Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

ÖZBƏKİSTANIN XALQ ŞAİRİ SİRACƏDDİN SƏYYİD “AZƏRBAYCANIN DOSTU” QIZIL ORDENİNƏ LAYİQ GÖRÜLÜB

Aprel 25, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli özbək ədibi, Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində tanınmış yazıçı-publisist, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordenini və beynəlxalq jurnalın Fəxri üzvlük sertifikatını Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidə təqdim edib.

Emil Nəsirli bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurası Siracəddin Seyyidi qeyd olunan mükafata Azərbaycan və Özbəkistan arasında dostluğun, qardaşlığın və qarşılıqlı həmrəyliyin möhkəmləndirilməsində xidmətlərinə görə layiq bilib və onu yekdil qərarla beynəlxalq jurnalın fəxri üzvlüyünə qəbul edib.

Yazıçı-publisist Emil Nəsirli çıxışında vurğulayıb ki, Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Sonda belə nəticəyə gəlmək olar ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.

Tədbirdə azərbaycan-özbək ədəbi əlaqələrindən söhbət açan Emil Nəsirli onu da vurğulayıb ki, müstəqillik dövrünün qarşılıqlı ədəbi-mədəni əlaqələrində müşahidə olunan özünəməxsus hadisələr, bir ədəbi simanın yaradıcılığında iki ədəbi mühit ənənələrinin sintezləşməsi və hər iki ölkədə yaşayan eyni etnik azlığın mədəni “körpü” rolunu oynayaraq iki xalqın ədəbi ənənələrini bir-birinə ötürməsi təkcə Azərbaycan-özbək ədəbi əlaqələrinin deyil, ümumən ədəbi-mədəni əlaqələrin yeni təzahür formaları kimi diqqəti cəlb edir. Bu isə ədəbi əlaqələrin nəzəri əsaslarının dərinləşdirilməsı və miqyasının genişləndirilməsi baxımından olduqca qiymətli və əhəmiyyətli material verir. Bu gün təqdimat mərasimi keçirilən Siracəddin Seyyidin “Vaxt heykəli” kitabı da iki ölkə arasında olan ədəbi əlaqələrin inkişafına yeni töhvədir.

Emil Nəsirli onu da qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf edəcək və zənginləşəcək.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli özbək ədibi, Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Siracəddin Seyyid ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib ki, ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz azərbaycan ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təşkil olunan Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının təqdimat mərasimində görkəmli Azərbaycan ədibi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anar, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, tanınmış şair, tərcüməçi, Səlim Babullaoğlu, tanınmış yazıçı-publisist, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli, Ensiklopediya Nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikrət Nağıyev və digər ictimai xadimlər, elm, təhsil, mədəniyyət nümayəndələri iştirak ediblər.

  • Təqdimat mərasimində çıxış edənlər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da genişləndirildiyini bildiriblər. Həmçinin çağdaş dövrdə türk xalqları arasında mövcud olan ədəbi-mədəni əlaqələrin bu xalqların ortaq tarixi keçmişinə əsaslandığı, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.
Əvvəlki Yazı

Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi – Foto

Növbəti Yazı

PEOPLE’S POET OF UZBEKISTAN SIRAJIDDIN SAYYID AWARDED THE GOLDEN ORDER “FRIEND OF AZERBAIJAN”

EKSKLUZİV

“Neftçi” – “Qarabağ” derbisinin hakimləri təyin edildi: Gərgin mübarizə gözlənilir

25 Aprel 2026 / 18:47
0

Azərbaycan Premyer Liqasında Gərgin Anlar: “Sumqayıt”ın Zəfəri, “Qəbələ” – “Araz-Naxçıvan” Qarşıdurması

25 Aprel 2026 / 18:47
0

Pezəşkian İranda enerji böhranını dilə gətirdi: Əhaliyə kəskin qənaət çağırışı

25 Aprel 2026 / 18:47
0

Azərbaycan və Ukrayna hüquqi yardım sazişi imzaladı: Əməkdaşlıq dərinləşir

25 Aprel 2026 / 18:47
0

XƏBƏR LENTİ

“Neftçi” – “Qarabağ” derbisinin hakimləri təyin edildi: Gərgin mübarizə gözlənilir

Azərbaycan Premyer Liqasında Gərgin Anlar: “Sumqayıt”ın Zəfəri, “Qəbələ” – “Araz-Naxçıvan” Qarşıdurması

Pezəşkian İranda enerji böhranını dilə gətirdi: Əhaliyə kəskin qənaət çağırışı

Azərbaycan və Ukrayna hüquqi yardım sazişi imzaladı: Əməkdaşlıq dərinləşir

Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artır

Azərbaycanda Narkotikə Qarşı Genişmiqyaslı Əməliyyat: 18 Kiloqramdan Çox Narkotik Aşkarlanıb

Kreml Bakıda ABŞ və Ukrayna ilə danışıqlara açıqdır: Zelenskinin təklifinə Moskvanın cavabı

Hindistanın Odisha Ştatında Nəhəng Qızıl Yataqları Aşkarlandı: İqtisadiyyata Böyük Təkan

Etna Yanardağının Dərinliklərindən Şok Kəşf: Elm Dünyasını Sarsıtdı

Lesterdə İsrailin Silah Fabrikinə Film Kimi Basqın: İHA İstehsalı Hədəf Alındı

Uçuş Zamanı Şəklini Dəyişən Təyyarə Sınaqdan Uğurla Keçdi: Aviasiyada Yeni Era

Premyer Liqada Həyəcanlı Anlar: Sumqayıt Qələbəni Bayram Etdi, Qəbələ və Araz-Naxçıvan Mübarizəsi

İdmançıya Ağır Zərbə: Diskvalifikasiya və Külli Miqdarda Cərimə!

“Qəbələ” – “Araz-Naxçıvan”: Matçın start heyətləri açıqlandı!

Dövlət Qurumlarında Sığorta Skandalı: Hesablama Palatası Nasaz Avtomobil Qanunsuzluqlarını Açıqladı

“Neftçi” və “Qarabağ” Azarkeşlərə Səsləndi: Stadionlarda Təmkinli Olun!

“Siz bizim uşaqlarımıza kömək edirsiniz” – Zelenski Əliyevə təşəkkür etdi

Orta Şərqdəki Gərginlik Düyü Qiymətlərini Yüksəldir: Təchizat Zənciri Təhlükədə

15 il başqasının övladlarını böyüdən qadın: Vida günü gözlənilməz hədiyyə şoku!

Zelenski Putini Azərbaycanda görüşə çağırdı: Bakı sülh yol xəritəsi təklif edir

İngiltərə Səhiyyəsində Böhran: Həkim Çatışmazlığı Tibb Bacılarını “Ehtiyat Həkim” Roluna Məcbur Edir

Baş məşqçidən sərt reaksiya: “Ən azından bir salam gözləyirdim”

Sumqayıt Premyer Liqada Zəfər Yolu: Hesabda Öndədir

“Ayaks”da Ayrılıq: Komandanın Gələcəyi Təhlükədəmi?

Azərbaycan XİN-dən Nyu-York merinin ‘erməni soyqırımı’ bəyanatına SƏRT CAVAB

Zelenski Bakıda: Azərbaycan və Ukrayna arasında 6 mühüm sənəd imzalandı

“Qarabağ” və “Neftçi”dən BİRGƏ BƏYANAT: Azərbaycan futbolunda yeni mərhələ!

İran ABŞ-a Sərt Xəbərdarlıq Etdi: Bölgədə Gərginlik Zirvəyə Çatır

Ankara və Dəməşq birgə əməliyyatda: Terror təşkilatlarına ağır zərbə

Axtarışlara son: İtkin düşən 13 nəfər tapıldı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.