Ekskluziv

FETO çu şəbəkəsi Azərbaycan eliminin işığını söndürür...

23

QURUPLAŞMALARIN, BİZNES (!) İNTİRİQA maraqlarına qurban verilən təhsilimizə sahib çıxın...

Azərbaycan təhsilini öldürüb üçünün, yeddisinin, qırxının aşını yeyənlərin gözü hələ də doymadığı üçün mərhumun bizlərə qalan işıqlı xatirəsini də məhv etməyə girişiblər. Adından başqa heç nəyi qalmayan təhsil sistemi müxtəlif QURUPLAŞMALARIN, maraqldairələrin BİZNES (!) maraqlarına qurban verilib, İNTİRİQA meydanına çevrilib, xəbərlərdə kriminal bölmədə adı çəkilən struktura dönüb. Cəmiyyətə gənc, Avropa təhsilli, müasir dünyagörüşlü kadrlar kimi təqdim olunan mühasiblər, şərab dequstatorları, maliyyəçilər, bank əməkdaşları feodal təfəkkürləri ilə Azərbaycan təhsilinin bütün müsbət tendesiyalarını məhv etdilər, onu bazar predmetinə çevirdilər, nüfuzunu ayaqlar altına ataraq yerlə bir etdilər. Müxtəlif agentliklər yaratmaqla təhsil sistemini az qala agentura şəbəkəsinə çevirənlər dəlləkliyi bizim başımızda öyrənməyə çalışırlar. Amma olan bizim başımıza olur, dəvə isə köhnə hamam içində dəlləklik eləməyindədir.
Emin Əmrullayevin “islahatçı” obrazı onun hər çıxışından sonra bir qədər də fiaskoya uğrayır, cəmiyyətdə gülüş hədəfinə çevrilir. Yuxarıda qeyd etdiyimiz kimi müxtəlif biznes strukturlarından ətrafına topladığı, təhsilə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan “komandası” ilə islahat şousu göstərən nazir əslində təhsil sistemini müxtəlif qruplaşmaların əlində oyuncağa çevirib, intriqalar, çəkişmələr nazirliyin fəaliyyətini iflic edib. Əmrullayevin əmrlərinə tabe olmayanlar nazirin baş ağrısına çevrilsə də əli böyüklərin ətəyində olan bu qruplaşmaları ram etməkdə aciz qalan Emin müəllim deyilənə görə “X günü” üçün varis planına start verib. Müavini Kənan Kərimzadəni ən ideal varisi hesab edən nazir onun piarı ilə cidd-cəhdlə məşğul olur, Cəmiyyətə, yuxarı dairələrə əvəzedilməz kadr, “elmin günəşi” kimi təqdim olunmağa çalışılan Kərimzadə nazirin gələcək planlarında əsas sima hesab olunur. Əmrullayevlə təhsilin gülünü dərənlər yəqin ki, Kərimzadə ilə də gülabını çəkmək fikrindədirlər.
Adını oxuyanda adamın başı gicəllənən Təhsildə Keyfiyyət Təminatı Agentliyi də nazirin uğursuz kadr təyinatı nəticəsində keyfiyyətsiz quruma çevrilib. Tural Əhmədov da “uğurlu kadr”, müasir dünyagörüşlü şəxs kimi təbliğ olunsa da Hesablama Palatasının balaca bir hesablaması deyilənləri alt-üst etdi. Maliyyə pozuntuları, diplomların tanınmasında yol verilən nöqsanlar və fəaliyyət uyğunsuzluğunu göstərən çoxsaylı faktlar T.Əhmədovun təhsildə keyfiyyətdən çox başqa şeylərə təminat verdiyini üzə çıxardı.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin son zamanlar ali məktəblərin akkreditasiyası ilə bağlı verdiyi qərarları, artıq 2 universitetin fəaliyyətinin dayandırılması da birmənalı qarşılanmayıb, sifarişli nüfuz savaşının təzahürləri kimi şərh olunur. Bu artıq qruplararası konfliktin son həddidir.İş o həddə çatıb ki, Elm, Ali və Orta İxtisas Təhsili üzrə Dövlət Agentliyi də bu qərarların əsasları ilə bağlı ciddi şübhələrini və dəlilləri daha üst qurumlara çatdırıb. Göründüyü kimi nazirlik daxilindəki çəkişmələr artıq idarəolunmaz məcraya daxil olub, Emin Əmrullayev sadəcə seyriçi kimi prosesləri izləməklə məşğuldur.
“Azgranata” MMC-dən təhsil sektoruna transfer olunan daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunan İlqar Bayramlı da rəhbərlik etdiyi qurumu öz şəxsi maraqlarına qurban verməyə nail olub. Təhsil sisteminə daha çox biznes strukturu təfəkkürüylə yanaşan bu insanlar illərlə formalaşan ənənələri alt-üst edir, köhnəni məhv edərək yenisi qura bilmədiklərinə görə ortada mübhəm bir boşluq formalaşdırırlar.
İ.Bayramlının rəhbərliyi dövründə Peşə liseylərinə direktorların seçimindəki qaranlıq məqamlar, qeyri-şəffaflıq, Peşə liseylərinin maliyyə-təsərrüfat işlərinin vəziyyəti, onların infrastrukturundan ayrı-ayrı şəxslərin biznes məqsədləri üçün istifadə etməsi və digər çoxsaylı nöqsanlar gündəlik iş prinsipinə çevrilib. İş o yerə çatıb ki, Peşə liseylərinin ərazilərinin satılması, icarəyə verilməsi adi hal alıb. Bu ərazilərdə müxtəlif sexlər, biznes strukturları fəaliyyət göstərir, böyük məbləğdə pullar qazanılır. Ayrı-ayrı ciblərə axan bu vəsaitlərdən çox adam dövlətlənsə də dövlətə qara qəpik də çatmır. Az qala bərkdən asqırmağa görə də cərimə tətbiq edənlər nədənsə bu boyda şıdırğı alveri görməzdən gəlirlər.
Xatırlayırsınlzsa, Türkiyədə fətullaçıların fatihəsini çoxdan versələr də ölkəmizdə bu çetenin uzantıları hələ də fəaliyyət göstərir. Nazir təyinatının ilk dönəmlərində FETOçularla sıx əlaqələri barəsində medyada kifayət qədər məlumatlar verilən Emin Əmrullayev sonradan bu mövzunu unutdurmağı bacardı. Hələ Qafqaz Universiteti dönəmindən fətullaçılarla sıcaq münasibətlər quran, onların bir çox böyük layihələrinə rəhbərlik edən nazirin bu vəzifəyə təyinatı ilə bağlı da ilginc məqamlar vardır. FETOnun Azərbaycanda təşkilatlanmasında və şəbəkələnməsində əsas fiqurlardan olan Prezident Aparatının sabiq şöbə müdiri Əli Həsənovun bilavasitə təqdimatı ilə nazir postuna gətirilən Əmrullayevin dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin “şinelindən” çıxdığı ortadadır. Amma hansısa gözəgörünməz əllər sağ əli Fətullanın, sol əli Ramizin cibindən çıxan naziri hələ də qorumaqdadır.
Təhsilin “təh”indən bixəbər olan, ancaq “sil”məklə məşğul olan “islahatçı” komandanın digər bir üzvü, “Capital Motors” MMC-dən nazirliyə transfer olunan Kənan Kərimzadənin adı son vaxtlar Qarabağda tikinti biznesi ilə əlaqədar daha çox çəkilir. Lakin başqa diqqətçəkən məqamlar da vardır. Deyilənlərə görə o Emin Əmrullayevin yerinə ən iddialı namizədlərdən biri hesab olunur. “Gələcək nazir”in hələ müavin olduğu dönəmdə nazirliyi “Capital Motors” MMC-nin filialına çevirdiyini nəzərə alsaq istədiyinə nail olandan sonra baş verəcəkləri təsəvvür belə etmək istəməzdik.
Təhsil Nazirliyindən danışıb Təhsildə Keyfiyyət Təminatı Agentliyini və onun rəhbəri Tural Əhmədovu xatırlamamaq böyük günah olardı. Onun təhsilin keyfiyyətinə verdiyi təminatdan sonra maliyyə pozuntuları, diplomların tanınmasında yol verilən nöqsanlar və fəaliyyət uyğunsuzluğunu göstərən çoxsaylı faktlar Agentliyinin fəaliyyətinin əsas istiqamətlərinə çevrilib. Hətta 2 ali məktəbin akreditasiyasını ləğv edən T.Əhmədov nazirlikdəki digər qruplaşmaların qəzəbinə də tuş gəlib.
Təhsil nazirliyinin dillərə dastan olan əsas “islahat”larından biri olan direktorların işə qəbulu prosesi barədə bilməyən yoxdur. Dədə-baba qaydası ilə işə qəbula rəhmət oxutduran bu “islahat” qiymətlərin bir az da qalxmasından başqa heç bir işə yaramadı. Baş verən eybəcərliklər lətifə mövzusuna çevrildi, bazar ritorikasına döndü. Guya direktorların işə qəbul prosesində şəffaflığın təmin olunmasına hesablanmış bu proses açıq bazara çevrildi, savadlı, peşəkar kadrlar bilərəkdən kənarlaşdırıldı, əvəzində pulu və daydayı olanlar iş başına gətirildi. 244 saylı məktəbdə qazi direktorun başına gətirilənləri xatırladıqda anlayırsan ki, bunlar üçün heç bir müqəddəs dəyər qalmayıb.
Beləcə Azərbaycan təhsilinin məhvinə imza atanların bir neçəsinin adlarını xatırlatdıq. Bunlar aysberqin görünən tərəfləridir. Yaxın günlərdə Azərbaycan təhsilinin daha qaranlıq məqamlarına işıq salacağıq. Onda çox mətləblər üzə çıxacaq.
Hələ orasını demirik ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri FETO/ çu Səbuhi Rzayev də bu prosesdən yararlananlar sırasındadır. Belə ki, verilən məlumatlarda məktəb ərazisini özünküləşdirərək ,ərazisində mayasına haram qatılmış kolbasa, sosiska sexi açan Rzayevlər bu yolla təhsilin inkişafına öz töhfələrini verir. Necə deyərlər söhbət sosiskada deyil e, söhbət vnimatelni olmaqdadır. Bu yolla xalqın maariflənməsinə, inkişafına öz “vnimanyasını” göstərən Rzayevlərin kolbasa sosiskaları neçə-neçə gəncimizin peşə təhsili almasında mühüm rol oynayıb. Onsuz da İlqar Bayramlının vayına oturduğu peşə təhsilinin kolbasa-sosiska sexlərindən böyük uğuru ola bilməz...
Helə Səbuhi Rzayevin qanunsuz əməlləri ilə bağlı Feyruzovun f/b səhifəsində açıqladığı məqamlar, 1,5 milyonluq vəsaitin hara xərclənməsi ilə bağlı şübhələr nazirliyin bu məsələləri təkrar nəzər yetirməsinə zəruri edir.
Bir gün bir məclisdə alim keşişlə yanaşı oturmalı olur. Keşiş siqaret çıxardır və yandırmaq üçün alimdən kibrit istəyir. Alim kibriti verir və keşiş onu yandırır. Lakin kibrit çöpu alışan kimi sönür. Keşiş rişxəndlə alimə baxaraq deyir:
-Görürsünümü, elmin işığı söndü.
Alim təmkinini pozmadan gülümsəyir:
-Baxın, o mənim yox, sizin əlinizdə söndü
FETO -çular təhslimizi o günə qoyublar ki , bizimki daha kibrit çöpündən də keçib...

NİCAT MAHMUDOV

Oxşar xəbərlər

↑