Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Dekabr 9, 2024
A A

REDAKTORUN SEÇİMİ

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

17 Sentyabr 25 / 11:50
Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 25 / 11:11
5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

15 Sentyabr 25 / 12:50
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12
Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

13 Sentyabr 25 / 11:12

İnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri də diplomatiyadır. Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühim vasitə olub. Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub. Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi. Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu. Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi. Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.

Həmçinin, rəqəmsal diplomatiya dövlətlərə daha çevik və sürətli qərar qəbul etmə imkanı verir. Ənənəvi diplomatiya ilə müqayisədə, rəqəmsal diplomatiya daha çox zamanın sürətlə keçdiyi bir dövrdə həyata keçirilir. Bu sürət diplomatik reaksiyaların ani olmasını təmin edir və dövlətlərə daha dinamik bir xarici siyasət həyata keçirməyə imkan yaradır. Məsələn, böyük beynəlxalq münaqişələr zamanı dövlətlər sosial media vasitəsilə təcili reaksiya verməyə başladılar. Ancaq bu sürət bəzən problemi daha da böyüdə bilər, çünki qeyri-dəqiq və yanlış məlumatların sürətlə yayılması beynəlxalq səviyyədə anlaşılmazlıqlara səbəb ola bilər. Bu baxımdan, dövlətlər rəqəmsal diplomatiyanın gətirdiyi sürət və geniş əlaqə imkanlarından istifadə edərkən eyni zamanda, bu platformalarda yayılan məlumatların doğruluğunu diqqətlə yoxlamalıdırlar.

Bir çox beynəlxalq təşkilatlar və dövlətlər rəqəmsal diplomatiyanın üstünlüklərini qəbul edərək, ondan daha effektiv istifadə etmək üçün müvafiq strategiyalar və təlimatlar hazırlayırlar. Rəqəmsal diplomatiya həmçinin, dövlətlərə daha şəffaf və açıq münasibət qurmağa kömək edir. Bu da dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını artırır, eyni zamanda beynəlxalq aləmdə şəffaflıq və açıq diplomatiya prinsipinin güclənməsinə səbəb olur.
Beləliklə, məqalənin məzmununda rəqəmsal və ənənəvi diplomatiya arasındakı fərqlərlə, eyni zamanda hər birinin əhəmiyyəti ilə tanış olduqdan sonra gəldiyim nəticəni əsaslandırmaq üçün rəqəmsal və ənənəvi diplomatiyanın mənfi və müsbət cəhətlərini qeyd etmək istərdim. Fikrimcə, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri var. Düzdür, rəqəmsal diplomatiya texnoloji inkişafla əlaqədar olaraq dövlətlər və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha sürətli və asan edir. Amma düşünürəm ki, ənənəvi diplomatiyanın rolu hələ də böyükdür. Çünki, üz-üzə görüşlər, şəxsi müzakirələr və etibar üzərində qurulan əlaqələr, xüsusən də strateji və uzunmüddətli məsələlərdə çox önəmlidir. Eyni zamanda, rəqəmsal diplomatiya böhran vəziyyətlərində də faydalıdır. Doğrudur, bunu inkar etmək olmaz, amma bu zaman əgər məlumatlar yanlış yayılar, dezinformasiya halları baş verərsə, bu dövlətlər arasında diplomatik böhranlara yol aça bilər. Ona görə də, fikrimcə, bu məsələyə böyük diqqət yetirilməlidir. Lakin buna baxmayaraq rəqəmsal diplomatiyanın sevdiyim cəhəti odur ki, böyük münaqişələr zamanı, dövlətlər sosial media vasitəsilə təcili reaksiya verə bilirlər. Ənənəvi diplomatiyanın sevdiyim cəhəti bu diplomatiya modelinin çox vaxt təmkin tələb etməsidir. Eyni zamanda ənənəvi diplomatiyanın uzunmüddətli, strateji və dərin müzakirələrə yönəlməsini də bir digər müsbət hal kimi qeyd etmək mümkündür. Lakin bütün bu qeyd etdiklərimi nəzərdən keçirdikdən sonra buradakı xüsusi bir məqamı ortaya çıxardım. O da həm ənənəvi, həm də rəqəmsal diplomatiyanın başlıca xüsusiyyətinin qabaqlayıcı, dəstəkləyici və tamamlayıcı olmasıdır. Bununla da əslində girişdə qeyd etdiyim “rəqəmsal yoxsa, ənənəvi diplomatiya” sualına bir növ cavab tapmış oldum. Fikirlərimi ümumiləşdirib daha da konkretləşdirsəm, onu deyə bilərəm ki, hər iki diplomatiyanın öz yeri ve əhəmiyyəti var. Bu səbəbdən dövlətlər üçün ən optimal yanaşma rəqəmsal ve ənənəvi diplomatiyanı qarşılıqlı şəkildə istifadə edərək, qlobal əlaqələri daha sağlam və effektiv şəkildə qurmaqdır. Daha konkret ifadə etsəm, rəqəmsal diplomatiya ənənəvi diplomatiyanın güclü tərəflərini tamamlayaraq dövlətlərə qlobal siyasətdə daha effektiv olmaq üçün imkanlar təqdim edir.

Nəsibova Gülşən Rüfət qızı
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Əvvəlki Yazı

Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

17 Sentyabr 2025 / 14:30
0
Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

17 Sentyabr 2025 / 14:29
0
Bu qış sərt keçəcək? – AÇIQLAMA

Bu qış sərt keçəcək? – AÇIQLAMA

17 Sentyabr 2025 / 14:25
0
ABŞ və Britaniya öz vətəndaşlarına: Azərbaycanla sərhədə getməyin, təhlükə var – ŞOK

ABŞ və Britaniya öz vətəndaşlarına: Azərbaycanla sərhədə getməyin, təhlükə var – ŞOK

17 Sentyabr 2025 / 14:23
1

XƏBƏR LENTİ

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

Bu qış sərt keçəcək? – AÇIQLAMA

ABŞ və Britaniya öz vətəndaşlarına: Azərbaycanla sərhədə getməyin, təhlükə var – ŞOK

Həbsdə olan iş adamının anası prezidentə müraciət etdi: “Oğlum intihar edəcək, kömək edin…”

Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?

2026-cı il üçün inflyasiya proqnozu – Bəzi ərzaq növlərində bahalaşma olacaq

“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi- 1,5 milyonluq dələduzluq, özünə qəsd və müəmmalı Həmzə…

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? – Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Gələn il sahibkarları nə gözləyir: Vergi, gömrük və cərimə proqnozları artırıldı + RƏQƏMLƏR

Paşinyandan son dəqiqə sülh AÇIQLAMASI – FOTO

Bu rayonları leysan vurdu, görünüş məsafəsi məhdudlaşdı – SON DƏQİQƏ

İlham Əliyev Trampa təşəkkür etdi

“Qarabağ” Çempionlar Liqasında “Benfika” üzərində tarixi qələbə qazandı – VİDEO

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar

Rusiyada “Xaç yürüşləri” nədən xəbər verir? + VİDEO

Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi – VİDEO

Buğda istehsalı azalıb – Çörəyin qiyməti bahalaşacaq?

Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

Nazirdən qalmaqallı açıqlamalar – “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz…O məktəblər ya bağlanacaq…”

“Qarabağ” çətin sınaq qarşısınıda – “Benfika”nı məğlub etmək mümkündürmü?

VƏKİLLİKLƏ BAĞLI NƏLƏR DƏYİŞİR? – Bütün detallar

GƏLƏN İL BÜDCƏMİZ HARALARA XƏRCLƏNƏCƏK? – Maliyyə Nazirliyi AÇIQLADI

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Sentyabrın 20-də…

1-ci sinfə gedən şagirdlərin sayı 32 min nəfər azalıb – “bəzi məktəblər boş qalacaq”

“Avroviziya-2026″ boykot olunur – Azərbaycanın qərarı nə olacaq?

Dollarla bağlı yeni proqnoz

Putinin Azərbaycanda batan milyonları – SENSASİON DETALLAR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.