Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -“gündüz şam işığında” tapılan şirkətlə…

Noyabr 30, 2024
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir…  

Yenixeber.org: 3 gün əvvəl mediada 35 şirkətin rəhbərinin həbsi ilə bağlı məlumat yayıldı. Məlum oldu ki,dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. F.Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub.

Bu olayı səbəbsiz xatırlatmadıq… Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir… Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir bazası, potensialı olmayan şirkətlər qalib elan edilir.

 Bu arada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha bir tenderi yekunlaşdırıb. 21.11.2024-cü il tarixdə dövlətin bu təşkilatı “Uğur Tikinti”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə AQTA Şamaxı şəhərində inzibati binasının tikintisi qarışılığında“Uğur Tikinti” MMC-nə 1.365.063 manat ödəməli olacaq.

Bölgədəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, tərəflər arasında müqavilə indi bağlansa da, tikinti işləri bir müddət əvvəldən başlayıb(?)

Məlumat üçün bildirək ki, AQTA-nın Dağlıq Şirvan Regional Bölməsinin Şamaxı şəhərində yerləşəcək inzibati binasının layihə-smeta sənədlərini “Creat Company” şirkəti 22 420 manat qarışılığında hazırlayıb. 750 m2 sahəni əhatə edəcək bina iki mərtəbəli olacaq.

Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi AQTA-nın heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Uğur Tikinti” MMC ilə bağlıdır. Bu şirkətin nəinki vergi ödəyicisi kimi barəsində heç bir məlumat yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “Uğur Tikinti”MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Qoşqar Təhməzli dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? AQTA-nın bu şirkəti “gündüz şam işığında” tapması hansı maraqlardan qaynaqlanır? Və s.

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir…  

  ***

Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı AQTA-dan müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə 7 sualdan ibarət online sorğu ünvanladıq… 9 gün əvvəl göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik. Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Səlahiyyət sahibləri də medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu bilməlidirlər.Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)

Mövzunun davamı olacaq.   

Əvvəlki Yazı

Yeni Vergi Məcəlləsi hazırlanır

Növbəti Yazı

VHP-çi yazar Aysel Xanlarqızının daha bir uğuru: Türkiyədə imza günü keçirilib

EKSKLUZİV

Futbolda bu qaydalar dəyişdirildi

Futbolda bu qaydalar dəyişdirildi

31 İyul 2025 / 17:00
0
Bu dərmanlar geri çağırıldı

Bu dərmanlar geri çağırıldı

31 İyul 2025 / 16:45
0
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

31 İyul 2025 / 16:30
0
Səfərbərlik lazımdır – Lukaşenko

Səfərbərlik lazımdır – Lukaşenko

31 İyul 2025 / 16:16
0

XƏBƏR LENTİ

Futbolda bu qaydalar dəyişdirildi

Bu dərmanlar geri çağırıldı

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Səfərbərlik lazımdır – Lukaşenko

Bu universitetdə təhsil haqqı artırıldı – Səbəb

Tarixçi alim “Qarabağ”a azarkeşlikdən imtina etdi – Səbəb

Litvanın baş naziri istefa verdi

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Rusiya sülh çağırışına cavab verdi… – Zelenski

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Yol polisi valideynlərə müraciət edib – VİDEO

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Sabahın hava proqnozu

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olunub

Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək

Kürdəmirdə yol təmirinə 1,5 milyon manat ayrılıb – SƏRƏNCAM

Rusiyanın 6 regionuna PUA hücumu edildi

ABŞ zəmanət verməlidir, yoxsa mümkün deyil… – Arakçı

“Google Maps” Zəngəzur dəhlizini açdı – FOTO

Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır

Mərkəzi Bank yeni qayda ilə borcaların zərər meyarını sərtləşdirib

DİN və DSX-dən birgə əməliyyat: saxlanılan var

Tramp Fələstinə görə Kanadanı təhdid etdi

DYP: 6 ayda qəzalarda 12 moped və motosiklet sürücüsü ölüb, 23-ü xəsarət alıb

Avqustda qeyri-sabit hava şəraiti gözlənilir

Türk dünyası ədəbiyyatının Tomrisi!

Maliyyə Nazirliyinin jurnalı ləğv olunur

NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur – VİDEO

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.