindən böyüyən büdcə kəsiri və neft və qaz gəlirlərinin azalması fonunda iqtisadi vəziyyət pisləşməyə davam edəcək, iqtisadi artım isə əhəmiyyətli dərəcədə yavaşlayacaq. Artıq bu da bir sərt reallıqdır ki, Rusiyada Yeni ilə hazırlıqları istehlakçı fəallığının nəzərəçarpacaq dərəcədə azalması fonunda gedir. Ona görə ki, qiymətlərin qalxması Rusiya vətəndaşlarını xərcləri azaltmağa və ənənəvi xərclərdən imtina etməyə məcbur edir.

Bunlar Rusiya üçün, Putin üçün əlbəttə ki, çox pis xəbər və siqnallardır. Odur ki, işğalçı müharibə nə qədər tez dayandırılsa, ən əvvəl Rusiyaya faydası dəyər. Bir şərtlə, Moskva savaşdan qalib kimi ayrılmasın, dünyada belə bir rəy yaranmasın. Əks halda, “ağzında şirə qalan” Rusiya bir müddət sonra yeni ərazilər tutmağa həvəslənəcək. Götürdüyü bütün yeni yazılı öhdəliklərə məhəl qoymadan…

Əvvəlki Yazı

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

Növbəti Yazı

Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır?

EKSKLUZİV

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

23 Dekabr 2025 / 15:54
1
Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

23 Dekabr 2025 / 15:53
0
Yalan generalı Gerasimov: Putinin müharibəni davam etdirməsinə bir səbəb də generalların saxta hesabatlarıdır

Yalan generalı Gerasimov: Putinin müharibəni davam etdirməsinə bir səbəb də generalların saxta hesabatlarıdır

23 Dekabr 2025 / 15:50
0
Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

23 Dekabr 2025 / 12:44
17

XƏBƏR LENTİ

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

Yalan generalı Gerasimov: Putinin müharibəni davam etdirməsinə bir səbəb də generalların saxta hesabatlarıdır

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Müharibələr, terror hücumları və iqtisadi döyüşlər ili -ANALİZ

Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -Qulam Ələkbərovun kürəkəninin şirkətləri, mülkləri, avtomobilləri və…

Tramp iki ölkə başçısını ölümlə hədələdi

İŞİD-ın Kanadada öldürmək istədiyi şəxs azərbaycanlı imiş

Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır?

Putin ölkəni böhrana aparır, 2026-cı ildə… – Sensasion təhlil

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı

Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub – Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır (FOTOLAR)

Dünya ölkələrinin borcu nə qədərdir? + SİYAHI

Azərbaycanda normal qidalana bilməyən vətəndaşlar: Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

Manata ikinci şokun 10 illiyi – Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?

DSMF yoxsulluqla mübarizə aparır, yoxsa yoxsullarla?

Moskvada rus generalı öldürüldü – FOTO+VİDEO

Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır

200 manatlıq yardım kimlərə veriləcək?

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 milyard manatı keçdi

Azərbaycana “ÇÖRƏK TƏHLÜKƏSİ” – Gələn il…

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

Şahin Şıxlinski barədə Kirov məhkəməsi yeni QƏRAR verdi

1 il oldu – Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

Xəzərdə GÜCLÜ ZƏLZƏLƏ oldu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.