Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Avtomobil bazarında qiymətlər necədir?

İyul 9, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

09 İyul 26 / 14:29
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

06 İyul 26 / 13:30
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.

Palatadan Cumhuriyyet.az-a bildirilib ki, iyunda avtomobil indeksi 103,5 bənd təşkil edib. Göstərici 2025-ci ilin dekabr ayı üzrə baza dövrü ilə müqayisədə qiymət səviyyəsinin yüksək qaldığını göstərsə də, may ayına nisbətən 0,6 % azalıb. Palatanın qiymətləndirməsinə görə, bu dinamika bazarda kəskin ucuzlaşmadan deyil, qiymətlərin sabitləşməsi və tarazlaşmasının davam etməsindən xəbər verir.

Hesabat dövründə median satış qiyməti 17 900 manat olub və əvvəlki ayla müqayisədə ciddi dəyişməyib. Orta qiymətdə qeydə alınan cüzi azalma isə bazara daha aşağı qiymətli avtomobillərin daxil olması və satış strukturundakı dəyişikliklərlə izah edilir. Qeyd olunur ki, beynəlxalq qiymətləndirmə metodologiyalarına əsasən bazardakı real qiymət dinamikasını ən dəqiq əks etdirən göstərici median qiymət hesab olunduğundan, iyunda ümumi qiymət səviyyəsi sabit qalıb.

İyun ayında bazarın 91,8 %-ini ikinci əl avtomobillər təşkil edib. AQP bunu istehlakçıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi, eləcə də yeni avtomobillərin qiyməti və maliyyələşdirmə imkanları ilə əlaqələndirir. Bazarın model strukturunda sedan avtomobillər 46,3 % payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26,9 %-ə yüksələrək artım tendensiyasını davam etdirib.

Palatanın qiymətləndirməsinə görə, bu dinamika alıcıların daha funksional, təhlükəsiz və komfortlu avtomobillərə, xüsusilə ailə istifadəsi üçün nəzərdə tutulan modellərə marağının artdığını göstərir. Satışa çıxarılan avtomobillərin orta yaşı 14,7 il, orta buraxılış ili isə 2011-ci il olub. Bu göstəricilər ölkənin avtomobil parkının orta yaşının hələ də yüksək olduğu və yenilənmə prosesinin mərhələli şəkildə davam etdiyi vurğulanır.

İyun ayında satışa çıxarılan avtomobillərin orta yürüşü 210 min kilometrdən bir qədər artıq olub. Əvvəlki aylarla müqayisədə aşağı olan bu göstərici bazara daha az istismar olunmuş avtomobillərin daxil olduğunu göstərir və avtomobillərin texniki vəziyyəti ilə bazar dəyərinə müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

Hesabat ayında aktiv satış elanlarının sayı 43 318-dən 41 192-yə enib. Təxminən 4,9 %-lik azalma əsasən mövsümi amillərlə izah olunur. AQP hesab edir ki, yay mövsümünün başlanması ilə satış aktivliyinin nisbətən zəifləməsi bazarın ümumi likvidliyinə ciddi təsir göstərməyib və bazarda rəqabət mühiti qorunub.

Palatanın proqnozuna görə, mövcud tendensiyalar fonunda bu ilin yay aylarında da avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir. Avtomobil İndeksinin 103-105 bənd intervalında dəyişəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti sektorları üzrə indekslər hazırlayaraq bazarın vəziyyətini əks etdirən analitik hesabatlar dərc edir.

Əvvəlki Yazı

Altı ayda 15 420 cinayət qeydə alınıb

Növbəti Yazı

MİQ imtahanlarının vaxtı açıqlandı

EKSKLUZİV

Polietilen torba bahalaşdı?

Polietilen torba bahalaşdı?

09 İyul 2026 / 16:00
0
Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

09 İyul 2026 / 15:46
1
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

09 İyul 2026 / 15:30
0
Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

09 İyul 2026 / 15:14
1

XƏBƏR LENTİ

Polietilen torba bahalaşdı?

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

MİQ imtahanlarının vaxtı açıqlandı

Avtomobil bazarında qiymətlər necədir?

Altı ayda 15 420 cinayət qeydə alınıb

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

Sabah 37 dərəcə isti olacaq

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Xidmət rəisindən gənc zabitlərə yüz kitaba bərabər tövsiyyə…

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

NATO Ankara Bəyannaməsini qəbul edib

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Onlara diplomatik rütbə verildi – SƏRƏNCAM

Şuşada bunu etmək qadağan edildi – Fərman

Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ – PROQNOZ

İraqda Xamenei ilə vida mərasimi keçirilir

Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək

Qalibaf: Biz təslim olmayacağıq

Özümə çox əsəbiləşmişdim – Messi

Azərbaycanda qanunsuz yaşayan 4852 əcnəbi saxlanıldı

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Bakı metropoliteni ilə sərnişin daşımaları artıb

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Sabah 36 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.