Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

3 il öncə 3 dünya nəhənginin etirazına rəğmən qurulan sərhəd-keçid məntəqəsi – Laçın!

Aprel 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bu gün 23 aprel – Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasının 3-cü ildönümüdür. Düz 3 il bundan öncə olduqca mürəkkəb hərbi-siyasi vəziyyətdə yaradılan Laçın sərhəd-keçid məntəqəsi suvereliyimizin bərpası prosesində mühüm rol oynayıb, ərazi bütövlüyümüzün praktiki şəkildə təmin edilməsinə böyük töhfələr verib.

Laçın sərhəd-keçid məntəqəsinin əhəmiyyətini və tarixi missiyasını daha yaxşı anlamaq üçün yaxın keçmişimizə qısa nəzər salmaq kifayətdir.

Erməni revanşizmi, Rusiya sülhməramlıları və Azərbaycan sərhədçiləri…

Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin 23 aprel tarixində yaradıldı ki, həmin dönəmdə Xankəndidə silahlı erməni revanşistləri aktiv fəaliyyət göstərir, yeni müharibə çağırışları səsləndirir, azərbaycanlılara qarşı ciddi aqressiya sərgiləyirdilər. Bu, o dönəm idi ki, Ermənistandan müxtəlif dağ yolları vasitəsilə Xankəndiyə silah və texnikalar daşınır, şəhər ətrafında müdafiə mövqeləri inşa edilirdi.

Bundan başqa, bir sıra hallarda Rusiyanın ərazidəki sülhməramlı qüvvələri də Xankəndiyə silah-sursat daşınmasında iştirak edir, erməni hərbi karvanlarını müşayiətini həyata keçirirdi. Məhz buna görə də Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhmərmalılara öz etirazını bildirmiş, mediada bununla bağlı çoxsaylı tənqidi materiallar dərc olunmuşdu.

Laçın sərhəd-keçid məntəqəsinin yoxluğu fonunda erməni terrorçuları, separatçı qüvvələr Xankəndi və şəhər ətrafında rahat hərəkət edir, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozurdu. Belə ağır, mürəkkəb bir zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və dəmir iradəsi sayəsində Laçın sərhəd-keçid məntəqəsi yaradıldı. 2023-cü ilin 23 aprel tarixində Dövlət Sərhəd Xidməti Prezident İlham Əliyevə məlum tarixi hadisə ilə bağlı məruzə etdi və qeyd etdi ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə “sərhədlərimizin bütövlüyü təmin edilib”.

Laçın sərhəd-keçid məntəqəsinin qurulması ilə Azərbaycan sərhədçiləri bu istiqamətdə də vətən torpağının mühafizəsini həyata keçirməyə başladı və bu, erməni revanşistlərinin, habelə, Rusiya sülhmərmalılarının aktivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

İlham Əliyevin dəmir iradəsi 3 dünya nəhənginin etirazını necə üstələdi?

Laçın sərhəd-keçid məntəqəsinin yaradılması sadəcə Ermənistanın deyil, onun beynəlxalq aləmdəki himayədarlarının da ciddi etirazına səbəb oldu. Baş verənlərlə bağlı bəyanat verən Fransa, Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasını pisləydi və qeyd etdi ki, bu, “atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə ziddir”.

Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasına ABŞ da səssiz qalmadı. ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel məsələ ilə bağlı açıqlama verdi. ABŞ rəsmisi baş verənləri sülh səylərini sarsıtmq cəhdi kimi dəyərləndirdi və bildirdi ki, “ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.”

Ermənistanın tarixi himayədarı olan Rusiya isə baş verənlərə daha kəskin reaksiya verdi. Məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edən Rusiya XİN-i baş verənlərin “yolverilməz” olduğunu vurğuladı:

“23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarının pozulması ilə bağlı hər hansı bir birtərəfli addımların – Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişikliyindən söhbət gedirmi və ya ondan sülh gündəminə cavab verməyən məqsədlər üçün istifadə etmək cəhdlərindən – qəbuledilməz olduğunu xüsusilə qeyd edirik”.

Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı etirazlar sonrakı dönəmlərdə də davam etdi. Ermənistana himayədarlıq edən güclər bu etirazlarla Azərbaycanı geri çəkilməyə vadar etməyə, Laçın sərhəd keçid məntəqəsinin ləğvinə nail olmağa çalışırdılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi sayəsində bu etirazların heç biri mövcud reallığa təsir göstərmədi. Laçın sərhəd-keçid məntəqəsi öz fəaliyyətin uğurla davam etdirdi və ciddi nailiyyətlərə imza atdı.

Laçın sərhəd-keçid məntəqəsi: Terrorçular üçün “sonuncu dayanacaq”

Laçın sərhəd keçid məntəqəsi fəaliyyətə başladığı ilk gündən etibarən sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atdı, səmərəli nəzarət sistemi tətbiq etdi. Nəticədə, çox keçmədi ki, erməni terrorçularının bir qismi məhz Laçın sərhəd-keçid məntəqəsində ələ keçirilərək ölkəmizin hüquq-mühafizə orqanlarına təhvil verildi. Ələ keçən terrorçular arasında Azərbaycan xalqına qarşı xüqsusilə ağır cinayətlər törədən şəxslər də var idi ki, bunlardan da biri Vaqif Xaçaturyan idi.

Vaqif Xaçaturyan 29 iyul 2023-cü il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və əlaqədar qurumlara təhvil verilmişdi.

Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin lokal anti-terror əməliyyatına qədər və ondan sonrakı dönəmdə də terrrçuların ələ keçirilməsində mühüm rol oynayıb, sərhəd toxunulmazlığımızın təmininə böyük töhfələr verib.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Laçın sərəd-keçid məntəqəsinin yaradılması suverenliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsinə təkan verən unikal bir hadisədir və illər, əsrlər sonra da öz tarixi, fəaliyyəti, mübarizə əzmi ilə insanları ovsunlamaqda, onlarda özünə böyük maraq və heyranlıq oyatmaqda davam edəcək.

Fərid İmranlı

Əvvəlki Yazı

Paraqvayda təyyarə qəzası: Göydən 5 milyon dollar yağdı, xalq bir-birini əzdi

Növbəti Yazı

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq – Balacaların tətil vaxtı dəyişdirildi

EKSKLUZİV

Tehranın Səmasında Partlayış Səsləri: Hava Hücumundan Müdafiə Sistemləri İşə Salındı

23 Aprel 2026 / 22:51
1

Okeanın Dərinliklərindəki Sirli Qızıl Kürənin Pərdəsi Açıldı: Alimlər Şok Kəşfin Sirlərini Çözdü

23 Aprel 2026 / 22:51
1

Azarkeşlərin intizamsızlığı klublara baha başa gəlir: Cəza tədbirləri sərtləşir

23 Aprel 2026 / 22:51
1

Günay Qurbanova Avropa Çempionatında Tarixi Bürünc Medala İmza Atdı

23 Aprel 2026 / 22:51
1

XƏBƏR LENTİ

Tehranın Səmasında Partlayış Səsləri: Hava Hücumundan Müdafiə Sistemləri İşə Salındı

Okeanın Dərinliklərindəki Sirli Qızıl Kürənin Pərdəsi Açıldı: Alimlər Şok Kəşfin Sirlərini Çözdü

Azarkeşlərin intizamsızlığı klublara baha başa gəlir: Cəza tədbirləri sərtləşir

Günay Qurbanova Avropa Çempionatında Tarixi Bürünc Medala İmza Atdı

Real Madriddə Böyük Fərq: Vinisiusun Maaşı Mbappedən Niyə Az Olacaq?

Səbail”in Zəfər Gecəsi: Quliyev və Səfərovdan Dubllar Komandaya Qələbə Gətirdi!

Maykl Kin “Everton”la Yubiley Müqaviləsini Uzatdı: Klubda Gələcəyi Təmin Edildi

Müctəba Xameneinin səhhəti İranda hakimiyyət keçidi müzakirələrini qızışdırır

İsrail Müdafiə Nazirindən Xamenei Sülaləsinə Sərt Xəbərdarlıq: Tamamilə Məhv Ediləcək

“İnex” şirkəti və lazeroloqlar arasında qalmaqal: Taleh Heydərov adı niyə hallanır?

Mavriki Londona Çaqos arxipelaqı üçün son vaxt verdi: İyulun sonu!

Bəqai ABŞ-İran danışıqlarının əsas mövzusunu AÇIQLADI: Nüvə proqramı gündəmdə deyil?

İsrailin Müdafiə Naziri Xəbərdarlıq Etdi: ABŞ Razılaşsa, İranla Müharibə Yenidən Başlaya Bilər

İran Parlamentinin Sədri Qalibaf Danışıqlar Qrupundan İstehfa Etdi: İsrail Mediası Xəbər Verir

Bu dəfə 300 balı onlar topladı – Fotolar

“Mançester Yunayted” böyük transferə hazırlaşır: Komandaya yeni ulduz gəlir?

Avropanın İzlənmə Çempionu: Bu Komanda Tarix Yazdı!

Rusiya İrana məlumatları Gürcüstan üzərindən ötürür: Şok iddia gündəmdə

NYT: Müctəba Xamenei ağır xəsarətlər səbəbindən idarəetməni tam icra edə bilmir – İranda növbəti hakimiyyət böhranı?

Krasnodar regionunda ekoloji böhran: Tuapse əhalisinə təhlükəsizlik xəbərdarlığı

Bəqai ABŞ-ın İddialarını Kəskin Şəkildə Rədd Etdi: ‘Bu, Tamamilə Uydurmadır!’

İqtisadiyyat Daralır, Milyarderlər Çoxalır: Sərvətləri Tarixi Rekord Vurdu

Nyu Meksikoda Sirlər Mağarası: Çölün Qoynunda Donmuş Möcüzə

“Soft Tekstil” Gömrük Qaydalarını Pozaraq Cərimələndi: İqtisadiyyatda Nələr Baş Verir?

Binə qəsəbəsində ev qiymətləri rekord həddə çatır: Torpaq qıtlığı əsas səbəb

Təhsilimizdə Repetitorluq Problemi: Ciddi Addımlar Atılacaqmı?

Qordonun transfer qiyməti şok etdi: “Nyukasl” 80 milyon tələb edir!

Fasda Atlas Dağlarının Ürküdücü Yolu: 2093 Metr Hündürlükdəki Sirli Keçid

Tələbələr distant təhsilə keçir: Nazirlikdən rəsmi əmr və tarixlər

Rusiya Dərin Demoqrafik Çuxurda: Doğum Azalır, Ölüm Artır – Ölkənin Gələcəyi Təhlükədə

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.