Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Sülh missiyası ilə dünyaya qurtuluş yolunu göstərən lider – Adəm İsmayıl BAKUVİ

Aprel 29, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

…100 il öncə Qazi Mustafa Kamalın “Yurdda sülh, cahanda sülh” çağırışı  sıradan bir şüar deyildi. Yurdunu imperialist güclərin işğalından azad edib istiqlalına qovuşduran Böyük Lider Türkün həm də dünyaya, bütün insanlığa barış arzuladığının mesajın verirdi. Savaş meydanında misli görünməyən bir qələbə qazanan sərkərdənin sülh arzusu dünya üçün bir örnək olmalı…

… 100 il sonra eyni örnək Azərbaycan Lideri tərəfindən göstərildi. Müzəffər Ali Baş Komandan kimi böyük dünya güclərinin himayəsində olan işğalçılara 44 günlük hərbi dərs keçərək tam Qələbəyə imza atan Azərbaycan Prezidenti gələcəyin güc yox sülh və sabitliyə bağlı olduğunu bəyan etdi. Prezident İlham Əliyev məhz bu mərhələdə qalib ölkənin lideri kimi revanşizmə deyil, sülh gündəliyinə üstünlük verərək Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək kimi olduqca çətin bir missiyanı məharətlə həyata keçirdi. Bu həm diplomatik, həm də humanizm baxımdan tarixi müqayisəsi olmayan bir addım idi…

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət kursu bu gün Cənubi Qafqazı münaqişə ocağından sabitlik və əməkdaşlıq mərkəzinə çevirib. Beynəlxalq birliyin bu tarixi nailiyyətlərə verdiyi ali dəyər isə özünü nüfuzlu mükafatlarla büruzə verir. Bu sırada xüsusilə, 2026-cı ildə nüfuzlu beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsini qeyd edə bilərik. Prezident İlham Əliyevə təqdim olunan “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda qəbul olunmasının daha bir rəsmi təsdiqi kimi tarixə yazıldı. Azərbaycan Prezidentinin qısa müddət ərzində iki beynəlxalq sülh mükafatına layiq görülməsi həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər Liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı.

Azərbaycan artıq uzun müddətdir ki, müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan kimi qlobal humanitar dialoqun mühüm platformasına çevrilib. Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Mədəniyyətlərarası Dialoq Forumları və digər təşəbbüslər Azərbaycanın humanitar diplomatiyasının real təzahürləridir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən bu siyasət təkcə region üçün deyil, qlobal miqyasda sülh və anlaşma modelinin təqdimatıdır. “Sülh və Barışıq üçün Gernika mükafatı” məhz bu modelin beynəlxalq təsdiqi kimi dəyərləndirilməlidir. Bu mükafat Prezident İlham Əliyevin timsalında Azərbaycanın sülh fəlsəfəsinin, humanitar dəyərlərinin və qlobal məsuliyyətinin dünyada qəbul olunmasının simvoludur.

Bakının irəli sürdüyü və siyasi iradə ilə humanitar dəyərlərin harmoniyasına dayanan sülh gündəliyi hazırda bəşəriyyətin üzləşdiyi münaqişələrin həlli üçün universal model rolunu oynayır. Azərbaycanın yaratdığı bu uğurlu model sülhün yalnız arzu deyil, həm də real və əlçatan hədəf olduğunu nümayiş etdirir. Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət. Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur və elə bu məram – sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir. Azərbaycan Prezidentinə verilən həm “Zayed İnsan Qardaşlığı Mükafatı”, həm də “Sülh və Barışıq üçün Gernika mükafatı” bir daha sübut edir ki, İlham Əliyev təkcə qalib lider deyil, həm də dünyada humanizmin, sülhün və birgəyaşayışın ən böyük müdafiəçisi, təminatçısıdır.

Səma şairi Hüseyn Cavid bəşəriyyətin xilasının ən mükəmməl yolunu belə ifadə etmişdi:

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”

Azərbaycan Lideri öz barış missiyası ilə dünyaya məhz bu qurtuluş yolunu göstərir!

Əvvəlki Yazı

“Brent” neftinin qiyməti 111 dolları keçdi: Qlobal bazarlarda yeni gərginlik

Növbəti Yazı

Azərbaycanda süni intellekt əsaslı ilk multifunksional “alış elanları” platforması – Tenderyard.com

EKSKLUZİV

Gəmi Qalıqlarında Sirli Qara Maddə Tapıldı: Elm Dünyası Təşvişdə – Canlı Orqanizm Olduğu Təsdiqləndi

29 Aprel 2026 / 13:20
0

Trampın süni intellektlə yaratdığı silahlı şəkli dünyanı silkələdi: Neft qiymətləri sıçradı

29 Aprel 2026 / 13:19
0

Polenlər Batmış Gəminin Sirli Marşrutunu Açıqladı: Elm Dünyasında Sensasiya

29 Aprel 2026 / 13:19
0

Polşadakı Qala Hər Kəsi Şoka Salır: Orta Əsr Görünüşü, Müasir Tikili!

29 Aprel 2026 / 13:19
0

XƏBƏR LENTİ

Gəmi Qalıqlarında Sirli Qara Maddə Tapıldı: Elm Dünyası Təşvişdə – Canlı Orqanizm Olduğu Təsdiqləndi

Trampın süni intellektlə yaratdığı silahlı şəkli dünyanı silkələdi: Neft qiymətləri sıçradı

Polenlər Batmış Gəminin Sirli Marşrutunu Açıqladı: Elm Dünyasında Sensasiya

Polşadakı Qala Hər Kəsi Şoka Salır: Orta Əsr Görünüşü, Müasir Tikili!

Rusiya qızıl mədənində faciəvi qar uçqunu: 6 işçi həlak oldu

Kompani PSJ Sınağı Önündə: “Şanslarımızı Reallaşdırmalıyıq”

AYNA 500 OBU avadanlığı üçün 1.5 milyon manat ayırdı: Nəqliyyatda yeni mərhələ

Harri Keyn Stiven Cerrardın İngiltərə Rekordunu Qırdı: Tarixi An

UNEC-də şəhərsalma və urbanizasiya: Azərbaycanın gələcək inkişaf perspektivləri müzakirə edildi

Trampın Sərt Bəyanatı: “Yaxşı Oğlan” Olmaq Dövrü Bitdi – ABŞ Siyasətində Yeni Kurs

Belarus Rusiyalılar üçün sərhəd keçidi qaydalarını sərtləşdirdi: Tranzit yolları daha çətinləşdi

Məzahir Pənahovdan seçki prosesi ilə bağlı qətiyyətli vəd: “Daha da yaxşı işləyəcəyəm!”

Azərbaycanda Sabahın Hava Proqnozu Açıqlandı: Ölkə Boyunca Gözləntilər

Bakıda makler həbs edildi – Yarım milyonluq fırıldaq – Foto

ABŞ Senatı Trampın Kuba Embarqosunu Ləğv Etmə Təklifini Rədd Etdi: Sanksiyalar Davam Edir

Ekspertlər xəbərdar edir: Məşhur distopik film ssenarisi 15 il ərzində reallığa çevrilə bilər!

Şenjen Dron Çatdırılmasında İnqilab Edir: Ənənəvi Kuryerlər Tarixə Qovuşur

Peruda Həşəratlara Tarixi Hüquq Verildi: Məhkəmədə Təmsil Oluna Biləcəklər

“Atletiko” – “Arsenal” Qarşılaşması: Canlı Yayım Kanalları Açıqlandı!

Cüdo üzrə “Böyük Dəbilqə”: Azərbaycanın iddiaçı heyəti açıqlandı

Şahin Mustafayev Ermənistanda: Bakı-İrəvan dialoqu davam edir

Qızıl və Gümüş Bahalaşdı: Nyu-York Birjasında Qiymətlər Yüksəldi

Orta Əsrlərin Canlı Muzeyi: Almaniyanın Wäscherschloss Qalası Qapılarını Açdı

Türkiyədə F-16 qalmaqalı: General stadion üzərindən uçuşa görə vəzifəsindən azad edildi

Azərbaycanda faktiki hava: Bəzi rayonlara qar və yağış yağdı

Bakının Məşhur “Lotos” Ticarət Mərkəzində Mağazaların Bağlanması: Sahibkarların Narahatlığı

Ukraynada Şimali Koreyanın 2 mindən çox hərbçisinin həlak olması – Kiyevdəki muzeydə şok faktlar

Ukraynaya kütləvi PUA hücumu: Rusiya 170-dən çox dronla vurdu, şəhərlərdə dağıntılar və itkilər var

Misirdə tarixi kəşf: 15 metrlik quyudan qızıl mumya çıxdı

Kart əvəzinə zibil: Bu şəhərdə avtobusa belə minirlər!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.