Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Xəbər lenti

Azərbaycan CNN-i məhkəməyə verdi

Avqust 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15

Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

Cumhuriyyet.az Report-a istinadla xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.

2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-nin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.

Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.

İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.

CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.

Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. Belə ki, onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı da onun müəllifliyi ilə Azərbaycana qarşı qərəzli iddialarla dolu olan məqalələr dərc edilib.

Əvvəlki Yazı

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Növbəti Yazı

Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub

EKSKLUZİV

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

19 Avqust 2026 / 12:00
0
Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

19 Avqust 2026 / 11:46
0
“Real Madrid” Mourinyonu təqdim etdi

“Real Madrid” Mourinyonu təqdim etdi

19 Avqust 2026 / 11:30
0
Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

19 Avqust 2026 / 11:16
0

XƏBƏR LENTİ

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

“Real Madrid” Mourinyonu təqdim etdi

Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Avropada böhran: Miqrasiya dalğası arta bilər…

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır

Abdullah Gül sükutu pozdu, Ərdoğana təşəkkür etdi

Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub

Azərbaycan CNN-i məhkəməyə verdi

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Şakiradan Pikeyə qadağa

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Kiyevə milyardlarla avroluq hərbi yardım edilib

Rusiya Ermənistana şərt qoydu

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Keroni yolu – Gendovun birlik simvolu

Azərbaycanda cinayət törədən qadınlar ARTIB

Bu şərtlərlə Ermənistandan Rusiyaya tədarük bərpa edilə bilər

Bu yağların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Naxçıvanda əhalinin sayı artdı

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.