Dünya

Tramp zalı 42 dəqiqədən sonra TƏRK ETDİ: Putinlə görüşün DETALLARI

30

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın görüşü bir saatdan az davam edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinin müxbiri məlumat yayıb.

Görüş yerli vaxtla təxminən saat 12:15-də (Moskva vaxtı ilə 07:15, Bakı vaxtı ilə 08:15) başlayıb. Ağ Evin mətbuat qrupu danışıqların başa çatması barədə Moskva vaxtı ilə təxminən saat 08:00-da məlumat verib.

Jurnalistlərin bildirdiyinə görə, Tramp konfrans zalını yerli vaxtla saat 12:57-də (Moskva vaxtı ilə 07:57) tərk edib.

İkitərəfli danışıqların yekununda Putin və Tramp birgə bəyanatla çıxış etməyiblər.

Qeyd olunur ki, bu, Trampın hər iki prezidentlik dövrü ərzində Rusiya və ABŞ liderləri arasında səkkizinci üzbəüz təması, onun Ağ Evə qayıdışından sonra isə ikinci görüşdür.

Liderlər bundan 15 ay əvvəl, 2025-ci ilin avqustunda Ankoricdə bir araya gəlmişdilər.

Oxşar xəbərlər

↑