Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda müşavirə keçirilib

İyul 30, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi istiqamətində bir sıra məqsədyönlü işlər həyata keçirilir. 2026-cı ilin 25 may tarixində ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, həmçinin, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Respublika Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı bir daha onu deməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında əksini tapan məsələlərin icrasına həssaslıqla yanaşılır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2026-cı il tarixli 9-23/250 nömrəli Sərəncamı ilə Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradılıb və “İş Planı” təsdiq edilib.

İyulun 30-da Qazaxda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı yaradılmş Qərargah üzvlərinin iştirakı ilə müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə qarşıda duran vəzifələrdən, istehsal olunan məhsulların həcminin artırılmasından, sahibkarlara göstərilən dövlət qayğısından, taxıl biçininin mövcud vəziyyətindən, biçin zamanı, eləcə də biçindən sonra əkin sahələrinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasından, heyvandarlığın inkişafı istiqamətində görüləcək işlərdən, əkin sahələrinin suvarılmasının təmin edilməsindən və s. məsələlərdən geniş söhbət açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Qazax Bitki Mühafizə və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin rəisi Faiq Bəkirov, Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində baş mühəndis Asim Osmanov, “Aqroservis” ASC-nin Şəmkir Rayon Nümayəndəliyinin Qazax rayon bölməsinin rəhbəri Murad Nəsibov, FHN Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Kənan Yolçuyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya Və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi Humay Qocayeva, sözügedən müəssisələrin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, sahibkarlar, fermerlər, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri ölkə başçısının sədrliyi ilə mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulmuş məqsədlərin hər kəs üçün bir yol xəritəsi olduğunu, bölgələrdə kənd təsərrüfatının inkişafı üçün hər bir sahibkarın töhfə verməli olduğunu bildirib. İcra başçısı Qazaxda sözügedən Dövlət Proqramında əksini tapan bəndlərin icrasına həssaslıqla yanaşıldığını, bu məqsədlə müvafiq Sərəncamla Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradıldığını və “İş Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. İcra başçısı İş Planında torpaq resurslarının qorunması və ondan səmərəli istifadə olunması, suvarma suyundan səmərəli istifadə mexanizminin inkişaf etdirilməsi, bitkiçilik sahəsi ilə bağlı tədbirlər, o cümlədən intensiv meyvə bağlarının salınması, istixana komplekslərinin sahəsinin artırılması, buğdanın və kartofun məhsuldarlığnın artırılması, heyvandarlıq məhsullarının istehsalının artırılması ilə bağlı tədbirlər, o cümlədən mal və qoyun əti, quş əti, süd və yumurta istehsalının artırılması, emal sahəsinin inkişaf etdirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin öz əksini tapdığını bildirib. Həmçinin, İş Planında rayon ərazisində fəaliyyət göstərən aqroparkların və iri təsərrüfatların fəaliyyəti üçün ayrılmış torpaqlardan, o cümlədən əkinə yararlı sahələrdən istifadənin vəziyyətinin öyrənilməsi, müasir suvarma sistemlərinin qurulması, aqroparkın əhatə edəcəyi torpaq sahələrinin ölçülərinin və qoyulacaq investisiyaların miqdarının müəyyən edilməsi, texnika parkının mütəmadi olaraq yenilənməsi üçün müvafiq tədbirlərin görülməsi, torpaqların analizinin aparılması və ən yüksək məhsuldarlığa malik bitki növlərinin əkilməsi, kənd təsərrüfatı statistikasının dürüstləşdirilməsi, fermerlərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə hər bir istehsal sahəsi üzrə müvafiq birliklərin yaradılması kimi məsələlərin qeyd olunduğunu vurğulayıb. Rayon rəhbəri istər Dövlət Proqramında, istərsə də İş Planında əksini tapan bəndlərin icrası ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, bu istiqamətdə görülmüş işlərə hər kəsin töhfə verməli olduğunu, bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşılmasını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən söz açıb. Dövlət Proqramında və İş Planında əksini tapan bəndlərin icrası ilə bağlı görülməsi nəzərdə tutulan işlərin vacibliyini qeyd edib.

Sahibkarlardan Vüqar Kərimov, Xəyyam Sanıyev, fermerlərdən Asif Yusifov və başqaları çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü müşavirəni onlara göstərilən növbəti dövlət qayğısı kimi qiymətləndiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.

Əvvəlki Yazı

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

EKSKLUZİV

Qazaxda müşavirə keçirilib

Qazaxda müşavirə keçirilib

30 İyul 2026 / 21:12
4
Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

30 İyul 2026 / 20:31
1
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 / 19:33
0
Bakı Qızlar Universiteti bağlanıb

Bakı Qızlar Universiteti bağlanıb

30 İyul 2026 / 19:05
1

XƏBƏR LENTİ

Qazaxda müşavirə keçirilib

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Bakı Qızlar Universiteti bağlanıb

Gülçöhrə Məmmədovanın 27 illik rektorluq fəaliyyəti araşdırılacaq

Vətəndən uzaqlarda vətən savaşı: Hikmət Hacıyev daha bir blogeri mat qoydu…

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək

Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu

“Qarabağ” bu gün həlledici oyuna çıxır

Çimərliyə gedənlərin nəzərinə!

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

Bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq – RƏSMİ

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Paşinyan: Bazar günü hökumət istefa verəcək

Sabahın HAVA PROQNOZU

Daxili dövlət borcunun MƏBLƏĞİ

Tramp: Zelenskiyə müharibəni bitirməsini dedim

“WhatsApp Web” istifadəçilərinə şad xəbər

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

Magistraturaya müraciət edənlərin 88 faizi tələbə adını qazandı

İlham Əliyev Mərakeş Kralını təbrik edib

Maaş və pensiya kartlarında YENİLİK

iPhone-un gizli funksiyası ortaya çıxıb

ADNSU 26 milyon manata təmir olunacaq

Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? – RƏSMİ

Zorakılıq qurbanı olan 41 nəfərə dəstək göstərildi – RƏSMİ

Azərbaycan Kinematoqrafçılar İttifaqı ləğv olunur?

FİFA dostlarını zənginləşdirmək üçün… – UEFA-dan etiraz

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.