Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Yanvar 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Üç qəsəbənin bir avtobus problemi: Bir marşrutun yoxluğu, on minlərlə insanı yolda qoyur

Bakının Türkan, Zirə və Pirallahı qəsəbələrinin bir qrup sakini uzun müddətdir əziyyət çəkdikləri nəqliyyat problemi ilə bağlı Vəhdət Partiyasına müraciət ediblər. Onların əsas narazılığı şəhərlə birbaşa əlaqəni təmin edən marşrut xəttinin ləğv edilməsi ilə bağlıdır. Sakinlər məsələnin ictimailəşdirilməsi və həllinə nail olunması üçün son ünvan kimi Vəhdət Partiyasını seçiblər.
Sakinlər bildirirlər ki, artıq neçə ildir bu qəsəbələrdən Koroğlu metro stansiyasına çatmaq üçün insanlar iki, bəzən isə üç nəqliyyat vasitəsi dəyişməli olurlar. Sərnişinlər əvvəlcə həmin qəsəbələrdən daxili marşrutlarla Qala Nəqliyyat Mübadilə Mərkəzinə gəlir, burada xətləri dəyişərək Koroğlu metro stansiyasına çatırlar. Bu isə əlavə vaxt itkisi və ciddi yorğunluq yaradır. Bəzi hallarda bu vəziyyət vətəndaşın maddi durumuna da mənfi təsir göstərir. İnsanlar ünvana daha tez və rahat çatmaq üçün məcbur qalaraq 1–2 manatlıq taksilərdən istifadə edirlər.
Sakinlər qeyd edirlər ki, illər əvvəl Türkan, Zirə və Pirallahı qəsəbələrindən birbaşa Koroğlu metro stansiyasına qədər fəaliyyət göstərən 86 və 101 saylı marşrutlar şəhərlə əlaqəni birbaşa təmin edirdi. Hazırda isə həmin marşrutlar ləğv edilərək birləşdirilib. Bu da nəqliyyat sisteminin yükünü azaltmaq əvəzinə, qəsəbə sakinlərinin problemini daha da dərinləşdirib.
Vəhdət Partiyası sakinlərin müraciətinin aidiyyəti qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən diqqətlə araşdırılmasını və dövlətin prioritet istiqamətlərindən biri olan nəqliyyat problemlərinin həllinə daha həssas yanaşılmasını xahiş edir. Partiya xatırladır ki, bir neçə gün öncə Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə Bakının nəqliyyat problemlərinə xüsusi diqqət çəkib. Dövlət başçısı görülən və görüləcək işlər, qəbul edilən proqramlar və infrastrukturun genişləndirilməsi hesabına bu problemlərin mərhələli şəkildə həll olunacağını bildirib.
Vətəndaşlarla sıx əlaqədə olan, dövlət və cəmiyyət arasında körpü rolunu oynayan Vəhdət Partiyası qəsəbə sakinlərinin probleminin həllinə çağırır. Çünki qaldırılan məsələ sadə nəqliyyat problemi kimi görünsə də, əslində miqyası daha genişdir. Burada minlərlə insanın gündəlik olaraq ünvana çatmaq üçün üzləşdiyi çətinliklərdən söhbət gedir.
Belə ki, rəsmi mənbələrə əsasən, Türkan, Zirə və Pirallahı qəsəbələrində əhalinin sayı (qeydiyyatsız yaşayan şəxslərlə birlikdə) 60 minə yaxındır. Deməli, bu problem hər gün on minlərlə vətəndaşın həyatına birbaşa mənfi təsir göstərir. Mövcud vəziyyətdən ən çox xəstələr, yaşlı insanlar, uşaqlar və gündəlik şəhərə gedib-gələn işçilər əziyyət çəkirlər. Xəstəxanaya, poliklinikaya və təcili tibbi yardıma vaxtında çatmaq bəzən ciddi problemə çevrilir. Bir marşrutla rahat gedilə biləcək yol indi çoxmərhələli, çətin və yorucu bir prosesə dönüb. Bu isə ictimai nəqliyyata olan inamı zəiflədir.
Vəhdət Partiyası vurğulayır ki, istənilən sahədə, o cümlədən nəqliyyat sahəsində atılan addımlar və tətbiq edilən yeniliklər insanlara əziyyət deyil, rahatlıq gətirməlidir. Əgər həyata keçirilən islahatlar minlərlə insanın narazılığına səbəb olursa, bu məsələyə ciddi yanaşılmalı və problemin aradan qaldırılması üçün real addımlar atılmalıdır. Vəhdət Partiyası aidiyyəti qurumların məsələyə diqqətlə yanaşacağına və problemin tezliklə həllini tapacağına inanır. Əks təqdirdə, Vəhdət Partiyası məsələnin daha yüksək instansiyalar qarşısında qaldırılması istiqamətində fəaliyyət göstərəcək.

Əvvəlki Yazı

Astaranın deputatı balıq biznesinə girişib

Növbəti Yazı

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

EKSKLUZİV

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

13 Avqust 2026 / 16:00
1
Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

13 Avqust 2026 / 15:46
1
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

13 Avqust 2026 / 15:27
2
Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

13 Avqust 2026 / 15:09
0

XƏBƏR LENTİ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH AÇIQLADI

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Messi atasına bu sözlərlə vida etdi

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Lukaku “Fənərbağça”da – Rəsmi

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.