Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

Mart 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

“Bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan XIII Qlobal Bakı Forumu hazırki regional gərginlikdə qlobal müzakirə platforması hesab oluna bilər” – Bu fikirləri saytımıza açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) önəmli beynəlxalq platforma olduğunu qeyd edən Adəm bəy Qlobal Bakı Forumunun mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirildiyini bildirib. “İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. XI Forumda 68 ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”, – deyə partiya sədri vurğulayıb.
A.Bakuvu bildirib ki, XIII Qlobal Bakı Forumunum açılışı da mühum məqamlarla yadda qaldı. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu: “ Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.Bu Forumdakı çıxışında da Prezident İlham Əliyev Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil”.
Vəhdət partiyasının sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin XIII Qlobal Bakı Forumunda çıxışı ölkəmizin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi: Azərbaycan Respublikasının Prezidentinin forumun açılışında söylədiyi dərin məzmunlu çıxışı zamanı bir daha region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu, dünyanın gələcəyi naminə mühüm mesajlar verdi. Prezident çıxışı zamanı əsasən beynəlxalq hüquqa hörmətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasının qlobal təhlükəsizlik və sabitlik üçün ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın bu proseslərdə keçdiyi yolun – münaqişədən sonra sülhə keçidin mümkün olduğunu göstərdi. Prezident öz çıxışı ilə Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu nümayiş etdirdi”.
İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişləndiyini bildirən Adəm bəy onu da qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib: “Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir”.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlərə dair aparılan müzakirələr bu Forumun qlobal səviyyəli məsələlərin həlli üçün ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrildiyini bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın sabit gələcəyi istiqamətində atılmış mühüm addım oldu”, – deyə partiya sədri vurğulayıb.

Əvvəlki Yazı

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Növbəti Yazı

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

EKSKLUZİV

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

14 Avqust 2026 / 12:46
0
Şakiradan Pikeyə qadağa

Şakiradan Pikeyə qadağa

14 Avqust 2026 / 12:30
0
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

14 Avqust 2026 / 12:16
0
Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

14 Avqust 2026 / 12:00
1

XƏBƏR LENTİ

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Şakiradan Pikeyə qadağa

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Kiyevə milyardlarla avroluq hərbi yardım edilib

Rusiya Ermənistana şərt qoydu

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Keroni yolu – Gendovun birlik simvolu

Azərbaycanda cinayət törədən qadınlar ARTIB

Bu şərtlərlə Ermənistandan Rusiyaya tədarük bərpa edilə bilər

Bu yağların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Naxçıvanda əhalinin sayı artdı

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH AÇIQLADI

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.