Məişət cihazlarının enerji istehlakı ilə bağlı aparılan yeni araşdırmalar, evlərdə elektrik faturalarını ən çox şişirdən səbəblərin heç də düşündüyümüz kimi olmadığını ortaya qoyub. İllərdir yüksək enerji sərfiyyatı ilə assosiasiya etdiyimiz soba və ya ütü kimi cihazların əksinə, əsl yükün başqa mənbələrdən qaynaqlandığı müəyyən edilib.

Tədqiqatçılar qeyd edirlər ki, adətən yüksək güclü və qısa müddətli istifadə olunan cihazlar, ümumi elektrik sərfiyyatına gözləniləndən daha az təsir göstərir. Əksinə, gündəlik həyatımızda davamlı olaraq işləyən və ya hazır vəziyyətdə saxlanılan, həmçinin texniki baxımı laqeyd edilən cihazlar əsas enerji oğruları olaraq ön plana çıxır.
Mütəxəssislər bildirirlər ki, fırın, ütü kimi cihazlar yüksək gücə malik olsa da, istifadə müddətləri qısa olduğu üçün ümumi enerji sərfiyyatına təsirləri məhduddur. Lakin soyuducu, modem, televizorun gözləmə rejimi kimi daimi işləyən və ya enerji qənaəti rejiminə keçməyən cihazlar ay ərzində əhəmiyyətli dərəcədə elektrik sərf edir.
Xüsusilə köhnə model soyuducular və ya enerji səmərəliliyi aşağı olan digər məişət avadanlıqları, həmçinin daimi cərəyanda saxlanılan şarj cihazları və digər kiçik elektronika məhsulları “sakit” şəkildə büdcəmizə ziyan vurur.
Bu cür cihazların texniki baxımının vaxtında aparılmaması da onların enerji səmərəliliyini azaldır. Məsələn, soyuducunun arxasındakı toz qatları və ya qapı rezinlərinin köhnəlməsi cihazın daha çox enerji sərf etməsinə səbəb olur.
Elektrik faturalarını azaltmaq üçün mütəxəssislər istifadə olunmayan cihazları cərəyandan ayırmağı, enerji səmərəliliyi yüksək olan modellərə üstünlük verməyi və cihazların mütəmadi texniki baxımını aparmağı tövsiyə edirlər.
Bu sadə addımlar, ev təsərrüfatlarında gözlənilməz elektrik sərfiyyatının qarşısını almağa və büdcəyə əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edə bilər.









