Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Yalan generalı Gerasimov: Putinin müharibəni davam etdirməsinə bir səbəb də generalların saxta hesabatlarıdır

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Putinə mütəmadi olaraq Ukraynanın itkilərinin sayını şişirdən, ölkənin resurs üstünlüklərini vurğulayan və taktiki uğursuzluqları kiçildən hesabatlar təqdim olunur. “AzPolitika” xəbər verir ki, “Financial Times”-da dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Vladimir Putinin Donald Trampın təklif etdiyi əlverişli sülh şərtlərinə baxmayaraq hərbi əməliyyatları davam etdirməsi, Qərb rəsmilərinin fikrincə, Kremlə axan səhv məlumatlardan irəli gəlir: “İki rəsminin sözlərinə görə, Rusiya hərbi və təhlükəsizlik xidmətləri Putinə müntəzəm olaraq Ukraynanın itkilərinin sayını şişirdən, Rusiyanın resurs üstünlüklərini vurğulayan və taktiki məğlubiyyətləri azaldan hesabatlar təqdim edir. Putin həmçinin müharibənin Rusiya iqtisadiyyatına getdikcə daha çox mənfi təsir göstərdiyini izah edən etibarlı şəxslərlə müntəzəm olaraq görüşsə də, hərbi brifinqlərdə çəkilmiş “çəhrayı mənzərə” onu müharibədə qalib gələ biləcəyinə inandırır”.

Buna baxmayaraq, qəzet yazır ki, Rusiya ordu komandanlığının yalanları və Rusiyanın dezinformasiya kampaniyası “Trampın ətrafındakı insanların əksəriyyətini tez bir zamanda Moskvanın qalib gələcəyinə inandırmaqda çox yaxşı işləyir”. Yazıda deyildiyi kimi, Putini müharibə barədə məlumatlandırmaqdan məsul olan əsas şəxs Rusiya Baş Qərargah rəisi və işğalın ümumi komandanı Valeri Gerasimovdur. Xatırladaq ki, onun son olaraq, Kupyansk şəhərinin tam işğal edildiyinə dair rəsmi hesabatı, bundan sonra isə Volodimir Zelenskinin həmin şəhərə səfəri bu müharibədə Putinin düşdüyü ən biabırçı vəziyətlərdən biri oldu.

Nəşr vurğulayır ki, müharibə uzandıqca Gerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqu Rusiyadakı radikal müharibə tərəfdarlarının qəzəbinə tuş gəlirlər. Onlar bu iki nəfəri Putindən reallığı gizlətməkdə və ağır itkilərlə nəticələnən hərbi taktika aparmaqda günahlandırırlar: “Eyni şəhərləri təkrar ələ keçirmək barədə bəyanatlar da daxil olmaqla, qələbə raportları ilə yerdəki reallıq arasındakı fərq, Kremlin nədən atəşkəs razılaşmasının faydalarını dərk etmək əvəzinə, böyük itkilərlə irəliləməyə üstünlük verdiyini izah edir”.

Nəşr xatırladır ki, Putin 2024-cü ildə Şoyqunu müdafiə naziri vəzifəsindən azad etməklə ictimai narazılığı aradan qaldırmağa çalışdı. Lakin Gerasimov vəzifəsində qaldı və görünür, mövqeyini gücləndirdi də.

Beynəlxalq Sülh üzrə Karnegi Fondunun baş elmi işçisi Dara Massiko bununla bağlı deyib: “Gerasimov, hətta onun vəzifədə saxlanmasının qiyməti çox yüksək itkilər və çox ləng irəliləyiş olsa belə, proqnozlaşdırıla bilinən generaldır. Putinə görə, daxili siyasət və sabitlik məsələləri cəbhədə riskli və həlledici əməliyyatlardan üstün olduğu üçün Gerasimov bu vəzifədə saxlanılmalıdır. Putin son məqsədinə çatmaq üçün vaxt çərçivəsini uzadıb. Məqsəd Ukraynanı Rusiyaya tabe etməkdir, istər siyasi, istərsə də hərbi yolla. O, əmindir ki, bunu edəcəklər… Donetskin qalan hissəsini ələ keçirmək üçün tələb olunan itkilər isə, baxmayaraq ki, onlar çox yüksək olacaq – onu o qədər də narahat etmir”.

Qeyd edək ki, bundan öncə Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Lori Bristou deyib ki, Vladimir Putin sağ və hakimiyyətdə olduğu müddətcə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün razılığa gəlmək mümkün deyil. Onun fikrincə, Putinin ərazi müqabilində hərbi əməliyyatlara son qoymağa razı salına biləcəyi fikri tamamilə xəyaldır.

Finlandiya Prezidenti Aleksandr Stubb isə bir qədər fərqli düşünür. O deyib ki, Putin başda olmaqla Rusiya rəhbərliyi üzdə nə qədər “sərt, qətiyyətli və barışmaz” olsa da, ABŞ ilə danışıqlar prosesində bir o qədər “elastikdir”.

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Kənd Təsərrüfatı Nazirlininin Neftçalada vəzifəli şəxsinin cinayət əməlləri ifşa olundu

Növbəti Yazı

Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

EKSKLUZİV

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
0
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

02 Oktyabr 2026 / 10:47
1
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

02 Oktyabr 2026 / 10:38
0
Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

02 Oktyabr 2026 / 10:35
0

XƏBƏR LENTİ

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.