Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Səməd Seyidov Qazaxın Yuxarı Salahlı kəndində sakinlərlə görüşüb

Yanvar 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05

Yanvarın 24-də 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayan seçiciləri ilə görüşüb.

Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və köməkçisi Akif Əmirovla birlikdə Yuxarı Salahlı kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib.

İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, 2025-ci ildə sakinlərlə ilk səyyar görüşün keçirildiyini qeyd edərək səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində söylədiyi sözləri sakinlərin diqqətinə çatdıran rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Səməd Seyidov öz növbəsində sakinləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək onlara xoş arzularını səsləndirib. Millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını vurğulayıb. “Siz vətəndaşlara qayğı ilə yanaşmaq, daim diqqət ayırmaq tutduğu vəzifədən, mövqedən asılı olmayaraq hər bir dövlət məmurunun vəzifə borcudur. Dövlət məmuru olaraq xalqa xidmət göstərmək, ölkə başçısının verdiyi tapşırıqların uğurla icra olunması hər zaman dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bizlər hər zaman Sizləri dinləməyə hazırıq”, – deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. Millət vəkili Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi, uğuru kimi qiymətləndirərək bu nailiyyətə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandana, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, bu gün Vətənin keşiyində dayanan hərbçilərimizə borclu və minnətdar olduğumuzu söyləyib.

Millət vəkili ilə səmimi söhbət edən Yuxarı Salahlı kənd sakinlərindən Abdulla Məmmədov və başqaları dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

Keçirilən görüşdə vətəndaşların qayğı və problemləri ilə maraqlanılaraq bəzi məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Səməd Seyidov vətəndaşlar tərəfindən irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Əvvəlki Yazı

“Azərpoçt” Şuşada fəaliyyətə başladı

Növbəti Yazı

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

EKSKLUZİV

Tramp İrana təşəkkür etdi: Hürmüz boğazı açılsa da, sanksiyalar davam edir

17 Aprel 2026 / 18:15
0

Nigeriyada dəhşət: 14 tələbə silahlılar tərəfindən qaçırıldı

17 Aprel 2026 / 18:15
0

İspaniyanın ikinci ən böyük hava limanı bir ay müddətinə bağlanır

17 Aprel 2026 / 18:15
0

Afina boş dükanları evlərə çevirir: Mənzil böhranına yeni həll

17 Aprel 2026 / 18:15
0

XƏBƏR LENTİ

Tramp İrana təşəkkür etdi: Hürmüz boğazı açılsa da, sanksiyalar davam edir

Nigeriyada dəhşət: 14 tələbə silahlılar tərəfindən qaçırıldı

İspaniyanın ikinci ən böyük hava limanı bir ay müddətinə bağlanır

Afina boş dükanları evlərə çevirir: Mənzil böhranına yeni həll

Azərbaycan millisi Gürcüstana yenildi: Acı məğlubiyyət seriyası davam edir

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” və “Turan Tovuz” qarşılaşması gözlənilir

Hidayət Heydərov Avropa Çempionatının finalında məğlub oldu: Gümüş medal qazandı

Prezident İlham Əliyev Antalyada Pakistanın Baş naziri ilə görüşdü: Strateji Tərəfdaşlıq Möhkəmlənir

Hikmət Hacıyev: Azərbaycan Regional Sahibliyin Qətiyyətli Tərəfdarıdır

ABŞ-ın İrana Qarşı Genişmiqyaslı Hücum Planları: Amerikalı Ekspertdən Şok İddia

Qarabağdan Köçən Ermənilər Kütləvi Şəkildə Ermənistan Vətəndaşlığı Alır: Rəsmi Rəqəmlər

İran Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açdı

Trampdan sərt ittiham: “Bayden dövründə ABŞ dünyanın gülüş hədəfi idi”

Vüqar Rəhimzadə Ordubadda seçicilərlə görüşərək vacib məsələləri müzakirə etdi

Gürcüstanın Avropa İnteqrasiyası: Hədəflərdən Geri Çəkilmə Yoxdur

DİM 11 illik buraxılış imtahanlarının nəticələrini elan etdi: Minlərlə abituriyentin taleyi müəyyənləşdi

Picher: 1400 Nəhəng Boşluq Üzərindəki Zəhərli Şəhərin Acı Sonu

Prezident İlham Əliyev 5-ci Antalya Diplomatiya Forumunun Açılışında İştirak Edir

Siciliyanın Sirri AÇILDI: 80 Min Metrlik Beton Nəhəngin Həqiqi Məqsədi Ürək Dağlayır

İran-İsrail müharibəsində dönüş nöqtəsi: Prezident təyyarəsi sülh siqnalı verir

Qalapaqosda 180 İllik Möcüzə: Nəsli Kəsilmiş Nəhəng Tısbağalar Geri Qayıtdı

Toy dəhşəti: Qayınana gəlini nikahdan əvvəl qaraya boyadı

Azərbaycan millisi Gürcüstana uduzdu: Məğlubiyyət seriyası davam edir

İranın təxribatçı iddiası: Bəhreyn fars torpağıdır

Azərbaycan-Pakistan Əlaqələri Yeni Mərhələdə: Prezident Əliyev Pakistanın Baş Naziri ilə Görüşdü

Qırmızı Dənizdə Gərginlik Avropaya Silah Tədarükünü Ləngidir: İranın Rolu

Ülkər Səttarova Kollecin Yeni Direktorunu Təsdiqlədi – Rəsmi Təyinat

“Anadolu Ankası – 2026” Beynəlxalq Təlimi Zəfərlə Başa Çatdı: Hərbi Əməkdaşlıq Gücləndi

Azərbaycanda hava kəskin dəyişir: Sel və daşqın təhlükəsi – Ciddi XƏBƏRDARLIQ!

DH Volley-dən idmana böyük dəstək: Yeni voleybol meydançası istifadəyə verildi!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.