Dünya

Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi

11

Moskva və Tehran Azərbaycan üzərindən qaz nəqli planlaşdırır - Bakı sanksiya riskləri qarşısında hansı qərarı verməlidir?
Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada keçirilən son danışıqlar zamanı Azərbaycan barəsində də danışıblar. Rusiya və İran iki ölkənin enerji sahəsində əməkdaşlığını, o cümlədən Azərbaycan üzərindən qaz nəqli məsələlərini ətraflı müzakirə ediblər. Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında bildirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə sualı cavablandıran İran səfiri deyib: “Cənab Rezayinin cənab Putinlə görüşü səmimi və konstruktiv şəraitdə keçdi və təxminən üç saat davam etdi. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektri müzakirə olundu və nəzərdən keçirildi. İqtisadi və infrastruktur əməkdaşlığı sahəsində regionlararası əlaqələrin inkişafı baxımından mühüm və strateji layihələrdən biri olan Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinə və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tamamlanmasına xüsusi diqqət yetirildi. Həmçinin Rusiya qazının İrana nəqli layihəsinin həyata keçirilməsi ilə bağlı praktiki məsələlər və iki ölkənin enerji sahəsində əməkdaşlıq istiqamətləri ətraflı nəzərdən keçirildi".

Səfirin sözlərinə görə, qaz kəmərinin tikintisini nəzərdə tutan uzunmüddətli layihə ilə yanaşı, qısamüddətli əməkdaşlığın inkişafı üçün Azərbaycan üzərindən svop üsulu ilə qaz nəqli variantı da müzakirə edilib.

Pressklub.az saytı öz təhlilində yazır ki, Moskva və Tehranın Azərbaycan ərazisində birgə nəqliyyat və qaz layihələrinin həyata keçirilməsi ilə bağlı rəsmi ritorikası dəyişməz olaraq qalır.

Bəs ölkənin nəqliyyat şəbəkəsinə birbaşa qoşulması nəzərdə tutulan bu dəmir yolu magistralının çəkilməsi Azərbaycanın milli maraqlarına cavab verirmi? Yəni bu nəqliyyat-logistika və enerji layihələrinin praktik olaraq reallaşdırılması faktiki baxımdan Bakının sanksiyalar altında olan iki dövlətə birbaşa iqtisadi yardım göstərməsi və onlar arasında əməkdaşlığa şərait yaratması deməkdir

Oxşar xəbərlər

↑