Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Fevral 6, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin mart ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından etibarən Qazaxda “İdman paytaxtı”na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində “Qazax İdman paytaxtı 2026″nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, “”Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd “Qazax İdman Paytaxtı-2026” çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

“Qazax İdman paytaxtı 2026” çərçivəsində silsilə tədbirlər keçiriləcəkdir. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Dövlət Rəsm Qalereyası da “Qazax İdman paytaxtı 2026” çərçivəsində öz töhfəsini verəcək. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcəkdir.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətində “Qazax İdman paytaxtı 2026” çərçivəsində keçiriləcək tədbirlər və sözügedən rəsm müsabiqəsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün olan əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib.

Rayon rəhbəri “Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsinin keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə hazırlıq işlərinə başlanılmasını bildirib və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov çıxış edərək mədəniyyət işçilərinin də “Qazax İdman Paytaxtı-2026” çərçivəsində töhfə verəcəklərini, keçiriləcək rəsm müsabiqəsinin də bu istiqamətdə atılan nümunəvi addımlardan biri olacağını söyləyib. Müsabiqənin yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.

Əvvəlki Yazı

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Növbəti Yazı

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

EKSKLUZİV

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

31 Mart 2026 / 14:02
1
Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

27 Mart 2026 / 12:03
4
Yaşı kiçik, əməli böyük Əsgər

Yaşı kiçik, əməli böyük Əsgər

21 Mart 2026 / 20:45
16
Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

21 Mart 2026 / 20:43
3

XƏBƏR LENTİ

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Yaşı kiçik, əməli böyük Əsgər

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində diplom qalmaqalı: İşçilər narazılıq edir

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Evlərin qiyməti bir müddət bahalaşmayacaq-Mənzil bazarında süni qiymət artımını maklerlər yaradır – VİDEO

“Ramiz Mehdiyev işi” və İran müharibəsi: Xəyanət düşmən raketindən daha ölümcüldür!

PRESENTATION OF THE NEW BOOK “PRESIDENT” BY WRITER AND PUBLICIST EMIL NASIRLI

СОСТОЯЛАСЬ ПРЕЗЕНТАЦИЯ НОВОЙ КНИГИ ПИСАТЕЛЯ-ПУБЛИЦИСТА ЭМИЛЯ НАСИРЛИ «ПРЕЗИДЕНТ»

HÖRMÜZ KİMİN “BOĞAZINDA QALACAQ”? – “Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var – VİDEO

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

Araqçidən dünyaya qorxunc xəbərdarlıq: “Böyük neft krizinə və bahalaşmaya hazır olun”

Bakıda “ukraynalı rusiyalı görüşü” qalmaqalı

Dünya həyəcan içində: İran Hörmüz boğazına mina döşəməyə hazırlaşır

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib

“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

Laçın dağlarında əbədiləşən ömür

Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.